“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Bakıda yaşıllaşdırmada istifadə olunan Oleandr bitkisi ölümə səbəb olur? - AÇIQLAMA

Tarix 05.09.24, 16:46

Font ölçüsü : - / +
bitmap-img6


"Yaşıllaşdırma istifadə edilən oleandr bitkisinin ölümə səbəb olması barədə iddialar əsassızdır”.

Bunu APA-ya açıqlamasında biologiya elmləri doktoru Həsən Babayev deyib.

O bildirib ki, ölkəmizdə daha çox "söyüd gülü" kimi tanınan "Oleandr" və ya "Zəqqum kolu" adlanan bitkiyə paytaxt Bakı və digər rayonlarımızın küçələrində çox sıx rast gəlinir: "Gözəl gülləri olan bu bitki Abşeron yarımadasının hava şəraitinə tam uyğunlaşmış bitkidir. Abşeronun quraq iqliminə, küləyə və istiyə davamlı olan, asan yetişdirilən bu kollar təkcə bizim ölkəmizdə deyil, həmçinin Avropada, o cümlədən kurort və istirahət məkanları ilə zəngin olan Fransa, Türkiyə, Yunanıstan, İspaniya, İtaliya və s. ölkələrdə də geniş şəkildə əkilib. Quraq iqlimə davamlı olması bu bitkinin dekorativ yaşıllaşdırmada geniş istifadə edilməsinə səbəb olub. Onun güllərinin zəhərli, insanlar üçün təhlükəli olmasına gəldikdə isə, bu günə kimi heç bir ölkədə oleandr gülündən ölüm hadisəsi qeydə alınmayıb. Sözügedən gül yalnız yem kimi qəbul edildikdə o ziyan verə bilər".



Xəbərin oxunma sayı : 799




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap