Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

“Hər 100 manatın 5 manatı içki və siqaretə xərclənir“ - Bir ayda 230 milyondan çox pul xərclənib...

Tarix 18.02.25, 14:55

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi 4,8 milyard manat olub. Dövriyyənin 2,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatı isə qeyri-ərzaq mallarıdır.

İqtisadçı, deputat Vüqar Bayramov biıdirir ki, 2025-ci ilin ilk ayında içkilər və tütün məmulatlarına 230 milyon manatdan çox pul xərclənib.

"Bu ümumi pərakənda ticarət dövriyyəsinin 4.7 faizidir. Ötən ilin yanvar ayı müqayisədə içkilər və tütün məmulatlarına 1,8 faiz daha çox pul sərf edilib", - o əlavə edib.

İqtisadçının sözlərinə görə, DSK-nin pərakəndə ticarət üzrə təsnifatında alkoqollu içkilər deyil, içkilər və tütün məhsulları birlikdə götürüldüyü üçün spirtili içkilərə nə qədər vəsaitin xərcləndiyi tam aydınlaşmır: "Amma aydındır ki, burada alkoqollu içkilər xüsusi paya malikdir. İçki və tütün məhsullarına xərclənən vəsaitin çoxalmaslna qiymət artımları təsir göstərsə də, istehlak həcmi də xüsusi paya malikdir. Vətəndaşlarımız qazandıqları hər 100 manatın 5 manatını içkilər və siqaretə xərcləyirlər".

Ekspert bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. 

"Adambaşına istehlak indi 2.5 litr olduğu halda, bunun 2030-cü ildə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də çoxalır. Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün məhsullarını istehlak etməkdənsə ixrac etmək daha faydalıdır", - o qeyd edib.

V.Bayramov qonşu ölkələrlə müqayisə aparıb: "Spirtli içkilər və tütün məmulatlarının pərakəndə ticarət dövriyyəsində payı Gürcüstanda 3.4, Türkiyədə 3.3, Özbəkistan 3.2, Qazaxıstanda 2.4, Türkmənistanda 2.2 faizdir. İnkişaf etmiş ölkələrdən isə İtaliya 4.2, Kanada 3.7, Almaniya 3.5, Böyük Britaniya 3.4,Çində 3.0, Yaponiyada 2.7, ABŞ-da 2.0 faizə malikdirlər. Spirtli içki və siqaretə ən çox üstünlük verən dövlətlər isə Laos (10.8%), Serbiya (8.4%), Bosniya və Hersoqovina (8.3%), Çexiya (8.2%), Belarus (7.7%), Macarıstan (7.6%), İndoneziya (7.4%), Latviya (7.4%) və Rusiyadır (7.3%)".



Xəbərin oxunma sayı : 754




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap