“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Neyrocərrah Zaur Ramixanov xəstənin həyatını məhv edib - ŞİKAYƏT

Tarix 09.04.25, 19:46

Font ölçüsü : - / +
bitmap-img6


Neyrocərrahın səhlənkarlığı daha bir həyatı məhv etdi - Zaur Ramixanovun “Tibbi Cinayətləri” davam edir

Ölkəmizdə tibbi məsuliyyətsizlik halları təəssüf ki, zaman-zaman insanların həyatına və sağlamlığına ağır zərbə vurur. Xalq.az-a müraciət edən Araz Musayev həyatının məhv olmasında,əlil qalmasında şikayətlənib.

Bu olay isə Mingəçevir Regional Hospitalında qeydə alınıb. Vətəndaş Musayev Araz Müşfiq oğlu 2023-cü ildə bu xəstəxanada neyrocərrah Zaur Ramixanov tərəfindən əməliyyat olunub. Əməliyyat öncəsi həkim tərəfindən 3000 manat məbləğində pul  alınması ilə başlayan proses, vətəndaşın əlil arabasına məhkum edilməsi ilə nəticələnib. Əməliyyatı düzgün etmədiyi üçün pulu geri qaytardı ve dedi gedin hara istəyirsiz şikayət edin Araz Musayev bildirir.

Neyrocərrah Dr. Zaur Ramixanov Həkim tərəfindən müalicə edilən xəstəliklər: Neyromodulyasiya (beynin pozulmuş fəaliyyətinin proqramlaşdırılması və... | By Yeni Gəncə Tibb Mərkəzi | Facebook

Digər xəstəxanada aparılan təkrar müayinələr nəticəsində məlum olub ki, pasiyentin fəqərə sütununda köhnə sınıq qalığı saxlanılıb və bu, əməliyyatın düzgün aparılmadığını açıq şəkildə sübut edir. Mütəxəssislər bildirir ki, bu cür ciddi səhlənkarlıq yalnız pasiyentin həyat keyfiyyətini məhv etmir, həm də tibbi etikanı və insan hüquqlarını ayaqlar altına alır.

Ən dəhşətlisi odur ki, Zaur Ramixanovun adı daha əvvəl də bir neçə ciddi hadisədə hallanıb. 82 yaşlı Raya Əliyevanın “İstanbul NS” klinikasında ölümünə səbəb olan səhv diaqnoz və müdaxilə məhz bu həkimlə bağlı idi. Habelə “Yeni Gəncə” Tibb Mərkəzində baş vermiş əməliyyat zamanı Sevinc Kəriminin kor qalmasında da onun adı çəkilir. Hər iki hadisə müxtəlif yollarla ört-basdır edilsə də, ictimai yaddaş bu faciələri unutmayıb. Artıq cəmiyyət sual edir: Bu qədər şikayət və faciəli nəticələr fonunda Zaur Ramixanov hələ də necə həkim fəaliyyətini davam etdirə bilir? Onun fəaliyyətinə hüquqi qiymət vermək və bu cür halların qarşısını almaq üçün aidiyyəti qurumlar nəyi gözləyir?

Baş Prokurorluq və Səhiyyə Nazirliyi qarşısında bu məsələnin ciddi şəkildə araşdırılması və hüquqi qiymət verilməsi şikayətçi bildirir?

Hazırda Araz Musayev məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib və müvafiq qurumlardan bu olayın obyektiv şəkildə araşdırılmasını istəyir.

 Şikayətçi bildirir ki, Zaur Ramixanov verilişlərə çıxır özünü reklam edir, mən sizin vasitənizlə  bütün insanlara muraciət edirəm  əlil qalmaq istəmirsinizsə  bu cərraha müraciət etməyin. 

Zaur Ramixanovla əlaqə saxlasaqda  suallarımıza cavab verilmədi .

Mingəçevir Regional Hospitalıdanda  bu məsələyə heç bir münasibət bildirmədilər.

Yazıda adları keçənlərin də mövqeyini dərc etməyə hazırıq.

Açıklama yok.






Xəbərin oxunma sayı : 916




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap