Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Əməliyyat otağında ad günü edən həkimə bu cəza verildi - RƏSMİ + VİDEO

Tarix 10.01.25, 17:13

Font ölçüsü : - / +
bitmap-img6


Əməliyyat otağında həkimə doğum günü “sürpriz”i ilə bağlı məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2 000 manat cərimələnib.

AzFakt.com xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

“Faktın ətraflı araşdırılması məqsədilə Səhiyyə Nazirliyinin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 9 yanvar 2025-ci ildə “German Hospital” adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib.

Xidməti yoxlama zamanı inzibati xətanın törədilməsi faktı aşkarlanıb və bununla əlaqədar işçi heyətin dörd məsul üzvünə İnzibati Xətalar Məcəlləsinin 215.3 maddəsi ilə İxtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada göstərilməməsinə görə beş yüz (500) manat məbləğində cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.

Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir”, - açıqlamada bildirilib.

Açıklama yok.


Qeyd edilib ki, hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var: “Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizə müraciət edə bilər. Bu halda araşdırma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”.

Xatırladaq ki, yanvarın 8-də “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva sosial şəbəkədə paylaşım edərək iş yoldaşlarının ona sürpriz etdiklərini bildirib.







Xəbərin oxunma sayı : 853




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap