Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

“AzərMaş“ sədrini ölümlə hədələyən qardaşının itlərinə baxan şəxs imiş - Hökm oxundu

Tarix 30.10.24, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


"AzərMaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundovu və yaxınlarını öldürməklə hədələyən şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1972-ci ildə Bakı şəhərində anadan olmuş Əhməd Əhmədov qurumun rəhbərini hələdələyərək, 100 min manat tələb edib. 

Belə ki, Əhməd Əhmədov qabaqcadan tanıdığı Emin Axundovun qardaşı Eldar Axundovun Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən bağ evində işləyib. Əhməd Eldar Axundovun 2021-2022-ci illər ərzində Şüvəlandakı bağ evində itlərinə baxırmış. "AzərMaş" sədrinin qardaşı evini ona etibar edərək, həmin illər ərzində Almaniyada müalicədə olub.

Əhməd 2023-cü ildə Eldarın bağ evini satması ilə bağlı məlumat aldıqdan sonra ondan 40 min manat pul istəyib. Eldar da 40 min manatı 3-4 min manat başa düşüb və təqsirləndirilən şəxsə köməklik məqsədi ilə həmin pulu verəcəyinə söz verib. 

Bundan sonra Əhməd Eldarın qardaşı Emindən 100 min manat pul tələb edib. Əks halda ona və İngiltərədə təhsil alan övladına problem yaradacağı, həmçinin evinə qumbara atıb partladacağı ilə hədələyib. 

Emin Axundov qardaşı ilə məsələni müzakirə etikdən sonra təqsirləndirilən şəxs barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. 

Əvvəlcədən əməliyyat planına uyğun olaraq Emin Əhmədə 9 min manat pul verməyə razılaşıb. Həmin vəsait verildikdən dərhal sonra təqsirləndirilən şəxs saxlanılıb. 

Məhkəmədə təqsirləndirilən şəxs Emin Axundovla eyni məktəbdə təhsil aldığını, hər iki qardaşı əvvəlcədən tanıdığını bildirib. O, Eminin qardaşı Eldar Axundovun 2016-cı ildə Ukraynada aldığı mərmər zavodunun fəaliyyətinə orada yaşayan tanışları vasitəsi ilə köməklik göstərdiyini bildirib. İddia edib ki, bu yaxşılığına görə Eldar ona 50 min manat pul verəcəyini vəd etsə də, verməyib. Ona görə özü həmin 50 min manata qarşılıq Emindən 100 min manat pul tələb edib.

Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin tamamilə yalan danışdığını və qardaşı Eldarın Şüvəlandakı bağında itlərə baxdığını, onların imkanlarından xəbərdar olduğu üçünsözügedən vəsaiti tələb etdiyini iddia edib. 
 
Məhkəminin qərarı ilə Əhməd Əhmədov Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, zərərçəkmiş Emin Axundov 15 il bank sektorunda rəhbər vəzifələrdə çalışıb. Hazırda kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodu "AzərMaş" ASC-nin İdarə Heyətinin sədridir.



Xəbərin oxunma sayı : 565




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap