Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Bakıda aktyor və arvadı 50 min manata görə qətlə yetirilib - TƏFƏRRÜAT

Tarix 28.10.24, 19:17

Font ölçüsü : - / +
bitmap-img6


Oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda iki nəfər şəxs yaşadığı mənzildə öldürülüb.

AzFakt.com Milli.az-a istinadən xəbər verir ki, araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Zusyeviç Tkaç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Mixaylovna Tkaçı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, İosif Tkaç 1997-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyib. Teatrda işlədiyi müddətdə bir çox rollar oynayıb.

Cinayət hadisəsini törətməkdə şübhəli bilinən İslam Hadıyev aktyorun evində əvvəllər usta kimi çalışıb və bu müddət ərzində də yaşlı ər-arvadın etibarını qazanıb.

İ.Hadıyev mərhələli şəkildə onlardan 50 min manata qədər borc alıb, sonra isə aldığı borcu qaytarmayıb. Münaqişə də bundan sonra başlayıb. İosif Tkaç və arvadı Lyudmila Tkaç pulu qaytarmayacağı təqdirdə İ.Hadıyevdən polisə şikayət edəcəklərini bildiriblər.

İ.Hadıyev də son dəfə onların yaşadıqları mənzilə gələrək ər-arvadı öldürüb və daha sonra Salyan rayonuna qaçıb. Qaçdığı Salyan rayonunda da polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hazırda faktla bağlı Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məlumat üçün bildirək ki, Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Bakıda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının keçmiş aktyoru İosif Tkaç və onun həyat yoldaşı Lyudmilanın qətlinin araşdırılmasında azərbaycanlı həmkarları ilə əməkdaşlığın təşkili barədə göstəriş verib. İdarədən qeyd edilib ki, yerli hüquq-mühafizə orqanları faktla bağlı cinayət işi üzrə araşdırma aparır:

"Rusiya İstintaq Komitəsi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında imzalanmış ikitərəfli sazişləri və yaradılmış səmərəli əməkdaşlığı nəzərə alaraq, Rusiya İstintaq Komitəsinin sədri azərbaycanlı həmkarlarına müraciət edir və cinayət işinin araşdırılmasında mümkün köməklik göstərməyi təklif edir".



Xəbərin oxunma sayı : 1159




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap