Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Azərbaycanda ən çox taxıl bu rayonlarda yığılıb – Siyahı

Tarix 15.08.24, 9:28

Font ölçüsü : - / +
bitmap-img6


Bu il avqust ayının 13-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulan 995,7 min hektar sahənin 979,3 min hektarı və yaxud 98,3 faizi biçilərək məhsulu yığılıb.

AzFakt.com açıqlanan rəsmi məlumata istindən xəbər verir ki, sahələrdən 2 937,3 min ton məhsul toplanıb, məhsuldarlıq 30 sentnerə bərabər olub.
Məhsulun 1 680,3 min tonunu və yaxud 57,2 faizini buğda, 1 227,4 min tonunu (41,8 faizini) arpa, 29,6 min tonunu (1 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.
26 rayonda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. Naxçıvan Muxtar Respublikasında və 29 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90 faizindən çoxu biçilib, digərlərində isə biçinin aparılması səviyyəsi 90 faizdən aşağı olub.
Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,4 sentner), Ağcabədi (müvafiq olaraq 44,4), Sabirabad (43,4), Salyan (42,0), Bərdə (41,6), Ağdam (41,5), Saatlı (41), İmişli (39,6), Samux (37,6), Zaqatala (36,1) və Beyləqan (35,9) rayonlarında olub.     
Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (224,7 min ton), Şəki (152,7 min ton), Ağcabədi (144,9 min ton), Füzuli (130,7 min ton), Kürdəmir (125,2 min ton), Ağsu (108,2 min ton), Hacıqabul (106,2 min ton) və İsmayıllı (97,0 min ton) rayonlarında müşahidə olunub.



Xəbərin oxunma sayı : 1126




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap