|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Məişət zorakılığı ilə bağlı şikayətə belə baxılacaq - Qayda dəyişir
Tarix 30.10.24, 10:32 |
|
Məişət zorakılığı barədə şikayətə baxılması qaydası dəyişir.
Bu barədə məsələ “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, məişət zorakılığı ilə bağlı şikayətə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu Qanunun 6.3-cü maddəsinin (Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayət yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır) və 8-ci maddəsinin (Cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri) tələbləri nəzərə alınmaqla 5 gün müddətində, bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan halda (müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlıq edilməsindən və qısamüddətli mühafizə orderinin verilməsindən məhkəməyə şikayət verilə bilər) müraciət edilən vaxtdan 24 saat keçənədək baxılacaq.
Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə halları öyrənmək zərurəti yarandıqda, şikayətə baxılma müddəti 5 (beş) gündən çox olmayaraq (bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) uzadıla bilər.
Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin ediləcək. Zərər çəkmiş şəxs Azərbaycan dilini bilmədikdə, tərcüməçi xidmətlərindən istifadə etmək hüququ təmin olunacaq. Məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda, aparılan araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakı təmin olunacaq.
Məişət zorakılığı barədə şikayətə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunur:
- məişət zorakılığı törətmiş şəxsə qanunla müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;
- məişət zorakılığı törətmiş şəxsin qanunla müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;
- əməllərində cinayət və ya inzibati xəta tərkibi olan şəxsin qanunla müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;
- zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;
- zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi.
Ətraflı
Xəbərdarlığın icrasına bu barədə qərar qəbul etmiş orqan tərəfindən zorakılığı törətmiş şəxsin hərəkətlərinə diqqət yetirilməsi, habelə onunla və zərər çəkmiş şəxslə söhbətlərin aparılması formasında nəzarət həyata keçiriləcək.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda məişət zorakılığı barədə şikayətlərə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunur:
- məişət zorakılığı törətmiş şəxsə qanunvericiliklə müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;
- məişət zorakılığı örətmiş şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;
- əməllərində cinayət tərkibi və ya inzibati xəta olan şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;
- zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;
- zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi.
Layihəyə əsasən, Qanunun 9-cu maddəsi (məişət zorakılığı barədə şikayətlərə bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılmasının nəticələrinə dair qərar) yeni redaksiyada verilib və məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərə baxılma proseduru daha ətraflı qeyd olunub.
Belə ki, qanun layihəsində məişət zorakılığı ilə bağlı şikayətə baxılma müddəti, şikayətə baxmalı olan orqan, şikayətə baxılan zaman dəvət olunmalı şəxslərin əhatə dairəsi, o cümlədən vəkil, psixoloq və tərcüməçilərin xidmətindən istifadə, həmçinin yetkinlik yaşına çatmayan və ya əlilliyi olan şəxslərin dindirilməsi zamanı psixoloq və pedaqoqların iştirakının təmin olunması, eyni zamanda məişət zorakılığı barədə şikayətlərə baxılmanın nəticələrinə dair yekunda qəbul olunan qərarlar öz əksini tapıb.
Qeyd edək ki, "Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası" Nazirlər Kabinetinin 24 fevral 2012-ci il tarixli, 46 nömrəli qərarı il təsdiq olunub. Hazırda bu prosedur məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma qaydasına uyğun olaraq həyata keçirilir.
Xəbərin oxunma sayı : 448
Sosial
Xəbərlər
-
Paytaxt əhalisi 9 ayda 25 milyard xərcləyib - Statistika
-
Texnologiya Universitetinin yeni rektoru kimdir? - DOSYE
-
Qəbiristanlıq üçün torpaq sahəsinin ayrılmasında YENİLİK
-
Prezident və xanımı Bakı Olimpiya Stadionunda - Fotolar
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Taksi sürücüləri üçün növbəti imtahan olacaq - Bu tarixdə
-
Azərbaycanda ən az işsizlik 60-64 yaşlı qadınlar arasında qeydə alınıb - Tam siyahı
-
Prezident rektor və icra başçısı təyin etdi - SƏRƏNCAM
-
Banklar kredit cədvəlində faiz ödənişlərini niyə önə salır? - ŞƏRH
-
Elzadan növbəti şeir: “Sındırmağa qozum yoxdur, sındırıram...“
-
Xalq.az saytı 12 yaşında
-
Türkiyə 2024-cü ilin 3-cü rübünü turizm sahəsində rekord nəticələrlə bağlayır - STATİSTİKA
-
Reklam Agentliyi avtomobillərinin yuyulmasına 10 000 manat xərcləyəcək
-
Mərkəzi Bankla “Azəralüminium“ məhkəmədə çəkişir - Qalmaqal
-
SSRİ-yə qarşı qurulan məxfi təşkilat: “İldırım“ necə ifşa olundu? (VİDEO)
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Oğlu saxlanıldı
-
Fərdi maşınlardan az istifadə edin! - Rəsmi müraciət
-
Rusiyada əslən azərbaycanlı general həbs edildi -1.4 milyon dollar rüşvətə görə
-
“Həqiqəti desəydilər, bura gəlməzdim” - Mourinyo
-
Bakıda məşhur restoranın qarşısında kütləvi dava - VİDEO
-
İran İsrailin zərbəsinə cavab olaraq nizami ordunu cəlb edə bilər - İDDİA
-
Moldovada prezident seçkiləri: Maya Sandu qələbə qazandı
-
Bir sıra rayonlarda qar yağır - FAKTİKİ HAVA
-
Universitetlər COP29 dövründə onlayn tədrisə hazırdır? - VİDEO
-
Əməkdar artist transparan geyimdə - Fotolar
-
FİFA-nın başı dərddə - Klublararası dünya çempionatı boykot edilir
-
Bölgələrdə fantastik qiymətə torpaq sahələri var - VİDEO
-
Uşaqlarınıza bu adları qoymayın! - Rəsmi qurumun rəhbəri
-
Ərdoğanın Azərbaycana səfəri planlaşdırılır - Bu tarixdə
-
MTK-lar əhalini soyur: “Onlara pul vermək lazım deyil“
-
Elektromobil almaq üçün iki əsas şərt - Nələrə diqqət edilməlidir?
-
Ətin qiyməti nə qədər bahalaşacaq? - İqtisadçılar həyəcan təbili çalır
-
Dövlət şirkətinin rəhbəri işdən çıxarıldı - Yeni təyinat
-
Müdafiə Nazirliyinin generalı vəzifəsindən azad olundu - Yerinə təyinat
-
Kirayə bazarında ağlasığmaz bahalaşmanın səbəbi nədir? - ŞƏRH
-
Taksi sürücüləri üçün növbəti imtahan - 662 namizəd uğur qazandı
-
Mahir Emrelidən möhtəşəm qol - VİDEO
-
DİN məlumat yaydı: Yaşı 30-dək olanlar noyabrın 30-dək...
-
Böyük Britaniyanın kral ailəsi özəl mülklərindən milyonlar qazanır - ŞOK ARAŞDIRMA
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
-
Dərmanlar ucuzlaşacaq? - Bu qərar qəbul edilərsə...
-
Şəbnəm Tovuzlu əslində kimdir? - 17 yaşında gizli ərə gedən, evli kişidən uşağı olan…
-
Toy karvanında avtoxuliqanlıq etdi - Həbs olundu+Video
-
Çində azyaşlı uşaqların göz yaşı töküb ağladığı azərbaycanlı müəllim kimdir? - VİDEO
-
Daha 90 sahibkar cəzalandırıldı - “Kartdan karta” köçürməyəgörə
-
Magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Bakının bəzi ərazilərində fərdi evlər söküləcək - VİDEO
-
Kombinizin ömrünü uzatmaq istəyiriksə...
-
2024-cü ildə Azərbaycana ən çox dollar gətirən 10 şirkət açıqlandı - SİYAHI
-
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
-
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi - Lerikdə insident
-
“Tramp yeni Kennedi ola bilər” - Medvedev
-
Aygün Kazımova mini ətəkdə elə rəqs etdi ki... - VİDEO
-
Rusiya üçün vuruşan ilk Şimali Koreya əsgəri əsir götürüldü - FOTO
-
35 yaşın gətirdiyi problemlər - Araşdırma
-
Leysan olacaq, qısamüddətli daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
-
“Netanyahu İranın nüvə imkanlarını sıradan çıxarmaq üçün addımlar ata bilər“ - Hakan Fidan
-
Günortaya qədər bəzi avtobusların hərəkət sxemi belə olacaq - Siyahı
-
Bu rayonda pomidorlar sahələrdə çürüdü - Fermerlərdən şikayət
-
FHN əhaliyə müraciət etdi – Hava şəraiti ilə bağlı
-
İranda zəlzələ - Xəsarət alanlar var
-
Bakıda mühərrik yağları sexində yanğın olub - VİDEO
-
Paytaxtda güclü duman müşahidə olunur - FOTO
-
Bu səhifələr aldadır, kart məlumatlarını mənimsəyir - ADY
-
Azərbaycanda dəhşətli olay - Bəy öz toyunda qəzaya düşdü
-
“Kasıb olduğum üçün mənimlə çox münasibət qurmurdular...“ - VİDEO
-
“Biz İsrail və ABŞ-yə mütləq sərt cavab verəcəyik“ - Xamenei
-
Azərbaycan qazı ilə bağlı sensasion iddia - Bakı imtina edə bilər...
-
Yaşı 35-dən az olan qızlarla evlənənlərə pul veriləcək - Bu ölkədə
-
Etibarnamə ilə avtomobil alanların NƏZƏRİNƏ
-
Ronaldo “Messi“ qışqıran azarkeşlərə barmaq göstərdi - VİDEO
-
Azərbaycana məxsus peykin xidmətlərindən ən çox bu ölkələr istifadə edib – Siyahı
-
SİMA-dan piyadaları cərimələmək üçün istifadə edilir? - Qurumdan AÇIQLAMA
-
Acqarına limonlu su içəndə nə baş verir? - Bu möcüzəni çox az adam bilir...
-
“iPhone”larla bağlı yenilik - “Apple“ 1,5 milyard dollar sərmayə qoyacaq
-
Səfərbərlik xidmətinin əməkdaşları narkotestdən keçəcək? - Qurum 40 min test alır
-
Bu gün instaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Daşkəsən sakini Gəncədə qətlə yetirildi - Saxlanılan var
-
Azərbaycanda bu avtomobillər ucuzlaşa bilər - AÇIQLAMA
-
Sabah bu yollar 4 saat bağlı olacaq - DYP-dən xəbərdarlıq
-
Əvvəlcədən pensiya alanların təqaüd pulu necə hesablanır? - CAVAB
-
“Beynəlxalq Bank“ın sədrinin “sağ əl“i niyə saxlanılıb? - Detallar
-
“ASAN xidmət” mərkəzlərində alternativ enerjidən istifadə olunacaq - VİDEO
-
“Kartdan karta” görə 90 sahibkar CƏZALANDIRILDI
-
Agentlkdə 213 minlik tender: “Rabitəbank”ın əsas səhmdarı necə qalib gəlib?
-
“Veysəloğlu”nun tərəfdaşlığı ilə ADA İbtidai Məktəbində xeyriyyə festivalı keçirilib - FOTOLAR
-
Bakıda sərnişinlərin şikayət etdiyi sürücü həbs edildi - Narkotikdən istifadə edib
-
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
“Kiyev razılaşmaları pozduqca, ərazisi azalır” – Lavrov
-
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir - SİYAHI
-
Fantastik qiymətə maşın nömrələri - 95 MİN MANAT
-
“Cahan AVM“ bu qaydanı pozub - Külli miqdarda cərimə gözləyir
-
ABŞ-də prezident seçkiləri - Tramp ümumi sorğuda da Harrisdən öndədir
-
Ətin qiyməti nə qədər bahalaşacaq? - İqtisadçılar həyəcan təbili çalır
-
Yusif İldırımzadənin qardaşına cinayət işi açılıb - İttiham aktı
-
Azərbaycana narkotik gətirən dəstə üzvləri saxlanıldı - VİDEO
-
Bir ayda 56 uşaq xilas edilib - Nazirlikdən müraciət
-
Turistlər bu səbəbdən rayonlara getmək istəmir - ŞOK SƏBƏBLƏR
-
12 gündür uçan məktəb hasarı hələ də bərpa edilməyib - Fotolar
-
ABŞ-da erkən səsvermə - 70 milyondan çox seçici səs verdi
-
“Ukrayna dairəsi“ təhlükə saçır - VİDEO
-
Azərbaycanda dərman satışı ilə məşğul olan “Paşa-K” cərimələndi - QƏRAR
-
Rövnəq Abdullayevin kürəkəninə məxsus sığorta şirkəti 213 min manatlıq tenderin qalibi oldu
-
Netanyahunun ofisindən məlumat sızıb - Bir neçə nəfər saxlanılıb
-
Ərdoğan onları məhkəməyə verdi - 1 milyon tələb edir
-
Leyla Əliyeva Təbiət Tarix Muzeyində - Fotolar
-
Dünya ulduzları tanınmaz halda - Fotolar
-
“Liverpul“ Arda Gülərə elçi düşdü - “Real“ qərarını verdi
-
ABŞ Ukraynaya daha bir yardım paketi ayırıb - Siyahıda nələr var?
-
Avropanın baş bankiri yuanın dolları əvəzləməsindən danışdı: Çin buna hazır deyil
-
Leyla Əliyeva Təbiət Tarix Muzeyində olub - FOTO
-
“Rayon qeydiyyatında olanlar Bakıya buraxılmayacaq?” sualına - Rəsmi cavab
-
Ucuz meyvə həsrəti: “Qiymət artımı olacaq...”
-
2008-ci il müharibəsinə görə yalnız Saakaşvili məsuliyyət daşıyır - Medvedev
-
COP29 zolaqları tədbirdən sonra ləğv olunacaq? - Açıqlama
-
Bəzi yerlərdə postlar qurulacaq – Avtomobillər fasilələrlə buraxılacaq
-
Yasamal məhkəməsində qadınlar arasında amansız dava - Yerə yıxıb zərbələr endirdi
-
“Koroğlu”dan yalnız bu üç avtobus işləyəcək - Bəs qalanları?
-
Səfər Mehdiyevlə bağlı pensiya qalmaqalı böyüyür - Daha üç keçmiş gömrükçü məhkəməyə üz tutdu
-
“X”də COP29-la bağlı saxta xəbərlər yayılır - Açıqlama
TOP 10
ARXİV