Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

“Tramp bu zamana qədərki ən yaxın dostumuzdur” - Netanyahu

Tarix 16.02.25, 19:21

Font ölçüsü : - / +
bitmap-img6


“Donald Tramp bu vaxta kimi Ağ Evdə əyləşən ən yaxın dostumuzdur”.

Bunu İsrail Baş naziri Binyamin Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Netanyahu Qəzza ilə bağlı ortaq strategiya üzərində ABŞ ilə hərtərəfli əməkdaşlıq üzrə işlədiyini bildirib:

“İsrail və ABŞ İran təhlükəsinə qarşı birgə mübarizə aparır. İrana nüvə silahına malik olmağa imkan vermək olmaz. İranın bölgəyə qarşı aqressiyası dayanmalıdır. Donald Trampın dəstəyi ilə İranla bağlı işi başa çatdıra bilərik və başa çatdıracağıq”.

ABŞ və İsrailin Qəzza ilə bağlı da ortaq mövqeyi olduğunu deyən Netanyahu, bütün israilli girovların azad edilmədiyi təqdirdə “cəhənnəm qapılarının” yenidən açılacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, bu, Rubionun ABŞ-nin baş diplomatı kimi Yaxın Şərqə ilk səfəridir. O, həmçinin Ukraynadakı müharibəyə son qoyulmasını müzakirə etmək üçün yaxın günlərdə Səudiyyə Ərəbistanında Rusiya rəsmiləri ilə görüşməyi planlaşdırır.(Qafqazinfo)



Xəbərin oxunma sayı : 931




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap