![]() |
|














Köçəryanın azərbaycanlılara qarşı milli ədavət və düşmənlik ideyalarını təbliğ etməsi ifşa olunub - MƏHKƏMƏ
Tarix 14.04.25, 23:28 |
|

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 14-də davam etdirilib.
"Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmənin baxış iclası zamanı Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı ibtidai istintaq zamanı toplanmış sənədləri, o cümlədən hadisə yerinə baxış protokolları, onlara əlavə olunan fotomaterialları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, ibtidai istintaq zamanı 1990-cı illərin əvvəllərində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş erməniəsilli şəxslərlərlə bağlı ekspert rəylərini açıqlayıb.
Vurğulanıb ki, SSRİ Baş prokurorunun böyük köməkçisi, II dərəcəli dövlət ədliyyə müşaviri Nikolayev tərəfindən Azərbaycan əraziləri olan Xocalı, Şuşa və Xankəndidə ermənilərin müxtəlif cinayətlər törətmələri faktları ilə bağlı 1988-ci il sentyabrın 19-da Azərbaycan SSR-in Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması SSRİ Prokurorluğunun istintaq qrupuna həvalə edilib.
SSRİ Baş Prokurorluğunda başlanmış cinayət işində vaxtilə şahid qismində dindirilmiş Artur Abramyanın elan olunmuş ifadəsinə əsasən, Qarabağdakı mitinqə Arkadi Manuçarov, Zoriy Balayan, Henrik Poqosyan, Maksim Babayan, tikinti idarəsinin rəisi Roles Aqacanyan, Vladik Sarkisyan və tanımadığı digər şəxslər rəhbərlik ediblər. Murad Petrosyan və Serj Sarkisyan aralarındakı razılaşmaya əsasən Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin silahlandırılmasını həyata keçiriblər.
Bundan başqa, Azərbaycan ərazilərində olan qanunsuz erməni silahlı birləşmələrinə maddi yardım Yerevan şəhərindən edilib, pul vəsaitlərini Ermənistan Ali Sovetinin sədri Ter-Petrosyanın müavini Vazgen Manukyan öz adamları vasitəsilə Azərbaycan ərazilərinə göndərib. Həmin pulları Azərbaycan ərazilərində Robert Köçəryan qəbul edərək qanunsuz erməni silahlı birləşmələrinə paylayıb. Eləcə də Şuşa-Xankəndi avtomobil yolunun 14-cü kilometrliyində - Xəlfəliçay çayının üzərindən keçən körpünün partladılması barədə göstərişi Murad Petrosyan verib.
Həmin cinayət işi üzrə Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində mövcud olmuş qondarma rejimin "müdafiə naziri”, "Təhlükəsizlik Şurasının katibi” olmuş Samvel Babayan ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində 1990-1991-ci illərdə verdiyi ifadələrində bildirib ki, 1991-ci ilin aprelində Yevlax-Laçın avtomobil yolunda mülki sərnişin avtobusunu partladan Samvel Baqmanyan Murad Petrosyanın ümumi rəhbərlik etdiyi qanunsuz erməni silahlı birləşmələrinin üzvü olub. M.Petrosyan isə Robert Köçəryanın komandasına xidmət edib.
Şahid qismində dindirilmiş Yuriy Cahangiryan ifadəsində göstərib ki, Qarabağ İpək Kombinatında partiya təşkilat katibi vəzifəsində çalışan Robert Köçəryan "Krunk” adlı erməni millətçi təşkilatının fəal üzvü kimi çıxış edərək, azərbaycanlılara qarşı milli ədavət və düşmənlik ideyalarının təbliğinə başlayıb.
Bundan sonra məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların təqsirləndirilən şəxslərə suallar vermələri ilə davam etdirilib.
Təqsirləndirilən Arkadi Qukasyan elan olunan ifadələr və təqdim edilən digər sübutlarla bağlı dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırmaq üçün məhkəmədən növbəti iclasadək ona vaxt verilməsini xahiş edib.
Məhkəmə iclasına sədrlik edən hakim onun xahişini nəzərə alıb və növbəti məhkəmə iclasında sualları cavablandırmasına şərait yaradılacağını bildirib.
Daha sonra təqsirləndirilən şəxs Arayik Haruyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin, dövlət ittihamçıları Fuad Musayevin və Vüsal Abdullayevin suallarını cavablandıraraq deyib: "1990-cı illərdə Robert Köçəryan, Murad Petrosyan, Manuçuryan və digərləri Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində mitinqləri təşkil edənlər və "hərəkat”ın önündə gedənlər olublar”. O, 1988-1990-cı illərdə Xankəndidə yaşayan azərbaycanlıların evlərini necə qoyub getmələrini də xatırladığını bildirib və əlavə edib: "Körpünün (Xəlfəliçay üzərindəki körpü – red.) partladılmasını da xatırlayıram”.
O, hansısa küçədə azərbaycanlıların evlərinin yandırılması, qətllər, qarətlər barədə eşitdiyini bildirib. Buna baxmayaraq, təqsirləndirilən şəxs hadisələrin məhkəmədə açıqlanan miqyasda olması barədə məlumatsız olduğunu iddia edib və qeyd edib: "Bilmirdim ki, bu qədər qətl, zorakılıq olub. Cinayət işlərinin açılmasından da məlumatsız idim. Eşidirdim, görürdüm ki, Xankəndidə azərbaycanlıların hərəkət etmələrində, məsələn, dükandan nəsə almalarında problem var idi. Oradakı azərbaycanlıların evlərindən getmələrinə gəlincə, dəqiq budur ki, onlar bunu könüllü etməyiblər”.
Təqsirləndirilən şəxs qətllərin olmasını da təsdiqləyərək deyib: "Bəli, çoxlu qətllər, hətta ermənilərin erməniləri öldürdükləri faktlar da olub. Yəni, ermənilər təkcə azərbaycanlılara qarşı olmayıblar, orada məişət, siyasi zəmində ermənilərin erməniləri öldürmələri halları olub. Xankəndidə, Qarabağda yüksək vəzifəli şəxsi öldürüblər”.
A.Harutyunyan Xankəndidə öldürülən vəzifəli şəxsin adını da açıqlayıb və əlavə edib: "Adı Valeri Qriqoryandır. Onun qətli ilə bağlı müxtəlif versiyalar var. Biri o idi ki, o, Bakıya gedərək azərbaycanlılarla görüşüb. İkinci versiya o idi ki, vəzifə üçün öldürülüb. Fakt bu idi ki, Bakıdan qayıdandan sonra öldürülüb, deməli, birinci variant daha uyğundur”.
O, dindirilmə zamanı Samvel Babayanın 2000-ci ildə Arkadi Qukasyana qarşı sui-qəsd törətməsindən də danışıb, onu məcburiyyətdən "Təhlükəsizlik şurası”nın "katibi” təyin etdiyini bildirib.
A.Harutyunyan Murad Petrosyanı isə 2010-2012-ci ildən sonra tanıdığını bildirib: "Ondan əvvəl isə onun barəsində eşitmişdim. Bir neçə il əvvəl öldü. Petrosyanla bir komandada olmamışıq. O, mənə qarşı olub. Biz əks qütblərdə olmuşuq”.
Bu zaman məhkəmədə sənəd tədqiq olunub. Sənədə əsasən məlum olub ki, A.Harutyunyan M.Petrosyan vəfat edərkən başsağlığı verib, onu barəsində xoş sözlər yazıb, fəaliyyətini yüksək qiymətləndirib.
Təqsirləndirilən şəxs Levon Mnatsakanyan isə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında Xəlfəliçay üzərindəki körpünün partladılması barədə eşitdiyini deyib. O, məhkəmədə əməlləri sadalanan Murad Petrosyanla ünsiyyətinin olmadığını da vurğulayın və bildirib: "O, 2020-ci ildə Xankəndidə yolu bağlayan etirazçıları müdafiə edirdi”.
Ardınca dövlət ittihamçısı Təranə Məmmədova tərəfindən Bako Sahakyan və David İşxanyana suallar verilib.
Təqsirləndirilən şəxs Bako Sahakyan körpünün partladılmasını pislədiyini qeyd edərək deyib: "Bu kimi halları tənqid edir və pisləyirəm”.
Təqsirləndirilən şəxs David İşxanyan suallara cavab verərkən Xəlfəliçay çayı üzərindəki körpünün partladılması hadisəsi barədə məlumatsız olduğunu, bu barədə ilk dəfə məhkəmədə eşitdiyini bildirib.
Daha sonra məhkəmədə Bağanıs-Ayrım epizodu üzrə hadisə yerinə baxış protokolları, zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin ifadələri, habelə ekspertiza rəyləri açıqlanıb.
Məhkəmənin növbəti iclası aprelin 17-nə təyin olunub.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.





Xəbərin oxunma sayı : 772
Hadisə
Xəbərlər
-
Günəbəxan emalı sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Temperatur 29 dərəcəyədək yüksələcək - Sabahın havası
-
Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
-
Mərkəzi Banka yeni direktor təyin edildi - FOTO
-
Leyla Əliyeva Vyetnamda muzeydə - FOTOLAR
-
Bu idarələrə yeni müdir müavinləri təyin edildi - FOTOLAR
-
Təmirə görə bu yollar bağlanıb - Sürücülərin diqqətinə!
-
Mərkəzi Bankın yeni binası bu tarixdə təhvil veriləcək - FOTO
-
“Avant Group“ MTK ağacları kütləvi kəsdi - Cinayət işi açıldı
-
İrandan PUA ilə 6 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
-
Hidayət Heydərov millinin heyətindən çıxarıldı - AÇ-yə getməyəcək
-
“Meyxanaçılar gənclərin tərbiyəsini pozur“ - VİDEO
-
Leysan olan gün evdən qaçıblarmış - Aygünün atası danışdı
-
Hövsanda evdə partlayış - Ölən və xəsarət alan var
-
Beyləqanda daha bir küçədə asfaltlanma işləri yekunlaşdı - Fotolar
-
Tramp əmr verdi - ABŞ-da bayraqlar endirildi
-
İntensiv yağışdan sonra bu yolda təhlükəli vəziyyət yaranıb - VİDEO
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
“Qalatasaray“lı ulduzun yeni klubu bilindi - Anlaşmanın detalları
-
Aprelin 23-də Londonda Ukrayna üzrə danışıqlar keçiriləcək - Zelenski
-
Vəkil olmaq istəyənlərin nəzərinə! - İmtahan tarixi açıqlandı
-
Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib - Prezident
-
Xırdalanda sahibsiz itlər iki nəfərə xəsarətlər yetiriblər - VİDEO
-
“ABŞ-İran danışıqları çox yaxşı gedir” - Tramp
-
Sabah bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
-
Ukrayna hərbçiləri Rusiyanın Sumı vilayətinə hücumunu dəf edib - Sırski
-
“Mask vəzifəsindən getmək istəyir” - ABŞ nəşri
-
Prezident İlham Əliyev Çinin “Sinxua“ agentliyinə müsahibə verib - TAM MƏTN
-
Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkib - FOTOLAR
-
16 milyon dollar sərvəti var imiş - Kimə qalacaq?
-
“Putin İran dosyesini Oman sultanı ilə müzakirə edə bilər“ - Peskov
-
Səhiyyə Nazirliyində saxta sənəd qalmaqalı - Şöbə müdirləri haqqında yeni qərar verildi
-
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edildi - Agentlikdə dəyişiklik
-
“Abi” hoteli bağlandı - Çoxsaylı nöqsanlar aşkarlanıb (VİDEO)
-
“Pasxa atəşkəsindən sonra hərbi əməliyyatlar yenidən başlayıb“ - Putin
-
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Nazir bağçılıq və heyvandarlıq təsərrüfatları ilə tanış oldu - Fotolar
-
Vahid Mustafayevə məxsus mağazadan 85 min manatlıq saat oğurluğu - Əcnəbilərə hökm oxunub
-
“Diana” ailəvi istirahət mərkəzində ciddi nöqsanlar aşkarlandı - Fotolar
-
Balaxanı Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM
-
Türkmənistanda gətirilən pomidorlarda virus aşkarlandı - RƏSMİ
-
Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanalıq oldu
-
Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
-
Kəmaləddin Heydərov Naxçıvanda qəbul keçirdi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəxslərə 2,5 min manat veriləcək - Sərəncam
-
Çobanın qızı sevdiyi oğlanı evə dəvət etdi: “Dedim, pəncərədən içəri gir“
-
Rəsmi nikahım olmasa da, övladım halallıqla dünyaya gəlib - “Pişik Günel”
-
“2025-ci ildə neftin qiyməti aşağı və dəyişkən olaraq qalacaq“ - Proqnoz
-
Ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə 207 min manatdan çox ziyan vurulub - RƏSMİ
-
“Beynəlxalq Bank“ və “Kapital Bank“ “dollar əmanətləri“ ilə oynayır - Vəkil elə faktları yazdı ki...
-
Ödəmə terminallarından silsilə oğurluqlar edən şəxslər saxlanılıb - VİDEO
-
Hava şəraiti fermerlərə də ziyan vurub - 76 müraciət var
-
Yarım milyon manatlıq dələduzluq ittihamı: “İlin ən uğurlu iş xanımı“nın məhkəməsi davam edir
-
“Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq” - Prezident
-
Arkadi Qukasyan Bakıda məhkəmədə: “O zaman Xocalıda faciənin miqyasını bilmirdik...“
-
İcra başçısı musiqi müəllimini özünə müavin təyin etdi - FOTO
-
Siyavuş Novruzova nə olub? - 3 aydır parlamentə gəlmir
-
Emin Ağalarov “Rolls-Royce”la qəzaya düşübmüş - VİDEO
-
Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
-
Yeni Roma Papası kim olacaq? - Namizədlərin adları məlum oldu
-
Bir ailə dəm qazından məhv oldu - Ata, ana, 2 övlad...
-
“Ermənistanda keçirilən referendumları xalqın iradəsini əks etdirməyib” - Paşinyan
-
“Məni və ailəmi qoruyun, yoxsa gec olacaq“ - Qənirə Ataşova
-
Tikilməkdə olan Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolu - VİDEO
-
Abbasbəyliyə nazirlikdə vəzifə verildi - Nazirin müşaviri vəzifəsini icra edəcək
-
Bakıda anbarda baş verən yanğın şiddətləndi - Yollar bağlandı
-
Xəstəlik vərəqi ilə bağlı yenilik: DSMF-yə göndəriləcək
-
Təhlükəli driftlər edən taksi sürücüsü həbs olundu - FOTO
-
Nazirdən yeni təyinatlar - Regional təhsil idarələrinə yeni müdirlər təyin olundu
-
“AYNA, siz bu cəriməni haranızdan uydurub çıxardınız?” - FOTO
-
“Daha iki il bu cür hallarla qarşılaşmağa hazır olmalıyıq” - Eldar Əzizov
-
“Rus ordusu Pasxa atəşkəsinə sadiq qalmayıb” - Zelenski
-
Həmin ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
-
Tanınmışlar tərəfindən reklam olunan onlayn kazino - VİDEO
-
Sığortalı evlərə dəymiş zərər nə zamandan ödəniləcək? - VİDEO
-
DTX-dən yeni əməliyyat - Xaricdə gizlənən şəxsi ölkəyə gətirərək həbs etdi
-
Uşaqları öpərkən diqqətli olun, təhlükəli virusa yoluxa bilər - XƏBƏRDARLIQ
-
ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - “Wall Street Journal”
-
Bakıda şadlıq evinin qarşısında mübahisə baş verib - Polis müdaxilə edib
-
Sarıcalı və Ballıcaya növbəti köç - Fotolar
-
“Bakıya məsul məmurlar “Təbiət” fənnindən kəsildi” - İTV+Video
-
Kommunal xidmətlərin qiymətləri artırılacaq - Açıqlama
-
Binəqədidə obyekt yanıb - Yanğında maşınlar da yanıb + VIDEO
-
“ABŞ ilə danışıqlar səmərəli ola bilər“ - İranın XİN başçısı
-
Uşağa pul göstərib sonra oğurlayıbmış - Video
-
“Şərurlu İsfəndiyar“ın oğlu həbs olunub? - Qalmaqallı iş adamı gah ikibaşlı açıqlama verir, gah da “yalandır“ deyir
-
İmtahana mobil telefon və “ağıllı” saatla girdilər - xaric edildilər
-
Bakıdakı dəhşətli yanğından - Görüntülər
-
“Kənd toyuğudur“ deyib əhalini necə aldadırlar? - İşbazların tələlərinə düşməməyin YOLLARI
-
Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi - FOTO
-
DİN antinarkotik təbliğatı ilə bağlı sosial çarx hazırladı - VİDEO
-
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb - FOTO
-
Şəkili Yusifin qohumu da qumara görə həbs edilibmiş - Milyonluq işdə bəraət aldı
-
Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
-
İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
-
Ölkəyə gətirilən avtomobillərin təxminən yarısı hibriddir - Kəskin ucuzlaşma var
-
Azad edilmiş ərazilərdə mal-qara saxlamaq qadağandır? - Rəsmi açıqlama
-
Suraxanıda yüksəkgərginlikli elektrik xətlərinin altında evlər tikilir - FOTOLAR
-
Giriş məlumatlarınız oğurlana bilər - Dövlət Vergi Xidməti
-
Buzovnada binanın damı təmir edilmir - Mənzillər suyun içindədir (VİDEO)
-
Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib - SƏNƏD
-
Əsgərlər üçün təhsil almaq imkanı yaradılıb - Azərbaycan Ordusunda ilk
-
Azərbaycanda böyrəyini satan şəxs DANIŞDI: “45-50-dən aşağı vermərəm“
-
Bakının bu rayonlarında söküntü başlayır - VİDEO
-
Ukraynada vəziyyət nizamlanmaya doğru gedir - Tramp
-
General korpus komandiri təyin olundu - Akif Pirverdiyev kimdir?
-
“Praktik tibb faəliyyəti ilə məşğul ola bilməzlər“ - Nazirlikdən “plastk cərrahlar“a sərt xəbərdarlıq
-
Mehriban Əliyeva “Sea Breeze“də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb - VİDEO
-
“Real Madrid“ Xabi Alonsodan əl çəkmir - “Bayer Leverkuzen“ “qiymət oxudu“
-
Bilgəhdə dəbdəbəli villa satılır - 12 milyon manata (FOTOLAR)
-
İcra Hakimiyyəti 150 minlik ağac və kol alır - Qalib şirkət kimindir?
-
Məhkəmədə Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib - FOTOLAR
-
Azərbaycanda yeni fırıldaq növü yayılıb: “Kabus toxunuşu” - DİQQƏT
-
Tutduğu Ukrayna əraziləri Moskvanın nəzarətində qalır, sanksiyalar yumşaldılır - ABŞ-nin “SÜLH PLANI“
-
BŞTİ-də yeni təyinatlar - Hüseynova əmr imzalayıb + FOTO
-
“Fevralın 25-26 da Xocalıda idim...” – “Onların qətlə yetirilməsi əmrini Vanik verib”
-
Sən dəqiqələr itirmirsən, illər bağışlayırsan! - VİDEO
-
ABŞ Ukrayna danışıqlarından çıxmağa hazırlaşır - Rubio açıqladı
TOP 10
ARXİV