![]() |
|














Azərbaycan da nağdsız ödənişə keçsə... - Hazırlıqlar bitir?
Tarix 15.09.24, 13:46 |
|

Azərbaycanda nağdsız ödənişlərin 6 milyard 102 milyon manatı elektron ticarətin payına düşür
Türkiyənin Vergilər İdarəsi vergi qanunlarına nağd alışların maksimum məbləğinə məhdudiyyət qoyacaq düzəlişlər hazırlayıb. Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd olunub ki, bu qanunvericilik təşəbbüsü idarənin rəsmi saytında yerləşdirilib.
Bildirilib ki, vergi orqanı dəyəri 7 min türk lirəsini (205 ABŞ dolları) keçən mal və xidmətlər üçün nağd ödənişlərə məhdudiyyət qoyulmasını zəruri hesab edir. Dəyişikliklər qəbul olunarsa, fiziki və hüquqi şəxslər müəyyən edilmiş həddən artıq məbləğdə ödənişləri nağdsız üsulla həyata keçirməlidirlər. Tələblərin pozulması alıcılar üçün cərimələrlə nəticələnə bilər. Təşəbbüsdə qanun pozucunun ən azı 5 min lirə (146 dollardan çox) və ya satınalma məbləğinin 10 faizini ödəməli olacağı nəzərdə tutulur.
Türkiyə hakimiyyət orqanlarının fikrincə, bu tədbir alıcı və satıcı arasında maliyyə münasibətlərinin şəffaflığını artıracaq, həmçinin vergilərin yığılması prosesini optimallaşdıracaq. Türkiyə rəsmiləri daha əvvəl qeyd edib ki, vergi idarəsi tərəfindən idarə olunmayan əməliyyatların payı kifayət qədər yüksəkdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi məlumatın əsasən, "Nağdsız hesablaşmalar haqqında” qanunun 3.2-ci maddəsinə əsasən, hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər.
"Nağdsız hesablaşmalar haqqında” qanunun 3.1.1-ci maddəsinə əsasən, nağdsız hesablaşma dedikdə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.
Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Mərkəzi Bankın ötən ay təqdim etdiyi məlumata əsasən Azərbaycanda nağdsız əməliyyatların həcmi 1,6 dəfə artıb. Bildirilib ki, banklar və "Azərpoçt” MMC sistemləri üzrə 2024-cü ilin iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 249 min ədəd artaraq 18 milyon 340 min ədəd təşkil edib. Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.5% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20.8%, kredit kartları üzrə 11.4% təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artıb. 2024-cü ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7 milyard 280 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 102 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 168 milyon manatı POS-terminallar, 9.4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62.7%-ni təşkil edib. Banklar və "Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 3%, POS-terminalların sayı 19.4% artıb.
Millət vəkili Vüqar Bayramov "Yeni Müsavat”a bildirib ki, Türkiyədə tətbiq edilməyə başlanacaq təcrübə dünyanın əksər ölkələrində tətbiq olunur. V.Bayramov xüsusilə Avropa ölkələrində nağdlı ödənişlərə limitlər tətbiq olunduğuna diqqət çəkib:
"İnkişaf etmiş ölkələrdə praktik olaraq qeyri-nağd ödənişlərlə bağlı hər hansı çətinlik yoxdur. Çünki vətəndaşların böyük əksəriyyəti qeyri-nağd ödənişlərdən istifadə edir. Azərbaycanda oxşar təcrübədən bütün sektorlar üzrə olmasa da, seçilmiş sektorlar üzrə istifadə olunur. Bir sıra sektorlarda nağd ödənişlərlə bağlı limitlər var. Bəzi sektorlarda, məsələn, məbləği nisbətən böyük olan alqı-satqılarda ödənişlər yalnız qeyri-nağd formada həyata keçirilə bilər. Mənzillərin alqı-satqısı da qeyri-nağd formada ola bilər. Məqsəd nağdsız ödənişlərin stimullaşdırılması və təşviq edilməsidir. Gələcəkdə bu sahədə islahatların dərinləşməsi vacibdir. Çünki xüsusilə ”ƏDV geri al" layihəsi ilə plastik kartlarla ödənişlərə maraq artıb. Nağdsız ödənişlərin həcmində artım müşahidə olunur. Bu tip inzibati hesab olunan mexanizm və meyarların tətbiq edilməsi də nəticə etibarilə nağdsız hesablaşmaların tətbiq edilməsinə və dəstəklənməsinə, eyni zamanda nağdlı hesablaşmaların həcminin azalmasına gətirib çıxara bilər. Ona görə də Türkiyədə tətbiq ediləcək praktikaya uyğun olaraq gələcəkdə Azərbaycanda da bu sahədəki islahatların həm sektorların sayının artırılması, həm də müəyyənləşdirilmiş limitlərə baxılması formasında genişləndirilə bilər".
İqtisadçı ekspert Eldəniz Əmirov nağd alışların 205 dollara qədər azaldılaraq limit tətbiq edilməsini birmənalı şəkildə yanlış qərar hesab edir. Ekspert mövqeyini belə əsaslandırıb:
"Bu qərarın arxasında dayanan əsas səbəb bütün alış-veriş prosesində pul dövriyyəsinə nəzarəti tamamilə gücləndirmək, eyni zamanda yığımları artırmaqdır. Buna şəffaflıq demək olar, amma bu eyni zamanda insan haqlarının pozulmasıdır. Birdən-birə 205 ABŞ dolları məbləğində məhdudiyyət doğru deyil. İqtisadiyyatı bu metodlarla inkişaf etdirmək mümkün deyil. ABŞ təcrübəsinə nəzər salsaq, 10 min ABŞ dollarından artıq nağd pul alan hər hansı şəxs əməliyyat haqqında rəsmi məlumat (arayış) təqdim etməlidir”.
O ki qaldı Azərbaycan təcrübəsinə, ekspert qeyd etdi ki, ölkəmizdə də nağd hesablaşmalarla bağlı müəyyən məhdudiyyətlər var: "Bu bilavasitə Azərbaycanda müvafiq ”Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasınının qanununun 3.3 maddəsi ilə tənzimlənir. ƏDV ödəyiciləri, və son 12 aylıq dövriyyəsi 200 min AZN-dən artıq olan, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər bir kateqoriya üzrə bölünmüş və ay ərzində 30 min AZN-dən artıq olmamaqla ödənişləri nağd həyata keçirə bilərlər. Digər vergi ödəyiciləri isə, başqa sözlə desək, hər kəs ödənişləri ay ərzində 15 min manatdan artıq olmamaqla nağd həyata keçirə bilərlər. 15 min manat təxminən 8800 ABŞ dollarıdır. Bəzi sahələrdə, məsələn, kənd təsərrüfatı təyinatlı müəyyən məhsullar üçün məhdudiyyətlər tətbiq edilmir".
Qeyd edək ki, cari ilin yanvar-avqust ayları ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 116,4 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, "ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması prosesi də davam edir. Bu ilin yanvar-avqust ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 14 milyon 410,6 min manat təşkil edib.
Xəbərin oxunma sayı : 601
Sosial
Xəbərlər
-
Əri Aysunu belə cəzalandırır - Yeni qalmaqal (VİDEO)
-
Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər - Makron
-
Qlobal ticarət rekord səviyyəyə çatdı - HESABAT
-
Tramp orduya əmr etdi - Husilərin mövqeləri bombalandı
-
Azərbaycanda daha bir estetik əməliyyat qurbanı - 34 yaşlı qadın öldü
-
Leyla Əliyeva Milli Onkologiya Mərkəzini ziyarət etdi - FOTO
-
“Musa oğlum olduğu üçün bu barədə danışmaq istəmirəm” - Qurbanov
-
“Amerikanın Səsi“ və “Azadlıq Radiosu“ qapadıldı - Tramp qərar verdi
-
“Yalan söhbətdir, necə yəni məni işə çıxmıram?“ - Fuad Ələsgərov
-
Ramazanın 16-cı gününün duası - İmsak və iftar vaxtı
-
“ABŞ-Azərbaycan əlaqələrinin bərpası bütün Cənubi Qafqazın maraqlarına xidmət edəcək” - Adəm İsmayıl Bakuvi
-
Novruz bayramına hazırlıq bədbəxt hadisə ilə nəticələndi: Evləri yanıb kül oldu
-
Putin, Lukaşenko və Rəhmon Azərbaycan prezidentinə zəng ediblər - İlham Əliyev Moskvaya gedir
-
Durov məhkəmənin icazəsi ilə Fransanı tərk etdi - Dubaya getdi
-
Bakı şəhər sakini restoranda siqaret çəkdi - Həbs edildi
-
“Gold Məkan“ MMC Nərimanovda Tikinti Məcəlləsini pozdu - Nazirlik hərəkətə keçdi
-
“Terror təşkilatları anlayır ki, özlərini ləğv etməkdən başqa çıxış yolları yoxdur“ - Yaşar Gülər
-
Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lərlə bağlı cinayət işi başlanıb - Həbslər var
-
Sahil Babayevin diqqətinə: “Gənclər evi“nə ayrılan vəsaitlər hara xərclənir?
-
Plastik cərrahların fəaliyyətinin yoxlanılması nə vaxt başa çatır? - Açıqlama
-
Türkanda zibil problemi: Tullantılar yaşayış evlərinin yaxınlığında boşaldılır
-
Müəllimi döyməkdə şübhəli bilinən şəxslər saxlanılıb - Şəmkirdə
-
Çempionlar Liqasında ən çox qazanan klublar açıqlandı - Siyahı
-
“Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı davam edir“ - Zelenski
-
Milli Məclis etiraz məktubu göndərib - Avropa Parlamentinə
-
Qızılın qiyməti rekord vurur: Bahalaşmaya səbəb nədir?
-
“Antibiotiklərin reseptsiz satışı qadağandır“ - Nazir
-
“Rusiyaya təzyiqi artırmaq üçün əlimizdən gələni etməliyik” – Britaniyanın Baş naziri
-
Gömrük Komitəsi 9500 kahı satır - Qiymət açıqlandı
-
Temperatur 10-15 dərəcə enəcək, qar yağacaq - Xəbədarlıq
-
Bu universitetə rektor əvəzi təyin olundu - Məhəmməd Nuriyev kimdir?
-
Neymar Braziliya millisindən kənarlaşdırıldı - SƏBƏB?
-
FHN-dən yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə - Müraciət
-
Bakıda motosikleti insanların üzərinə sürən şəxs - Həbs edildi
-
Çevik Polis Alayında xidmət etmək istəyənlərin nəzərinə! - Video
-
30 dərəcə isti olacaq - Sabahın havası
-
Bakıda film kimi hadisə: Qadın oğurladığı 115 minlik qızılı kimə satdı?
-
İlham Əliyev ona “Dostluq” ordeni verdi - Sərəncam
-
Türkiyə bu bölgədə hərbi baza qurur - MİT Suriya və İraqdakı terrorçuları yaxından izləyəcək
-
Prezidentdən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə bağlı - Fərman
-
Azərbaycan D-8-ə qoşuldu - Qanun təsdiqləndi
-
“Xəmsə” şadlıq evinə məxsus obyektlər bağlandı - Video
-
Prezident onları təltif etdi - SİYAHI
-
Qərargah rəisi intihar etdi - Yaşadığı evin həyətində
-
“Bitcoin“in qiyməti 84 min dolları ötüb - Kriptobirjada son durum
-
“Fish home”da mənşəyi məlum olmayan məhsullar verilirmiş - Fotolar
-
“Xəstəxanada dedilər ki, iynə vurmağa icazə yoxdur, oğlum öldü...” - Video
-
Bakıda daha bir avtomobil partladı - VİDEO
-
Azərbaycan Premyer Liqası:“Qarabağ” “Kəpəz”ə, “Sabah” “Zirə”yə qarşı
-
İŞİD liderlərindən biri öldürülüb - Tramp açıqladı
-
Bakıda avtobus zolağını parklanma yerinə ÇEVİRDİLƏR - VİDEO
-
“Kiyev Kurskdakı hərbçilərinə təslim olmağı əmr etməlidir“ - Putin
-
Satışa saxta bal çıxarılır? - İDDİA (VİDEO)
-
Bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
ÇL-də ən çox qazanan klublar bəlli oldu - “Real“ 101 milyon gəlirlə 7-cidir
-
“Türkiyənin vaxtı ilə dediklərini indi ABŞ deyir“ - Fidan
-
PA-nın aprel ayına olan vətəndaş qəbulu açıqlandı - CƏDVƏL
-
Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda - Fotolar
-
Sədyar İbadovun külli miqdarda vergi borcu var - Bir ildə iki yeni şirkət açıb
-
“Putinə Ukraynadan gizli zəng gəlib” - Lukaşenko
-
Dövlət Turizm Agentliyində yoxlamalar başladı - Fuad Nağıyevi nə gözləyir?
-
İki QHT rəhbəri həbs edildi - Baş Prokurorluqda cinayət işi açılıb
-
Polis Sabunçuda 1 milyonluq kokain aşkarladı - VİDEO
-
Leyla və Arzu Əliyevalar Çin dili təhsili alan tələbələrlə - Fotolar
-
“Putinlə danışan Tramp yox, Uitkoff olub“ - Ağ Ev
-
Bakıda dolları xüsusi üsullarla saxtalaşdıran dəstə ifşa olundu - VİDEO
-
“Həmin şəxs sizdən hesabat istəyəcək” - Prezident
-
Amerikaya qarşı üçlü ittifaq formalaşıb - Çin, Rusiya və İran razılığa gəldi
-
Yeniyetmə qızı məktəbdən qaçıran kişi saxlanıldı - Goranboyda
-
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
-
Son sutkada bank kartlarına belə hücumlar edilib - DİN-dən xəbərdarlıq
-
“Tramp dövründə ABŞ ilə münasibətlərimizin yenidən qurulmasına çox nikbin baxırıq“ - İlham Əliyev
-
“Deputatların bəzi təklifləri ilə prinsipcə razı deyilik“ - Əli Əsədov
-
“Gəncənin bombalanması barədə məlumatı Qasparyandan almışdım” - Araik Arutunyan
-
Son 16 ildə Azərbaycanda pensiya alanların sayı 18% azalıb - İllər üzrə siyahı
-
Prezident “Euronews”a müsahibə verib - Tam mətn
-
Bəzi restoranlarda “Qırmızı kitab”dakı heyvanların ətləri verilirmiş - Xəbərdarlıq
-
9-cu sinif buraxılış imtahanlarının qrafiki - Açıqlandı
-
“Putinlə çox yaxşı və məhsuldar danışıqlarımız oldu” - Tramp
-
Ceyhun Bayramov Şarl Mişellə görüşdü - FOTOLAR
-
“Belarus yaxın gələcəkdə Rusiyanın tərkibinə daxil olmayacaq“ - Lukaşenko
-
Xocalının Ballıca kəndinə növbəti köç... - Fotolar
-
“Həmin artilleriya atəşləri Qarabağ ərazisindən olmayıb” - Bako Saakyan
-
Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Ciddi qanun pozuntularına yol verilib + FOTO
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnənə açıqlandı
-
“TikTok” səhifəsindən narkotik aldı - tutuldu
-
Azərbaycan pambığı hansı ölkəyə və neçəyə satır? - QİYMƏT
-
“Biz bunu gizlətmirdik” - Bako Saakyandan yeni etiraflar
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçiriləcək - Bu tarixdə
-
“Körpə danaların kütləvi kəsimi əti bahalaşdırır” - Deputat
-
Beyləqan rayonunda asfaltlama işləri davam etdirilir - Fotolar
-
Tərtərdə 34 yaşlı kişi öldürüldü - Atası tutuldu
-
“Qarabağa silah-sursat Ermənistandan gətirilirdi“ - Bako Saakyan
-
Binəqədidə 22 kq narkotik aşkarlandı - VİDEO
-
Narkotik çəkib, sükan arxasında yuxuya gedib: Agentlik əməkdaşı ölüb
-
Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır - TENDER
-
Bakıda 24, bölgələrdə 29 dərəcə isti olacaq - PROQNOZ
-
DSMF-nin gəlir və xərcləri artıb - Rəqəmlər
-
Azərbaycanın xarici dövlət borcu - Açıqlandı
-
10 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq
-
“Novruzda əfv olmayacaq, iclaslar davam edir“ - Komissiya üzvü
-
“TikTok”da çirkli pullar belə yuyulurmuş... - VİDEO
-
Baş nazir açıqladı: Qarabağa 17 milyard pul xərclənib
-
Aİ Ukrayna üçün fond yaratmağı düşünür - 20-40 milyardlıq
-
Hökumət üzvləri Bakının nəqliyyat sistemini müzakirə etdi - Fotolar
-
“Erməni soyqırımının beynəlxalq aləmdə tanınması bizim üçün prioritet deyil” - Paşinyan
-
Yevlaxda kütləvi dava - Ölən və yaralanan var
-
Sürücülük vəsiqəsinin alınma qaydasına dəyişiklik gözlənilir? - RƏSMİ
-
Milli Məclisin iclası başlayıb: Baş nazir hesabat verir
-
Həqiqi hərbi xidmətin müddətinin azaldılması ilə bağlı təklif qəbul olunmayıb
-
Britaniya Azərbaycana müdafiə attaşesi təyin etdi -İlk dəfə
-
Kərə yağı adı ilə satılan bu məhsullar da satışdan yığışdırılır - Fotolar
-
Zakir Həsənov Haluk Bayraktarı təltif etdi - FOTO
-
ABŞ Ukraynaya GLSDB uzaqmənzilli bombaların tədarükünü bərpa etməyə hazırdır - “Reuters“
-
Bakıda dəhşətli hadisə - Özünü 12-ci mərtəbədən atdı
-
Ölkəmizdə hər günə 59 boşanma - günah niyə qadınlarda?
-
Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - Fotolar
-
Mağazadan alınan toyuğun içərisindən buz çıxdı - VİDEO
-
Zelenski türkiyəli nazirlərlə iftar açdı - FOTO
TOP 10
ARXİV