Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Müğənni Bakıda izlənildiyini iddia edir: “Mənə nəsə olsa, səbəbkarı odur“

Tarix 20.08.24, 11:30

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Sevda Sanaliyeva tanıdığı şəxs tərəfindən izlənildiyini bildirib.

AzFakt.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə paylaşım edib.

O, yaşadığı binanın qaraşında və evinin önündə çəkilən görüntüləri izləyiciləri ilə bölüşərək bunları deyib: “Mən bu adamı tanıyıram, yaşadığı yeri də bilirəm. Çox təhlükəli insandır. Sadəcə səbir etməyə çalışdım. Həm də belə mövzu ilə gündəmə gəlməyə utandım, amma məcburam. Buradan deyirəm, əgər mənə nəsə olsa, bilin ki, səbəbkarı bu insandır. Dəfələrlə 102-yə şikayət etmişəm, məhkəməyə, bölməyə ərizəli şəkildə müraciət etmişəm. Uzaqlaşdırma qərarının çıxarılması bir az vaxt tələb edir, amma bilmirəm ki, buna vaxtım var ya yox. Qərar çıxana qədər, bəlkə də, mən olmayacağam. Dünən yaxşı qutardım, amma bu gün nə olacaq bilmirəm. Buradan bütün Azərbaycan xalqına deyirəm ki, mənə nəsə olsa, səbəbkarı odur. Bəlkə anam, atam yoxdur, yiyəsizəm deyə, belə hərəkət edir. Amma mənim Allahım var, ona güvənirəm. Azərbaycan polisinə güvənmək istəyirəm. Bilirəm ki, həmin şəxs məni izləyir. Ona deyirəm ki, bir də yaşadığım binanın ətrafına gəlsən, arxamca düşsən, övladlarıma yaxın gəlib onları danışdırmağa çalışsan, üzünü göstərəcəyəm və adını soyadını da deyəcəyəm. Videoda da əlində nəsə var idi, arxasında gizlədirdi. Sabah nə edəcək mən bilmirəm, çox narahatam. O insanın məni təhdid etməsi ilə bağlı səsli mesajları var. Lazım olsarsa, onları da yayımlayacağam. İnşallah ki, ehtiyac qalmaz. Əgər onun başqa şəxslərə də ziyanı dəyibsə, mənim instaqram hesabıma yazsınlar”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, Sevda Sanaliyevanın müraciəti ilə bağlı araşdırma aparılır.





Xəbərin oxunma sayı : 889




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap