Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

Ərəblər Biləsuvarda “Qırmızı Kitab“a düşən quşları ovlayırlar? - VİDEO

Tarix 24.01.25, 23:29

Font ölçüsü : - / +
bitmap-img6


Xarici turistlər Biləsuvar-Sabirabad rayonları ərazisində "Qırmızı Kitab”a düşmüş bəzgək quşlarını ovlayır. 

AzPost bildirir ki, bununla bağlı "Ekofront” Hərəkatı görüntülər yayıb.

Qeyd edilir ki, Biləsuvar və Sabirabad ərazisində ova gəlmiş ərəblər bəzgək ovuna çıxıb.

Bu kadrları çəkən "Ekofornt” könüllülərinə qarşı bələdçi tzyiq edib. "Ekofront” bildirir ki, ərəb ovçu qrupların Azərbaycan gəlişi davam edir.
Ərəb turistlərin bir hissəsi Salyan ərazisində "Kür hotel” də qalır. Bundan başqa Şirvandan, Biləsuvardan və Şəmkirdən qyri-qanuni ovlanma ilə bağlı xəbərlər gəlir.

Bundan əvvəl ərəb turistləri Şəmkir rayonu ərazisində "Qırmızı kitab”a düşən bəzgək ovlaması barədə məlumat yayılmışdı. 
Xəbərdə deyilir ki, 11 avtomoblidən ibarət ovçu karvanı hazırda Şəmkir ərazisindədirlər.

Bəzgək  Gruiformes dəstəsindən bir quş növüdür. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Bel tərəfi qaraya çalan boz rəngdədir, üzərində tünd rəngli naxışlar var. Qarın tərəfi ağdır. Boynu qaradır, lakin iki yerdə ağ "boyunluğu” var.
Avropa, Asiya və Afrikada yayılıb. XX əsrin ortalarına qədər Azərbaycanda düzənlik və dağətəyi yerlərin açıq sahələrində qışlamış, həm də Şirvan və Mil düzlərində yuvalamışdır. Azərbaycanda artıq yuvalamır. Əsas populyasiyası Kür-Araz ovalığında və Acınohur-Ceyrançöl alçaq dağətəyi sahələrdə qışlayır.

XX əsrin birinci yarısında Kür-Araz ovalığında bəzi sürülərində 20 minə qədər quş olub. Azərbaycanda bəzi illərdə 40-50 min bəzgək ovlanıb, 1990-cı illərə qədər bəzgəyin sayı kəskin azalıb. Yuvalayan populyasiyası məhv edilib. Kür-Araz ovalığında 1989-cu ilin qışında Kürdəmir rayonu ərazisində 200, Biləsuvar rayonunda 150, Şirvan qoruğunda 200 bəzgək qeydə alınıb.

Ovlanması qadağandır. Qızılağac, Türyançay, Samux və Körçay Dövlət Təbiət Qoruqları, Şirvan və Ağgöl Milli Parkları bəzgəyin qışlaması üçün yararlıdır. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, CİTES və Bern konvensiyalarına daxil edilib.






Xəbərin oxunma sayı : 1510




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap