Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

“Biz Avropa İttifaqı və ŞƏT arasında seçim etmirik“ - Ərdoğan

Tarix 31.08.24, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


“Türkiyə Şərq və Qərblə əlaqələri eyni vaxtda inkişaf etdirmək niyyətindədir, ancaq bu halda güclü və hörmətli olacaqdır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, rəsmi Ankara nə Avropa İttifaqının, nə də Şanxay Əməkdaşlıq Təşkilatının xeyrinə seçim etmir: “Türkiyə Şərqlə Qərblə əlaqələri eyni anda inkişaf etdirsə, güclü və hörmətli bir ölkə ola bilər. İstənilən başqa yol Türkiyəyə zərər verəcək. Bəzilərinin iddia etdiyi kimi biz Avropa İttifaqı və ŞƏT arasında seçim etmirik, seçim etmək məcburiyyətində də deyilik”.

Ərdoğan NATO-nun iyul sammitindən sonra bildirib ki, Türkiyə ŞƏT-in tamhüquqlu üzvü olmaq niyyətindədir. İndi o, təşkilatda müşahidəçi statusuna malikdir.

Eyni zamanda Ankara 2005-ci ildən rəsmi olaraq Aİ-yə tamhüquqlu üzv kimi daxil olmağa çalışır. Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Avropa İttifaqına üzvlük Ankara üçün strateji məqsəddir, lakin onun Aİ-yə inteqrasiyası məsələsinin Kiprdəki nizamlanma problemi ilə əlaqələndirilməsinin əleyhinədir.



Xəbərin oxunma sayı : 1918




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap