Son günlər metroda nə baş verir? - VİDEO Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO
Axtar
 
  • / Sosial / — 12 Dekabr 2024

    Son günlər metroda nə baş verir? - VİDEO

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

“Baboşların, mamoşların təbliğatı gedir” - Fazil Mustafa

Tarix 01.11.24, 12:27

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, komitə sədri Fazil Mustafa cari məsələlərlə bağlı çıxış edərkən diqqəti idmandakı vəziyyətə yönəldib.

Bildirib ki, bu günlərdə Roma güləşi üzrə dünya çempionatında Eldəniz Əzizli 4-cü dəfə dünya çempionu oldu və bu, çox böyük uğurdur, bir ilkdir.

Deputat sual edib: bəs, Hacı Əliyev kimi idmançılarımızın yetişdiyi sərbəst güləşimiz niyə uğur qazana bilmədi? Cavabında qeyd edib ki, bu, legionerlərlə bağlıdır.

“Legioner bir neçə ildən sonra çıxıb gedir, məktəb yarada bilmir”, - deyən Fazil Mustafa qeyd edib ki, futbolda da vəziyyət belədir.

“Dünyanın əksər klublarında 70 gürcü futbolçu çıxış edir. Amma bir azərbaycanlı futbolçunu dünyaya transfer olunacaq səviyyədə yetişdirə bilməmişik”, - deputat vurğulayıb.

Fazil Mustafa mövzunu davam etdirərkən bir məqama da toxunub:

“Eldəniz Əzizli 4 dəfə dünya çempionu olub, Hacı Əliyev 3 dəfə. Amma ölkədəki məktəblərin heç birinin girişində onların şəkillərinə rast gəlmirik. Çox yaxşı ki, şəhidlərimizin hamısının şəkilləri məktəblərimizin girişində, digər yerlərdə vurulub. Amma canlı qəhrəmanlarımızın şəkillərini görə bilmirik. Ona görə də baboşların, mamoşların təbliğatı gedir”.



Xəbərin oxunma sayı : 691




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap