Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Veysəloğlu Şirkətlər Qrupu lider mövqeyə sahib oldu - Ərzaq sektorun vergi ödəyiciləri arasında

Tarix 18.02.25, 13:31

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 2024-cü il üçün ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb. Adları açıqlanan şirkətlər arasında Veysəloğlu Şirkətlər Qrupuna aid olan biznes subyektləri "Araz Supermarketlər Şəbəkəsi", "Oba Marketlər Şəbəkəsi" və "Veysəloğlu MMC” yer alır.

AzFakt.com-un məlumatına görə, Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan bu şirkətlərin dövlətə ödədiyi vergi məbləğinin ümumi həcmi 75,7 milyon manat təşkil edir. 

Siyahıdan göründüyü kimi, "Araz Supermarket" Məhdud Məsuliyyətli Cəmiyyəti 36,7 milyon manat, "Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyəti 23,5 milyon manat, "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyət isə dövlət büdcəsinə 15,5 milyon manat vergi ödəyib.

Dövlət Vergi Xidməti tərəfindən açıqlanan 100 vergi ödəyicisinin təhlili  göstərir ki, "Araz Supermarket" və "Oba Market" pərakəndə sektoruna aid olan vergi ödəyicilərinin arasında müvafiq olaraq birinci və ikinci yerləri bölüşür. Ümumilikdə ərzaq sektoruna aid olan vergi ödəyən şirkətlər arasında isə Veysəloğlu Şirkətlər Qrupu birinci yerdə qərarlaşıb.

Açıqlanan göstəricilər təsdiqləyir ki, Veysəloğlu Şirkətlər Qrupu həm yerli istehsalçılara dəstək verən, həm də mühüm sayda iş yerləri yaradan şirkət olmaqla yanaşı, iri vergi ödəyicisi kimi ölkə iqtisadiyyatına önəmli töhfə verir.



Xəbərin oxunma sayı : 733




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap