“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Həbsxanada olan Əvəz Zeynallıda xərçəng xəstəliyi aşkarlanıb - Həyat yoldaşı həyəcan təbili çaldı

Tarix 13.04.25, 14:24

Font ölçüsü : - / +
bitmap-img6


“Xural” qəzetinin hazırda həbsxanada olan baş redaktoru Əvəz Zeynallıda xərçəng xəstəliyi aşkarlanıb.

AzFakt.com xəbər verir ki, bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı sosial şəbəkədə məlumat yayıb.

“Bu müraciəti Əvəz Zeynallıdan razılıq almadan, “qaradan da artıq boya yoxdur...” - deyib, edirəm” - M.Zeynallı həyəcan təbili çalıb.

Baş redaktorun xanımı yazır: “Yadınızdadırsa, bir müddət əvvəl 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əvəz Zeynallının sağlıq durumunda ciddi problemlər yaranmışdı. Müayinəni aparmaq üçün lazım olan UZİ-ni yalnız Ombudsman Aparatına xəbər verdikdən və onlar da bu işə qarışdıqdan 1 ay sonra həbsxanaya göndərməyə müvəffəq olmuşduq. Həkimlər müayinədən sonra nələrdənsə şübhələniblər, az müddət sonra onu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə göndərdilər. 4 dəfə qan vurdular, günlərlə sistem birləşdirdilər, təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, “biopsi” götürdülər. Nəticəsi bayramdan sonraya qaldı, dedilər, biz də gözlədik. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar. “Hər şey yaxşıdır” - bizə, ailəsinə müqəddəs yalan deyib, heç kəs üzülməsin deyə. Dünən yanında olduq. Bir iki sual verəndən sonra məntiqsiz və əlaqəsiz cavabları (ümumiyyətlə, yalan danışa bilmir) bizi şübhələndirdi. Çox yalvar-yaxardan sonra həqiqəti söyləməli oldu. Bağırsağında olan bədxassəli şiş artıq “metastaz” verib, xərçəng qara ciyərinə yayılıb. Bu günlərdə “ximiya”ya başlayacaqlar. “Saçımı dibindən qırxdıracam”, - deyib, gülür, “Həbsxanada heç kəsin edə bilmədiyini, həkimlər mənə etdi... Fikir eləmə, saçım olmadan da xarizmatikəm...”, - deyir. Nikbinliyi daha da yıxır bizi”.

M.Zeynallı daha sonra qeyd edib ki, həyat yoldaşının həbs olunanda 98 kq çəkisi vardı, indi 25 kq çəki itirib. “Məsuliyyətsiz təcridxana rəhbərlərinin “otopleniya”nı vaxtında yandırtmaması nəticəsində buz kimi qarlı havalarda ciyərlərini soyuq aldı. Bu da nəticəsi...”

“Azərbaycan Prezidentinə, Ombudsmana, xalqımın bütün təbəqələrinə - ölkənin duyarlı kəsimlərinə, ləyaqətli media nümayəndələrinə, hüquq müdafiəçilərinə, ictimai-siyasi xadimlərə, məsuliyyətli siyasi partiya rəhbərlərinə, xalqımın sadə insanlarına, dünya azərbaycanlılarına səslənirəm: Əvəz Zeynallını, bu millətin Azərbaycan üçün ürəyi yanan daha bir qeyrətli oğlunu ölməyə qoymayın! Vicdanınıza sığının, kimin əlindən nə gəlirsə, onu da etsin. Mən də əlimdən nə gəlirsə, onu edəcəm, daha SƏSİMİZ EŞİDİLƏNƏ KİMİ...

Əfv Prezidentin birbaşa səlahiyyətindədir. Hər gün Əvəz Zeynallının həyatı üçün ciddi bir təhlükədir. Humanistlik edib, onu özəl qərarla fərd olaraq da əfv etmək, müalicəsini diqqətdə saxlamaq olar. Sonra çox gec ola bilər. Vaxt çox azdır. Hər saniyə dəyərlidir”, - M.Zeynallı həyəcan təbili çalıb.




Xəbərin oxunma sayı : 808




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap