Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

“İrəvan 2020-ci il 10 noyabr bəyanatından imtina etməyib“ - Zaxarova

Tarix 28.08.24, 19:35

Font ölçüsü : - / +
bitmap-img6


Rəsmi İrəvan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından imtina etməyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin guya “Azərbaycanın Qarabağın erməni əhalisinə qarşı “etnik təmizləmə” aparmasından sonra Rusiya 10 noyabr bəyanatının qüvvədə qaldığını hesab edirmi? Əgər hesab edirsə, o zaman Moskva ermənilərin Qarabağa qayıtmasını necə görür?” sualına cavabında bildirib.

Zaxarova erməni jurnalistin “etnik təmizləmə” terminindən istifadə etməsinə irad tutub. Qeyd edib ki, Qarabağda “etnik təmizləmə” ilə bağlı Ermənistanda hörmətlə yanaşılan heç bir beynəlxalq təşkilat hansısa nəticəyə gəlməyib.

“Biz sizinlə bunu yarım il bundan öncə müzakirə edərkən siz mənə hansısa beynəlxalq təşkilatın, beynəlxalq təşkilatda çalışan hansısa ekspertin “etnik təmizləmə” bağlı bir qərarını, qiymətləndirməsini göstərə bilmədiniz. Əgər sizdə belə bir məlumat varsa, müvafiq qiymətləndirmə varsa, o zaman nümunə gətirin, mənimlə bölüşün! O ki qaldı Rusiyanın Qarabağın erməni əhalisinin qayıtmasını necə görür sualına, mən dəqiqləşdirmək istəyirəm, bunu Ermənistan baş naziri Nikol Paşinyan necə görür? Bununla bağlı hansısa ətraflı proqram mövcuddurmu? Mən misal üçün, Qarabağın erməni əhalisinin qayıtması ilə bağlı Azərbaycan tərəfinin proqramını görmüşəm. Əgər Ermənistan baş naziri tərəfindən belə bir proqram irəli sürülübsə, mən məmnuniyyətlə ona baxardım. O zaman onu şərh də edərdim”.

Rusiya XİN sözçüsü 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının fəaliyyətdə olduğunu vurğulayıb. O, bu sənədin əvvəlki kimi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin əsasını təşkil etdiyini vurğulayıb. “Hesab edirik ki, bu bəyanata alternativ yoxdur. Əgər sizə Ermənistanda rəsmi səviyyədə kiminsə bu bəyanatdan imtina etdiyi məlumdursa, misal üçün imzasını geri götürübsə, baxmayaraq ki, həmin imza bəyanatda qalır və ya bu sənədin qüvvədə olmadığı barədə rəsmi bəyanat yayıbsa, o zaman biz bunu şərh edərik. Lakin biz belə bir şey eşitməmişik”.



Xəbərin oxunma sayı : 742




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap