![]() |
|
![](http://azfakt.com/photos/77147.jpg)
![](http://azfakt.com/photos/821694.jpg)
![](http://azfakt.com/photos/715187.jpg)
![](http://azfakt.com/photos/budce-manatjpg-16867223224.jpg)
![](http://azfakt.com/photos/52296.jpg)
![](http://azfakt.com/photos/230193.jpg)
![](http://azfakt.com/photos/daf311bd-e447-406f-a434-1900dd937bd5.jpg)
![](http://azfakt.com/photos/81956.jpg)
![](http://azfakt.com/photos/335913.jpg)
![](http://azfakt.com/photos/96023.jpg)
![](http://azfakt.com/photos/551612.jpg)
![](http://azfakt.com/photos/263828.jpg)
![](http://azfakt.com/photos/631660.jpg)
![](http://azfakt.com/photos/106436.jpg)
“Ermənistanın beynəlxalq hüquqdan danışması absurddur“ - Bakıdan Mirzoyanın cavabı verildi
Tarix 08.01.25, 22:03 |
|
![bitmap-img6](http://azfakt.com/photos/28607.jpg)
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 8 yanvar 2025-ci il tarixli mətbuat konfransında “Qərbi Azərbaycan İcması” və ümumilikdə indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası ilə bağlı səsləndirdiyi iddialar Ermənistan tərəfindən tarixin saxtalaşdırılmasıdır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən mətbuat konfransı zamanı “Qərbi Azərbaycan İcması” ilə bağlı səsləndirdiyi iddialara dair şərhində deyilir.
Ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimlərin adları dəyişdirilib. Yalnız 1948-1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub. Bununla yanaşı, 1987-1991-ci illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 250 mindən artıq azərbaycanlı Ermənistandan qovulub. Bütün bunları sübut edən tarixi və hüquqi sənədlər mövcuddur.
Sonuncu deportasiya zamanı, guya azərbaycanlılara qarşı kompensasiya ödənildiyi, onların könüllü şəkildə əraziləri tərk etdikləri barədə Ermənistan xarici işlər nazirinin iddiaları da tamamilə əsassızdır. Yalnız 1987-1991-ci illərdə etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi 216 nəfər azərbaycanlının qətlə yetirilməsi faktları bir daha sübut edir ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nə dərəcədə əzabla və qanla həyata keçirilib.
Qeyd edilənlər xüsusunda, Ermənistanın Azərbaycanın “Qərbi Azərbaycan İcması” ifadəsindən istifadə olunmasını “beynəlxalq hüquq pozuntusu”, “ərazi iddiası” kimi təqdim etməsi riyakarlıqdır. Ermənistan rəsmilərinin azərbaycanlıların öz torpaqlarına qayıdış hüququnu müxtəlif bəhanələrlə təkzib etməsi, Azərbaycan ərazilərini “erməniləşdirmək” və Azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədinin açıq-aşkar nümunəsidir.
Azərbaycanlıların bölgədə mövcudluğunu problem kimi təqdim etmiş, azərbaycanlılara qarşı etnik təmizləməni və Azərbaycan ərazilərinin işğalını “600 illik problemin həlli” olduğunu bildirmiş keçmiş Ermənistan prezidenti Levon Ter-Petrosyanın və sonrakı digər erməni liderlərinin səsləndirdikləri fikirlər və yürütdükləri siyasət göstərib ki, irqçi-şovinist milli məfkurəsi hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib.
Qeyd edilənlərlə yanaşı, 2020-ci il müharibəsindən sonra Azərbaycanda silahlı qüvvələrini çıxarmaqdan imtina etmiş, erməni sakinlərin yerləşdiyi ərazilərdə hərbiləşmə siyasətini və qeyri-qanuni fəaliyyətini davam etdirmiş, erməni sakinlərin Azərbaycana reinteqrasiyası prosesinə mane olmuş Ermənistanın indi beynəlxalq hüquqdan danışması absurddur.
Ermənistan tərəfi indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş “Qərbi Azərbaycan İcmasının” nümayəndələrinin hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın sülh yolu ilə, ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir. Ermənistanın “etnik uyğunsuzluq” konsepsiyasından və “etnik təmizləmə əsasında monoetnik dövlət titulu”ndan əl çəkib, dinc birgəyaşayışı seçdiyinin praktiki göstəricisi məhz “Qərbi Azərbaycan İcmasının” üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaqdan keçə bilər.
Xəbərin oxunma sayı : 1192
Siyasət
Xəbərlər
-
Unun yeni qiymətləri açıqlandı - CƏDVƏL
-
Kənd Təsərrüfatı Nazirliyində - Yeni təyinat
-
Ərdoğan Akşeneri vitse-prezident təyin edə bilər - KİV
-
Bu rayonlara qar yağacaq, şaxta olacaq - Sabahın havası
-
Lənkəranda itkin düşən balıqçıların axtarışları davam etdirilir - RƏSMİ
-
Çin “TikTok“un ABŞ bölməsini İlon Maska sata bilər - “Bloomberg”
-
Hesablama Palatasının nöqsan aşkarladığı Təhsil Tələbə Krediti Fondunu kimlər idarə edir? - FOTO
-
Prezident Əbu-Dabidə açılış mərasimində - Fotolar
-
Bakı metrosunda qadına qarşı əxlaqsızlıq etdi - Həbs oludu
-
İsmayıllıda başçısının müavini zəbt etdiyi torpaqda restoran tikib? - FOTO
-
NATO indi hər zamankından daha güclüdür - Bayden
-
Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq - QƏRAR
-
Azərbaycan yeni təhsil modelinə keçə bilər? - Açıqlama
-
Zaxarova Baydenə cavab verdi - “Bu etirafdır”
-
Nazirlik plastik cərrahlara müraciət etdi - 17 gün qalıb
-
“Flamenqo”ya gəldiyim üçün çox xoşbəxtəm - Juninyo
-
Azəraycanda terror aktı hazırlayanlar həbs olundu - “200 min dolları müqabilində ona sui-qəsd edəcəkdilər...“
-
Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı? - Açıqlama
-
30 yaşlı Nəzrin Mansurovanın ölümünün əsas səbəbi nədir? - VİDEO
-
Azərbaycanda qəbiristanlığı olmayan yeganə şəhər - VİDEO
-
Lənkəranda iki balıqçı itkin düşdü - FOTO
-
Salyan sakininin öldürülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub - VİDEO
-
“Vaşinqtonun Kiyevə dəstəyi Rusiya ilə nüvə qarşıdurması riski yaradır“ - Bayden
-
AZAL-ın üç təyyarəsi məcburi Gəncədə eniş etdi - Dumana görə
-
Kimlərə aylıq 400 manat veriləcək? - VİDEO
-
“O məxluqlar mənim üçün həyatda yoxdur” - Tünzalə Ağayeva
-
Azərbaycan klubunda maaş qalmaqalı - Qarşılıqlı ittihamlar
-
Sabah bəzi ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
-
Polisə getmədən qeydiyyata necə düşək? - VİDEO
-
Ağdam, Füzuli və Xocavənddə 30 milyona hansı işlər görüləcək? - TENDER
-
Azərbaycanda bu məhsul bahalaşıb - SƏBƏB
-
TikTok və mərc oyunları: Gəncliyin GİZLİ FACİƏSİ
-
Səfirlik təkzib etdi - Birol Akgün Bakıda deyil
-
Avrasiya hospitalda şok əməl: xəstəni öldürüb yaxınlarından gizlətdilər - VİDEO
-
“Ukrayna Rusiya ilə danışıqlar aparmaq iqtidarında deyil“ - NATO Baş katibi
-
Bu məhsullarda çoxlu sayda GMO aşkarlandı - FOTOLAR
-
Oleq Bakinskinin Ukraynadan çıxarılmasında erməni izi, imzası - ŞOK BİLGİLƏR
-
Aygün özünü görün nə hala saldı... - VİDEO
-
“BTB Bank“ şikayətlərə görə yenə liderdir - SİYAHI
-
Putin və Pezeşkian strateji tərəfdaşlıq sazişi imzalayacaq: Kreml açıqladı
-
Qobustanda restorana basqın edənlər saxlanıldı - VİDEO
-
Avadanlıqların təmiz saxlanmadığı çörək sexi bağlandı - Fotolar
-
Nəzrin Mansurlunun ölməsi faktı üzrə cinayət işi başlandı - RƏSMİ
-
“Yelo Bank”ın kredit oyunu - 516 milyonluq depozit hara gedib?
-
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü olub - FOTOLAR
-
Penisya fondu əlavə 566 milyon manatı haradan toplayıb? - Ekspert bunu yanlış sayır
-
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - Məhkəmə
-
Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal
-
Tarixin sirlərini yaşadan turizm şəhəri - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bakıda restorana hücum olub - Qrup halında + VİDEO
-
“Qarabağ” 22 yaşlı rumını istəyir - 1,5 milyon qiyməti var
-
“Azər-Türk Bank”ın rəhbərliyi nə qədər qazanır? - MƏBLƏĞ
-
Bakı və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
-
Şərifovu bu nazirn qardaşı əvəz edir - Üç müavin vəzifəsi boş qalıb
-
Azərbaycanda gəmilər satışa çıxarılır - QİYMƏTLƏR
-
“400 nəfərin yerinə işləyə bilməzdim axı…” - Abasquliyeva
-
Nəzrinin ölümü ilə bağlı məsələ böyüyür: Həkim 35 gün sonra mesaj yazıb ki...
-
Konstitusiya Məhkəməsində də ancaq Rusiya mətbuatı oxunur? - Siyahı
-
“ANKA III” gövdə içindən sursat atışını uğurla həyata keçirib - VİDEO
-
Milyonları ölkəyə qaytarmayanlar hakim qarşısına çıxarılır - RƏSMİ
-
Dağlıq rayonlarda qar yağacaq - Sabahın havası
-
Abşeronda pakistanlı fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
-
Bəxtiyar Hacıyevə hökm oxundu - 10 il həbs
-
Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
-
Prezident İlham Əliyev BƏƏ-yə getdi - FOTOLAR
-
Rus ordusu 8 istiqamətdə irəliləyib - “DeepState” yeni məlumatları açıqladı
-
HƏMAS-ın yeni lideri bəlli olub - Məhəmməd Sinvar
-
Pilotlarımız Aktaunu buna görə seçib - Qəza ilə bağlı mühüm DETALLAR
-
“Veysəloğlu“ 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
-
Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb - DYP
-
Kimlərə ayda 400 manat veriləcək? - Deputat açıqladı
-
Bakıda 35 yaşlı qadın falçının qurbanı oldu - TƏFƏRRÜAT
-
“Mən sənətdə olanda sən yox idin“ - Efirdə mübahisə
-
“Türkiyənin hakim partiyasının İcraiyyə Komitəsi yenilənəcək“ - KİV
-
“Bu qədər pulu haradan əldə ediblər?” - Elariz kürəkəninin həbsindən danışdı
-
Şabranda Erkən Tunc dövrünə aid tarixi nümunələr tapıldı: 3000 ildən çox tarixi var
-
Abşeronda gölün səviyyəsi artıb: Həyətləri SU BASIB
-
“Bu gün hüquq fakültəsi qızlar kollecinə çevrilib“ - VİDEO
-
Trampla Putinin danışıqlarına hazırlıq görülür - Mayk Uoltz
-
Qızıl, yoxsa daşınmaz əmlak: Hansı daha sərfəlidir?
-
“Braziliya klubuna gedir” - Qurbanov Juninyo haqda
-
AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: sağ qalan sərnişin ilk dəfə açıqladı (VİDEO)
-
Xurşudovla rektor arasında çəkişmə: “300 tələbə imtahandan kəsilib“
-
Tramp rəsmiləri sərt tənqid etdi - “Bacarıqsızlar...”
-
Bu komitələr nazirliyə birləşdirilir? - Yeni supernazirlik
-
Zurabişvilinin Rusiyaya qarşı planı üzə çıxdı: Müharibə olacaq
-
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb - VİDEO
-
Bu şəxslərə 230 manat veriləcək - DETALLAR
-
Türkiyə ordusu iki ölkədə əməliyyat keçirdi - 9 terrorçu öldürüldü
-
Serbiya Prezidenti Azərbaycana və İlham Əliyevə təşəkkür etdi - FOTO
-
Qalmaqallı iş adamı yenidən gündəm oldu - Yarım milyonluq dələduzluq
-
“İstanbul danışıqlarını mən pozmamışam“ - Conson
-
Azərbaycanlı aparıcı narkotik asılılığından əziyyət çəkirmiş - VİDEO
-
Tibb bacısı “German Hospital“da necə ginekoloq oldu? - ŞOK FAKTLAR
-
Bəzi magistral yollarda görmə məhdudlaşacaq - Dumana görə
-
“Azərbaycan qazının Serbiyaya tədarükü tezliklə bərpa olunacaq“ - “AnewZ“
-
Yarım milyon əmlakı əhatə edəcək TƏKLİFLƏR
-
Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
-
Ağdamlıların oxuması qəti qadağandır - Aqil Abbas yazır
-
Los-Ancelesdəki dəhşətli yanğının fəsadları - Fotolarda
-
Kəşfiyyat “WhatsApp“ mesajlarını izləyir - Zukerberqdən etiraf
-
“Azcake” MMC-nin un məmulatları istehsalı sexində ciddi nöqsanlar aşkarlandı - RƏSMİ
-
Şəxsi məlumatlarımız təhlükədədir? - Araşdırma
-
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - Səbəbini açıqladı
-
Naxçıvanda 8 dərəcə şaxta qeydə alınıb – Faktiki hava
-
Sumqayıtda maşında yanmış kişi meyiti tapılıb - FHN
-
“Topaz“dan “Metropoliten“ə: Aslanov uda-uda gedir...
-
Los-Ancelesdə meşə yanğınları - Ölənlərin sayı artdı
-
Ərdoğan Tatlısəslə mahnı oxudu - VİDEO
-
Aysel Teymurzadə gözəlliyi ilə ağılları başdan aldı - FOTO
-
“Neftçi“nin ilk transferi “Gündoğar ölkə“dən olacaq - Klubun düşərgəsindədir
-
Bolqarıstan və Serbiyaya qaz nəqli niyə dayandırılıb? - BP açıqladı
-
Daşınmaz əmlak qeydiyyatı: qanunun işləmədiyi sahələrdə pozuntular necə yaranır?
-
Azərbaycanda iki yeni milli park yaradılacaq - RƏSMİ
-
Ukrayna Kurskda Şimali Koreya hərbçilərini əsir götürüb - FOTO
-
Xaricdən kiloqramı 26 manata toxumluq arpa, 46 manata qağıdalı alırıq - QİYMƏTLƏR
-
“Terror təhlükəsinin tam aradan qaldırılması üçün əlverişli şərait var“ - Ərdoğan
-
“Azərsun Holdinq“ şəhid atasının torpağını əlindən alıb - Açıqlama
-
Həm bədəni qızdırır, həm də müqaviməti artırır
TOP 10
ARXİV