Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Əhali ən çox pulu hansı aylarda xərcləyir? - QRAFİK

Tarix 20.01.25, 16:25

Font ölçüsü : - / +
bitmap-img6


2024-cü ildə Azərbaycanda yaşayan əhali ərzaq, qeyri-ərzaq və pullu xidmətlərə ümumilikdə 77,5 milyard manat pul xərcləyib.

AzFakt.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin xərcləri aylar üzrə fərqlənib. Elə aylar olub ki, çəkilən xərclər iki dəfəyə yaxın artıb. Əhali ən çox pulu dekabrda xərcləyib.

İlin sonuncu ayında əhalinin cəmi xərcləri 10,11 milyard manat olub ki, bu da illik xərclərin 13 faizini təşkil edib. Əhalinin xərcləri ərzaq, qeyri-ərzaq və xidmətlərin alınması xərclərindən ibarətdir. Əhalinin xərclərinin çox hissəsini ərzaq və qeyri-ərzaq xərcləri təşkil edir. Ərzaq və qeyri-ərzaq xərcləri dekabrda əvvəlki aylardan kəskin fərqlənib. İlin sonuncu ayında əhalinin bu növ xərcləri 8,33 milyard manatı ötüb.

Dekabrdan sonra ən böyük ərzaq və qeyri-ərzaq xərci iyunda (5,78 milyard manat), oktyabrda (5,64 milyard manat), noyabrda (5,52 milyard manat) və sentyabrda (5,5 milyard manat) olub. İlin son ayında ərzaq və qeyri-ərzaq xərclərinin yüksək olmasının səbəbini dəqiq izah etmək mümkün deyil.

Əgər xərclərin bu qədər artması bayram amili ilə bağlıdırsa, o halda mart ayında da xərclər böyük olmalıdır. Amma martda xərclər 4,92 milyard manat olmaqla dekabr ayı ilə müqayisədə 3,4 milyard manat azdır. Martda 2 bayramın olmasına baxmayaraq, xərclər dekabrla müqayisədə yüksək deyil.

Əhlainin pullu xidmətlərlə bağlı xərcləri də dekabrda maksimum həddə çatıb. Bu ayda pullu xidmətlər xərci 1,77 milyard manat olub ki, bu da əvvəlki aylarla müqayisədə yüksəkdir.

Xidmətlərə çəkilən xərc noyabrda 1,42 milyard manat, sentyabrda 1,311 milyard olub. Aylar üzrə xidmətlərə ən az pul fevralda xərclənib. Fevraldakı xərc məbləği 1,07 milyard manatdır.

Aylar üzrə açıqlanan məlumatlardan görünür ki, əhali daha çox pulu dekabrda, ən az pulu isə fevralda xərcləyib. Dekabrdakı ümumi xərclər fevraldakı xərclərdən (5,13 milyard manat) təxminən 2 dəfə yüksəkdir.

Açıklama yok.



Xəbərin oxunma sayı : 508




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap