Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

Dələduzluğa görə məhkum olunmuş şəxs kafedra müdiri təyin olunub - ADPU-nun Quba filialında

Tarix 03.10.24, 10:57

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında aparılmış struktur dəyişikliyi bir sıra maraqlı məqamları özü ilə birlikdə gətirib.

AzFakt.com-un Oxu.Az-a istinadən məlumatına görə, 10 il əvvəl həmin təhsil müəssisəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunaraq həbsə məhkum olunmuş Nurbala Süleymanov yenidən vəzifəyə təyin edilib.

2014-cü ildə N.Süleymanov məhkəmə zalında həbs olunub və səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib.

Həbs müddətini başa vuran N.Süleymanov bundan sonra ADPU-nun Quba filialında kafedra müdiri vəzifəsini icra edəcək.

Məsələni dəqiqləşdirmək üçün Nurbala Süleymanovla əlaqə saxladıq.

O, saytımıza açıqlamasında bildirib ki, ADPU-nun Quba filialının Dəqiq və Təbiət Elmləri kafedrasına ictimai əsaslarla üç ay müddətinə müdir təyin edilib:

“Dərs yükü çox olduğu üçün məsul bir şəxs bu işi üzərinə götürməli idi. Tədris prosesini yaxşı bildiyim üçün ictimai əsaslarla, təcrübəmə görə bu məsuliyyət mənə həvalə olunub. Ancaq kafedra müdiri vəzifəsi seçki prosesi ilə olan məsələdir. Kafedra müdiri deyiləm. Üç aydan sonra seçkidə kim seçilər, artıq bilmirəm”.

N.Süleymanov əlavə edib ki, 2015-ci il iyulun 24-də bəraət alıb və məhkumluğu üzərindən götürülüb:

“Üzərimdə məhkumluq olmadığı üçün mənə bu vəzifə müvəqqəti həvalə olunub”.



Xəbərin oxunma sayı : 859




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap