“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

Tarix 30.10.24, 11:08

Font ölçüsü : - / +
bitmap-img6


Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilən daha 7 şəhidin dəfn mərasimi keçiriləcək.

AzFakt.com xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Məlumata görə, dəfn olunacaq şəhidlərdən beşi hərbçi, ikisi isə mülki şəxsdir.

Noyabrın 1-də Ələkbər Əzizağa oğlu Babayev paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında, İsmət Medal oğlu Piriyev Göyçay rayonunun Çərəkə kəndindəki Şəhidlər xiyabanında, Möhübbət Qənimət oğlu Mustafayev Tərtər rayonunun Seydimli kənd qəbiristanlığında, Ramiz Mahmud oğlu Mahmudov Zaqatala rayonunun Aşağı Tala kənd qəbiristanlığında, Şahid Sabir oğlu Məmmədov Şəki rayonunun Orta Zəyzid kənd qəbiristanlığında, Hidayət Nəsir oğlu Qarayev Şuşa şəhər qəbiristanlığında, Cahangir Səfəralı oğlu Səfərov Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunacaq.

Siyahını təqdim edirik:





Xəbərin oxunma sayı : 829




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap