|
Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
“MTK kralı“ çətin durumda - Asiman Hüseynov qardaşını xilas edə biləcəkmi?
Azərbaycanın ən varlı şirkətləri: milyardlara sahib olanlar kimdir?
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
143 milyon taladılar, 38 milyon ödədilər - Mənimsədikləri pulları qaytarmırlar
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar
Azərbaycan Cümhuriyyəti: Üzeyir Hacıbəylinin fəaliyyəti
Tarix 27.05.24, 13:49 |
|
Azərbaycanın görkəmli ictimai xadimi, tanınmış bəstəkarı və publisisti Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci ilin sentyabrın 18-də Ağcabədidə doğulub, sonra anası onu Şuşaya − öz doğma evinə aparıb.
Ü.Hacıbəyli ilk təhsilini Şuşadakı ikisinifli rus-türk məktəbində alıb. Sonra o, Qori Müəllimlər Seminariasında təhsil alıb.
Üzeyir bəy hələ gənc yaşlarından musiqiyə böyük maraq göstərmişdir. Onun böyüdüyü Şuşa mühitinin zəngin musiqi ənənələri var idi.
Ü.Hacıbəylinin qardaşı C.Hacıbəyli “İlk Azərbaycan operası necə yarandı?” məqaləsində bu haqda maraqlı məlumatlar vermişdir: “Mən qardaşım Üzeyirlə (o, məndən üç yaş böyükdür) gənc yaşlarımızdan musiqiyə maraq göstərdik. Qarabağın öz təbiəti, xüsusən, rəsm kimi çəkilmiş paytaxtı Şuşa lirika və poeziya sahəsində romantizm və yaradıcı ilhamla bol idi.Ən istedadlı müğənni və sazəndələr əslən Qarabağdan olanlar idi...Bizim ana qohumları arasında dayıoğlular, dayımız və digərləri
daxil olmaqla 4 nəfər xanəndə, 3 tarçı isə hörmətli şəxslərin xahişi ilə məclislərdə çıxış edirdilər.
Qardaşım Üzeyirlə mənim çox gözəl səsimiz vardı və tezliklə təcrübə əsasında klassik musiqinin bütün incəliklərini öyrəndik...”
Ü.Hacıbəyli Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Cəbrayıl qəzasının Tuğ kəndində müəllimlik etdi. O, ilk yazılarını da buradan − Cəbrayıl qəzasından “Kaspi” qəzetinə göndərmişdir. Onun ilk göndərdiyi yazı 1904-cü ilin sentyabrın 24-də “Kaspi” qəzetinin 215-ci sayında bu başlıqda çap edilib: ”Cəbrayıl qəzasından (Müxbirimizdən)”
Ü.Hacıbəylinin Cəbrayıl qəzasından “Kaspi”yə göndərdiyi sonuncu yazı 1905-ci ilin 13 yanvarında çap edilib.
Tuğ kəndində müəllimlikdən sonra Ü.Hacıbəyli 1905-ci ildə Bakıya qayıtdı. O, burada bir müddət “Bibiheybət”də çalışdıqdan sonra, “Həyat” və “İrşad” qəzetləri ilə əməkdaşlıq etdi.
Ü.Hacıbəylinin 1904-1920-ci illərdə (Sovet rejiminə qədər) çap edilən yazıları haqqında məlumat belədir: 1) “Kaspi” qəzetində 10 məqalə (2 sentybar 1904 − 13 yanvar 1905; 2) “Həyat” qəzetində 5 məqalə və felyeton; 3) “İrşad” qəzetində 241 məqalə və felyeton (1905-ci ilin 28 dekabrından − 1908-ci ilin 24 iyununa qədər); 4) “Tərəqqi” qəzetində 102 məqalə (1908-ci ilin 24 iyunundan − 1909-cu ilin 28 sentyabrına qədər); 5) “Həqiqət” qəzetində 43 məqalə (1909-cu ilin 25 dekabrından − 1910-cu ilin 9 mayına qədər); 6) “Molla Nəsrəddin” jurnalında 1 məqalə (1911-ci il); 7) “Məktəb” jurnalında 1 məqalə (1911-ci il); 8) “İqbal” qəzetində 12 məqalə (1912-1913-cü illər); 9) “Yeni İqbal” qəzetində 70 məqalə (1915-1917-ci illər); 10) “İttihad” qəzetində 2 məqalə; 11) “Azərbaycan” (rusca) qəzetində 1 məqalə; 12) “Azərbaycan”(Azərbaycan dilində) qəzetində 68 məqalə (1918-1920-ci illər).
Ü.Hacıbəyli 1909-cu ilin iyunun 28-dən oktyabrın 25-dək “Tərəqqi” qəzetində (Ə.Ağaoğlu Türkiyəyə getdikdən sonra), 1909-cu ilin 25 dekabrından 1910-cu ilin mayın 28-nə qədər “Həqiqət” qəzetində, 1919-cu ilin 16 yanvarından 1920-ci ilin 28 aprelinə qədər (fasilələrlə) “Azərbaycan” qəzetində redaktor (müdir) olaraq çalışmışdır.
O, yazılarını bu imzalarla çap etdirirdi: “Hacıbəyli Üzeyir”, “Üzeyir”, Ü.Hacıbəyli”, “Çı”, “Behmənkəs”, “Lal uşaq”, “Bisavad”, “Musiqiçi”.
Üzeyir bəy “Ordan-burdan”, “O yan, bu yan” başlıqları altında olan felyetonlarına “Filankəs” imzası qoyurdu.
Ü.Hacıbəylinin 1920-ci ilə qədər iki kitabı nəşr edilmişdir: 1) “Hesab məsələləri”, 2) Türk-Rusi və Rusi-Türk lüğəti” (1907-ci il). Bu kitabın naşiri M.Ə.Rəsulzadə olmuşdur (10, s. 30).
Ü.Hacıbəyli 1920-ci ilə qədər olan fəaliyyətində “Leyli və Məcnun”dan başqa aşağıdakı operalarını yazmışdır: “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşid banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915).
Ü.Hacıbəyli məşhur operettalarını da bu illərdə yazmışdır: “Arşın mal alan”, “O olmasın, bu olsun” və s.
Ü.Hacıbəyli “Çırpınırdı Qara dəniz” musiqisini (sözləri Əhməd Cavadındır) bəstələmiş və onun Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazdığı Dövlət Himni bu gün də rəsmi tədbirlərdə səslənməkdədir.
Ü.Hacıbəyli 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra, “Azərbaycan” qəzetində müstəqil dövlətimizin geniş təbliğatını apardı. “Azadlıq”, “Cümhuriyyət”, “Parlament” sözləri onun yazılarının əsasını təşkil edirdi.
Ü.Hacıbəyli ilk dəfə olaraq 1918-ci ilin dekabrın 5-də “Azərbaycan” qəzetinin 56-cı sayında “Azərbaycan Parlamanı” məqaləsində Azərbaycan Cümhuriyyəti haqqında fikirlərini ifadə edirdi. O, yazırdı: “Bəli, bu günlərdə milli Parlamanımız açılasıdır, deməli, Azərbaycan istiqlalı təmin edilmiş olmasa da, təkmil ediləcək və cümhuriyyətimiz siyasi bir vahid olmaq üzrə mükəmməl bir surətə girəcəkdir” (Ü.Hacıbəyli “Azərbaycan” qəzetindəki “Tarixi günümüz” məqaləsində dekabrın 7-də açılacaq parlamentin əhəmiyyətini yüksək dəyərləndirirdi.
1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamentinin açılış mərasimi oldu. Ü.Hacıbəyli “Təəssürat” məqaləsində həmin hadisəni belə təsvir edirdi: “Parlamanımız açıldı, gördük, Fətəli xan doğru dedi ki, yatsa idik də, yuxumuza girməzdi...”
Sonra Ü.Hacıbəyli təsirli bənzətmələrlə fikrini gücləndirərək yazırdı: “Parlaman imarətinin içində ziynət cümləsindən diqqəti cəlb edən şey qiymətli xalılar deyil idi, bəlkə qiyməti ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyəsi dedikcə baha olan üçrəngli milli bayrağımız idi”
Ü.Hacıbəyli parlamentin açılış mərasimindən çox maraqlı məqamları oxuculara çatdırırdı: “Məhəmməd Əmin (Rəsulzadə − red.) nitqində bu üç rəngin: “Türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə bu bayraq endiriləməz!” − dedikdə bütün Məclis ayağa qalxıb, əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu”
Ü.Hacıbəyli məqaləsini təsirli cümlələrlə davam etdirirdi: “Padşahlıq məmləkətlərdə Məclisi-Məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən övladı açdı. Məhəmməd Əmində natiqlikdə “patent” qazanmış olan “orator”lara məxsus qol atma, baş oynatma, üz-gözünü sifətdən-sifətə dəyişmə kimi hərəkətlər yox idi. Bunların əvəzində özgə bir hal var idi ki, o da keçdikcə qızışıb sözlərinin dəruni qəlbdən söyləndiyini eşidənlərə hiss etdirməklə dərin təsir oyatmaq idi”
Ü.Hacıbəylinin “İstiqlal və istiqlal ümidi” məqaləsi Versalda keçiriləcək Sülh Konfransına həsr edilib.
Ü.Hacıbəyli Azərbaycan Cümhuriyyətinə bağlı olmaq, dəyərləndirmək, onu müdafiə etmək prinsiplərini yazılarında əks etdirirdi:
“Amma bu gün biz bu cürə dövləti qorumağa və ictimai işlərə girişməyə məcburuq. Bu cürə işlərə kənardan baxmağa və biganə qalmağa haqqımız yoxdur, çünki biz daha özgə vətənin ögey oğlu deyilik. Öz vətənimizin doğma oğluyuq. Vətən də bizimdir, hökumət də bizimdir, camaat da bizimdir”.Ü.Hacıbəyli Azərbaycan Cümhuriyyətinin böyük qurucularından olan F.X.Xoyskinin istefa vermək təklifi ilə bağlı yazdığı “Yeni böhran” məqaləsində Nazirlər Şurası Sədrinin fəaliyyətini yüksək dəyərləndirirdi.
Ü.Hacıbəyli Azərbaycan istiqlalının bir illiyinə həsr etdiyi məqaləsini “Bir yaş” adlandırırdı. Onun bu yazısında Azərbaycan istiqlalına böyük bağlılıq vardır. Üzeyir bəy yazırdı: “Bu gün istiqlalını elan etmiş olduğumuz və bu istiqlalı qazanmaq yolunda çaylarca qanlar axıdıb, minlərcə xanımanlarımızı xərabə qoyduğumuz bir dövlətin, yəni Azərbaycan Türk Dövlətinin bir yaşı tamam olub da iki yaşa qədəm qoyduğu gündür.
Novzad dövlətimizin təvəllüdü, ana vətənin bətnindən doğulması çətinliklə əmələ gəldi. Ana vətən balasını doğarkən özünü qurban edəcək dərəcəsinə gəlmişdi. Azərbaycan torpağı bir xarabazara, bir viranəyə dönəcək idi. Onun, o madəri-mehribanın nazik sinəsi, zərif bədəni üzərində gəzən qaba ayaqlar həm anasını, həm bətnindəki balasını çəkmələrinin təpikləri altında tapdalamaq, əzmək və xurd-xəşil etməklə anasını da, balasını da öldürmək istəyirdilər. Lakin bu zəif sinə içinə gizlənmiş olan eşq və məhəbbət o dərəcə böyük bir qüvvəti haiz idi ki, zəif cisim, qüvvətli ruh sayəsində düşmən zülmü qarşısında tab və taqətdən düşməyib yaşamaq və yaşatmaq iqtidarını qeyb etmədi”
Ü.Hacıbəyli Azərbaycan istiqlalının mövcud durumunu belə təqdim edirdi: “Biryaşlı dövlətimiz gələcəkdə və yaxın gələcəkdə türklüyün ümidgahı, islamlığın pənahı və aləmi-mədəniyyətin möhtərəm bir üzvü olacağını hələ bir yaşında olduğu halda hər kəsə bildirməkdədir”
Ü.Hacıbəyli “Azərbaycan” qəzetində o dövrdə Qarabağda baş verən hadisələrlə də bağlı yazılar çap etdirir, bu bölgədə erməni silahlılarının dinc insanlara qarşı törətdikləri vəhşiliklərdən yazırdı.
Ü.Hacıbəylinin “Azərbaycan” qəzetində çap edilən “İçimizdəki Denikinlər” məqaləsi də çox əhəmiyyətlidir. 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin sərhədlərində dayanan, çar Rusiyasının generalı olmuş Denikin “Bölünməz Rusiya” xülyalarından uzaqlaşa bilmir, yaranmış müstəqil dövlətləri təhdidlər altında saxlamağa çalışırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə ölkə daxilində mane olanları Ü.Hacıbəyli “İçimizdəki Denikinlər” adlandırırdı.
Ü.Hacıbəylinin “Azərbaycan” qəzetindəki son yazısı “Zurna” adlanırdı. Yazı 1920-ci ilin aprelin 25-də qəzetin 82-ci sayında “Çı” imzası ilə çap olundu.
Ü.Hacıbəyli böyük uzaqgörənliklə iki gündən sonra Azərbaycanı işğal edəcək bolşeviklər haqqında yazırdı: “Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında təfavüt yoxdur, xeyir! Təfavüt vardır və o özü də bundan ibarətdir ki, nikolaylar və generallar hökuməti bizə həmişə “usvoloç”(itoğlu-red) deyib, atamıza söyərdilər, mujik və raboçi(fəhlə-red) hökuməti məşhur rus söyüşü ilə anamıza söyəcəklər”
1920-ci ilin aprelin 27-də Rusiyayanın XI işğalçı ordusu Azərbaycan sərhədlərini keçib ölkə ərazisini işğal etdi.
Sovet işğalının ilk illərində Ü.Hacıbəylinin həyatı sakit keçmədi. Bəzi məlumatlarda onun da bolşeviklər tərəfindən güllələnmə ehtimalı qeyd olunmaqdadır. Üzeyir bəyin xilasına kömək edən əsas şəxsin onun həyat yoldaşı Məleykə xanımın qardaşı İ.Terequlov olduğu söylənilməkdədir (İ.Terequlov o dövrdə Fövqəladə Komissiyada çalışırdı).
1920-ci ildə Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra o, mənən qəbul etmədiyi, məcbur olub 28 il yaşadığı sovet dövründə ümumilikdə 90-na qədər (Azərbaycan və rus dillərində) məqalə çap etdirdi.Azərbaycanın işğalına qədər isə onun (1904-cü ildən 1920-ci ilə qədər) 16 il ərzində 600-ə yaxın məqaləsi çap olunmuşdur.
Ü.Hacıbəylinin Sovet dövründə 1 kitabı rus dilində çap edildi: “Azərbaycan xalq musiqisinin əsasları”.
Ü.Hacıbəyli sovet dövründə bütün fəaliyyətini Azərbaycan musiqisinin inkişafına həsr etdi. 1920-ci ilə qədər çoxlu sayda musiqi əsərləri bəstələyən Ü.Hacıbəyli yalnız 1937-ci ildə bir opera əsəri − “Koroğlu”nu yazdı
Ü.Hacıbəyliyə qarşı sovet rejiminin mənfi münasibəti 1920-ci illərin sonlarında daha sərt oldu. Ona bu münasibətin yaranmasında qardaşı C.Hacıbəylinin Avropada sovet dövləti əleyhinə çalışmalarının da böyük təsiri vardı.
Ü.Hacıbəyli isə ciddi cəhd göstərməsinə baxmayaraq qardaşının Azərbaycana qayıtmasına nail ola bilmədi.
Bu mənada onun C.Hacıbəyliyə yazdığı məktublarda təsirli məqamlar çoxdur. Ü.Hacıbəyli bu məktublarında ailə,məişət və dolanışıq problemləri ilə yanaşı, qardaşından nigaranlığını, onun ailəsindən, uşaqlarından ötrü darıxdığını ağrılı bir formada açıqlayırdı.
Ü.Hacıbəyli peşəcə müəllimə olan Məleykə xanım Terequlova ilə ailə həyatı qurmuşdu. Lakin onların 40 illik birgə həyatında övladları olmadı.
Ü.Hacıbəyli 1948-ci ilin noyabrın 23-də dünyasını dəyişdi.
Azərbaycan Milli Qurtuluş hərəkatının ideoloqu M.Ə.Rəsulzadə Ü.Hacıbəyli haqqında yazırdı: “Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli sonra özü-özünü yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropa mənası ilə otoritəsini (nüfuzunu − red.) hər kəsə tanıtmış bir bəstəkar olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da öz diktatorluğu altına almış və onu bayağı mənfəətləri üçün sümürdükcə sümürmüş və verdiyi bir neçə rəsmi, siyasi vəzifə və ünvanlarla onu “mənimsəmişdir”.
Fəqət beyhudə, dəmir pərdənin arxasında özünə süni marşlar yazdırılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgiləri olmayan komissarlar növbədə dursalar da, Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kültüründən və Azəri türk tarixindən kimsə ayıramaz! O, milli Azərbaycan varlığının məsnədləri (qaynaqları − red.) arasında qalacaq ayrılmaz bir dəyərdir!
Nəsiman Yaqublu, M.Ə.Rəsulzadə irsinin araşdırıcısı, tarix elmləri doktoru, professor
Xəbərin oxunma sayı : 799
Maraqlı
Xəbərlər
-
Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
-
Suriyada səfirlik açmağımız üçün heç bir problem yoxdur - İran XİN başçısı
-
Rəşad Nəbiyev Qusarda vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Ülviyyədən tənqidlərə reaksiya: “Yaxşı eləmişəm“
-
Klublarımızın qış planları: Kim gəlir, kim gedir?
-
Paytaxtda daşınmaz əmlak qiymətləri bahalaşacaq - VİDEO
-
“TikTok“da şantaj olunan qadının nişanı pozuldu, işdən çıxarıldı - VİDEO
-
Velosiped və skuter sürücüləri üçün çəkilən zolaqlar niyə yarımçıq kəsilir? - VİDEO
-
“NATO-nun Baltik dənizində patrul əməliyyatı 90 gün davam edəcək“ - Tusk
-
Abşeron rayon Gigiyena və Epidemiologiya mərkəzində mənimsəmə - VİDEO
-
Çin gələcəkdə iqtisadi sahədə ABŞ-ni ötə bilməyəcək - Ceyk Sallivan
-
Vətəndaşların banklardan şikayətləri ən çox nə ilə bağlıdır? - VİDEO
-
Səhiyyə Nazirliyində “Volqa“ əməliyyatı - Dövlətdən 10 min “yeyən“ maşını 3 minə satdıl
-
“Ölkənin “hərbi Şengen”də iştirakı onun neytrallığına zidd deyil“ - İsveçrə Müdafiə Nazirliyi
-
Estetik cərrahlara qadağa qoyuldu - Efirlərə buraxılmayacaqlar
-
Avropanın gələcəyi Putindən asılıdır - Mark Rutte
-
“General“ Mirdaməd Əzizov əslində kimdir? - 26 nəfərə qarşı dələduzluq
-
İşdən çıxarılan ginekoloq Ləman Əliyeva danışıdı - “Sifarişli oyun idi...“
-
Əli Həsənovun qohumlarından müsadirə olunan obyekt 1,2 milyona satıldı - Fotolar
-
Cənub bölgəsinin bəzi rayonlarında işıq olmayacaq - Xəbərdarlıq
-
“Ukrayna ilə bağlı danışıqlar yalnız Rusiya və ABŞ arasında aparılmalıdır“ - Patruşev
-
“Dövlət qurumları və MTK-lar vətəndaşların mülkiyyət hüququnu pozur“ - Şaiq Mirzəyev
-
İrandan Azərbaycana gətirilən bu məhsullarda GMO aşkarlanıb - RƏSMİ
-
Sevgilisini avtomobillə bərabər dərəyə yuvarladı - Bakıda qandonduran qətl
-
Tovuzda fəaliyyət göstərən “Nur Klinika”sında pasientlə yarıçılpaq selfie çəkdilər - FOTO
-
“Qara qutu”ları açdıq, orada maraqlı məlumatlar var” - Sergey Lavrov
-
“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama
-
Saray körpüsünün tikintisi nə vaxt başa çatacaq? - Açıqlama
-
“Kontakt Home“ cərimə edildi - Qanunvericiliyi pozduğuna görə
-
Ali Məhkəmədən mühüm Qərar - Ziyanın ödənilməsi...
-
Xankəndiyə ilk xanım müstəntiq təyinat aldı - Açıqlama
-
Meşədə meyiti tapılan tibb bacısı həkimin xanımı imiş - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Rektor əvəzi öz adını ixtisasartırma kursuna yazıb...” - ADNSU-da nələr baş verir?
-
Əməliyyat zamanı ad günü qeyd edilən cərrah işdən çıxarıldı - QƏRAR
-
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
-
Avropa Məhkəməsi Azərbaycanı cərimələyib - “Qış parkı“na görə
-
Valideynlər Səhiyyə Nazirliyinin qarşısında etiraz etdi - VİDEO
-
Prezidentin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatdı - FOTO
-
Nazirlik ADY-nin departament rəhbərinin müavininin diplomunu tanımayıb - “Sizə nömrəmi kim verib?“
-
AQTA xəbərdarlıq etdi - Bu qəndləri almayın
-
Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi - FOTOLAR
-
Geologiya və Geofizika İnstitutunun şübhəli satınalmaları: “Akademik təsadüf“, yoxsa...
-
Lavrovdan Ermənistana xəbərdarlıq - “Bu, mümkün deyil“
-
Sevinci uşaqlarının yanında öldürən ərinə - 18 il həbs verildi
-
Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
-
Unun yeni qiymətləri açıqlandı - CƏDVƏL
-
Kənd Təsərrüfatı Nazirliyində - Yeni təyinat
-
Ərdoğan Akşeneri vitse-prezident təyin edə bilər - KİV
-
Bu rayonlara qar yağacaq, şaxta olacaq - Sabahın havası
-
Lənkəranda itkin düşən balıqçıların axtarışları davam etdirilir - RƏSMİ
-
Çin “TikTok“un ABŞ bölməsini İlon Maska sata bilər - “Bloomberg”
-
Hesablama Palatasının nöqsan aşkarladığı Təhsil Tələbə Krediti Fondunu kimlər idarə edir? - FOTO
-
Prezident Əbu-Dabidə açılış mərasimində - Fotolar
-
Bakı metrosunda qadına qarşı əxlaqsızlıq etdi - Həbs oludu
-
İsmayıllıda başçısının müavini zəbt etdiyi torpaqda restoran tikib? - FOTO
-
NATO indi hər zamankından daha güclüdür - Bayden
-
Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq - QƏRAR
-
Azərbaycan yeni təhsil modelinə keçə bilər? - Açıqlama
-
Zaxarova Baydenə cavab verdi - “Bu etirafdır”
-
Nazirlik plastik cərrahlara müraciət etdi - 17 gün qalıb
-
“Flamenqo”ya gəldiyim üçün çox xoşbəxtəm - Juninyo
-
Azəraycanda terror aktı hazırlayanlar həbs olundu - “200 min dolları müqabilində ona sui-qəsd edəcəkdilər...“
-
Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı? - Açıqlama
-
30 yaşlı Nəzrin Mansurovanın ölümünün əsas səbəbi nədir? - VİDEO
-
Azərbaycanda qəbiristanlığı olmayan yeganə şəhər - VİDEO
-
Lənkəranda iki balıqçı itkin düşdü - FOTO
-
Salyan sakininin öldürülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub - VİDEO
-
“Vaşinqtonun Kiyevə dəstəyi Rusiya ilə nüvə qarşıdurması riski yaradır“ - Bayden
-
AZAL-ın üç təyyarəsi məcburi Gəncədə eniş etdi - Dumana görə
-
Kimlərə aylıq 400 manat veriləcək? - VİDEO
-
“O məxluqlar mənim üçün həyatda yoxdur” - Tünzalə Ağayeva
-
Azərbaycan klubunda maaş qalmaqalı - Qarşılıqlı ittihamlar
-
Sabah bəzi ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
-
Polisə getmədən qeydiyyata necə düşək? - VİDEO
-
Ağdam, Füzuli və Xocavənddə 30 milyona hansı işlər görüləcək? - TENDER
-
Azərbaycanda bu məhsul bahalaşıb - SƏBƏB
-
TikTok və mərc oyunları: Gəncliyin GİZLİ FACİƏSİ
-
Səfirlik təkzib etdi - Birol Akgün Bakıda deyil
-
Avrasiya hospitalda şok əməl: xəstəni öldürüb yaxınlarından gizlətdilər - VİDEO
-
“Ukrayna Rusiya ilə danışıqlar aparmaq iqtidarında deyil“ - NATO Baş katibi
-
Bu məhsullarda çoxlu sayda GMO aşkarlandı - FOTOLAR
-
Oleq Bakinskinin Ukraynadan çıxarılmasında erməni izi, imzası - ŞOK BİLGİLƏR
-
Aygün özünü görün nə hala saldı... - VİDEO
-
“BTB Bank“ şikayətlərə görə yenə liderdir - SİYAHI
-
Putin və Pezeşkian strateji tərəfdaşlıq sazişi imzalayacaq: Kreml açıqladı
-
Qobustanda restorana basqın edənlər saxlanıldı - VİDEO
-
Avadanlıqların təmiz saxlanmadığı çörək sexi bağlandı - Fotolar
-
Nəzrin Mansurlunun ölməsi faktı üzrə cinayət işi başlandı - RƏSMİ
-
“Yelo Bank”ın kredit oyunu - 516 milyonluq depozit hara gedib?
-
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü olub - FOTOLAR
-
Penisya fondu əlavə 566 milyon manatı haradan toplayıb? - Ekspert bunu yanlış sayır
-
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - Məhkəmə
-
Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal
-
Tarixin sirlərini yaşadan turizm şəhəri - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bakıda restorana hücum olub - Qrup halında + VİDEO
-
“Qarabağ” 22 yaşlı rumını istəyir - 1,5 milyon qiyməti var
-
“Azər-Türk Bank”ın rəhbərliyi nə qədər qazanır? - MƏBLƏĞ
-
Bakı və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
-
Şərifovu bu nazirn qardaşı əvəz edir - Üç müavin vəzifəsi boş qalıb
-
Azərbaycanda gəmilər satışa çıxarılır - QİYMƏTLƏR
-
“400 nəfərin yerinə işləyə bilməzdim axı…” - Abasquliyeva
-
Nəzrinin ölümü ilə bağlı məsələ böyüyür: Həkim 35 gün sonra mesaj yazıb ki...
-
Konstitusiya Məhkəməsində də ancaq Rusiya mətbuatı oxunur? - Siyahı
-
“ANKA III” gövdə içindən sursat atışını uğurla həyata keçirib - VİDEO
-
Milyonları ölkəyə qaytarmayanlar hakim qarşısına çıxarılır - RƏSMİ
-
Dağlıq rayonlarda qar yağacaq - Sabahın havası
-
Abşeronda pakistanlı fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
-
Bəxtiyar Hacıyevə hökm oxundu - 10 il həbs
-
Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
-
Prezident İlham Əliyev BƏƏ-yə getdi - FOTOLAR
-
Rus ordusu 8 istiqamətdə irəliləyib - “DeepState” yeni məlumatları açıqladı
-
HƏMAS-ın yeni lideri bəlli olub - Məhəmməd Sinvar
-
Pilotlarımız Aktaunu buna görə seçib - Qəza ilə bağlı mühüm DETALLAR
-
“Veysəloğlu“ 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
-
Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb - DYP
-
Kimlərə ayda 400 manat veriləcək? - Deputat açıqladı
-
Bakıda 35 yaşlı qadın falçının qurbanı oldu - TƏFƏRRÜAT
-
“Mən sənətdə olanda sən yox idin“ - Efirdə mübahisə
TOP 10
ARXİV