Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Küçədə arvadını döydü, qonşusunu bıçaqladı - MƏHKƏMƏ

Tarix 13.12.24, 9:54

Font ölçüsü : - / +
bitmap-img6


Şəki Apellyasiya Məhkəməsində xuliqanlıqda və qanunsuz narkotik saxlamda təqsirləndirilən R.Heydərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 16 mart 2023-cü il tarixdə, saat 19:30 radələrində Zaqatala şəhəri ərazisində qeydə alınıb.

Belə ki, R.Heydərov sərxoş vəziyyətdə yaşadığı evdə arvadı, zərərçəkmiş N.Hacıxanova ilə mübahisə edib. Qadının ərinin aqressiv hərəkətlərindən qorxaraq evdən həmin küçəyə çıxıb. Sonra o, arvadının ünvanına söyərək arxasınca qaçıb. R.Heydərov da qonşusu, zərərçəkmiş Y.Müslümovun evinin qarşısında qadına nalayiq söyüşlər işlədib, əli ilə vurub yerə yıxıb. Bu zaman N.Hacıxanova möhkəm qışqırıb, Y.Müslümov səsə çölə çıxıb. Qonşusu təqsirləndirilən şəxsin bu hərəkətlərini qarşısını almaq istəyib. Həmin vaxt R.Heydərov bıçaqla Y.Müslümovun döş qəfəsinin sol tərəfinə qəsdən bir zərbə vuraraq xəsarət yetirib.

Daha sonra R.Heydərov saxlanılarkən onun üzərində satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddələr aşkarlanıb. 

Zaqatala Rayon Məhkəməsinin hökmü ilə 4  il müddətə azadlıqdan məhrum edilib. 




Xəbərin oxunma sayı : 940




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap