Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Ortaq türk əlifbasından necə istifadə olunacaq? - VİDEO

Tarix 16.09.24, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


Türk xalqlarının artıq ortaq əlifbası var. Türk dövlətləri bu gün bir təşkilat altında birləşib. Ortaq türk əlifbası da bu birliyin nəticəsidir.

Bəs bu əlifba necə yaranıb və necə istifadə olunacaq?

Mövzu ilə bağlı Türk Dünyası Ortaq Əlifba Komissiyanın üzvü Nizami Cəfərov qeyd edib ki, hər bir hərf, hər bir işarə üzərində düşünülüb və türk dillərində onların işlənmə imkanları müəyyənləşdirilib:

"Elə bir nümunəvi əlifba cədvəli yaradılıb ki, bundan sonra ilk növbədə müstəqil türk dövlətlərinin xalqları öz dillərində bu əlifbadan istifadə edəcəklər. Bu uyğunlaşmadan sonra, imla qaydalarının, terminalogiyanın uyğunlaşması baş verə bilər. Hər bir türk xalqının öz ədəbi dili var. Sadəcə olaraq ortaq əlifba ilə yazacaqlar."

"Latın" qrafikasına əsaslanan əlifbada dörd müstəqil türk dövləti - Azərbaycan, Türkiyə, Özbəkistan və Türkmənistan əlifbasındakı hərflər yer alıb. Qazaxıstan və Qırğızıstanın iştirakının isə növbəti mərhələdə olması gözlənilir. Ona görə ki, bu dövlətlərin əlifbası "kiril" qrafikasındadır. Ortaq əlifbaya digər türk xalqları da böyük maraq göstərir.

Bu əlifbanın məktəblərdə tədrisi ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirilib ki, qanunvericilikdə rəsmi həllini tapdıqdan sonra bununla bağlı müvafiq addımlar atılacaq.

Daha ətraflı İctimai TV-nin sujetində:





Xəbərin oxunma sayı : 748




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap