![]() |
|














Oleq Bakinskinin Ukraynadan çıxarılmasında erməni izi, imzası - ŞOK BİLGİLƏR
Tarix 13.01.25, 21:00 |
|

Xəbər verdiyimiz kimi Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivin və Ukraynada nazir müavini postunu tutmuş Konstantin Antonoviç Kuçerin cinayət işi üzrə məhkəmə araşdırmaları keçirilir.
Müttəhimlərdən Oleq Bakinski Rusiya Ukraynaya qarşı müharibəyə başlamazdan öncə uzun müddət Kiyevdə yaşayıb. Uzun illər Ukraynada ən güclü diaspor təşkilatlarından olan Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri olub. Ukraynada Azərbaycanı və azərbaycanlıları cani-dildən müdafiə etməsi diqqətdən kənarda qalmayıb. Oleq Bakinski bu fəaliyyətinə görə Azərbaycanda “Dostluq” ordeni ilə təltif edilib. Qarabağ azad ediləndən sonra Şuşada təşkil olunan və dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diaspor üzvlərinin də dəvət edildiyi tədbirdə Oleq Bakinski də çağırılan qonaqlardan olub. Onun Ukraynadakı fəaliyyəti daima oradakı erməni diasporunu narahat edib. Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətinə qarşı çıxanlar arasında Oleq Bakinskinin olması qarşı tərəf üçün fürsət olub. Əvvəlcə Oleq Bakinskinin özü Ukraynadan çıxarılıb. Ardından onun oğlu Sultanbəy Krapivinə qarşı cinayət təqibi başladılıb.
İşdə maraqlı məqam odur ki, Oleq Bakinskinin Ukraynadan çıxarılması haqda sənədləri erməni əsilli Akop Arüstəmovun imzalamasıdır. Akop Arüstəmov həmin sənədləri imzalayarkən Ukrayna Dövlət Miqrasiya Xidmətinin Əcnəbilərin və Vətəndaşlığı olmayan şəxslərin işi üzrə idarənin rəisi vəzifəsini tutub.
Oleq Bakinski 2022-ci il iyunun 26-da verilən bu qərardan sonra uzun illər yaşadığı Ukraynanı tərk edib və vətənə dönüb, fəaliyyətini burada davam etdirib.
Onunla birgə mühakimə olunan Konstantin Kuçer isə vaxtilə Ukraynanın sənaye siyasəti nazirinin müavini - Müdafiə Sənaye Kompleksi Agentliyinin rəhbəri olub. Sonradan Fransaya köçüb və bir müddət əvvəl daimi yaşamaq üçün ailəsi ilə birgə Bakıya köçüb.
Oleq Bakinski ilə Konstantin Kuçerlə bağlı Azərbaycan hüquq mühafizə orqanlarına şikayət edən Valeriy Nikolayeviç Zaxarenkov isə Rusiya Müdafiə Sənaye Kompleksinin nümayəndəsi, Rusiya Federal Təhlükəsizlik Xidmətinin yüksək çinli vəzifəlilərindədir.
Cinayət işi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılır. Oleq Bakinski az ağır xəsarət yetirmə, xuliqanlıq, Konstantin Kiçer isə xuliqanlıq və dələduzluqda ittiham olunur. İş üzrə zərərçəkən statusunda olan Valeriy Zaxarenkov ABŞ sanksiyaları altına düşən Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli “Aviazapchast” ASC-nin sahibidir.
Onun rəhbərlik etdiyi ASC 2020-ci ildən ABŞ Dövlət Departamentinin sanksiyaları altına düşüb. Sanksiya tətbiqi şirkətin İran, Şimali Koreya və Suriyaya münasibətdə Kütləvi Qırğın Silahlarının (KQS) yayılmaması ilə bağlı Amerika qanunvericiliyini pozması ilə əsaslandırılıb.
Valeriy Nikolayeviç Zaxarenkov məhkəmənin hazırlıq iclasına qatılmayıb. Onun vəkili Samir İsayev deyib ki, müvəkkili növbəti prosesdə iştirak edəcək.
İclasda Konstantin Kuçer Ukrayna dilindən tərcüməçi ilə təmin olunmasını xahiş edib, Oleq Bakinski isə ümumiyyətlə tərcüməçiyə ehtiyac duymadığını bildirib: “Mən bakılıyam, Azərbaycan dilində yazıb, oxuya bilirəm”.
İclasda Konstantin Kuçerin vəkili Elşad Əliyev müvəkkilinin absurd ittihamlarla həbsdə olduğunu bildirib və həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə dəyişdirilməsi, habelə müqavilələrdən irəli gələn öhdəliklərin başa düşülməsi üçün müstəqil auditin keçirilməsi barədə vəsatət qaldırıb. Bundan əlavə, o, iş materiallarına əlavə olunan köynəkdəki qan izlərinin müvəkkilinə məxsus olub-olmadığını müəyyən etmək üçün ekspertiza üçün bioloji nümunələrin götürülməsini tələb edib. Vəkil sübut bazasının olmamasını deyərək, məhkəmədən işin əlavə istintaqa qaytarılmasını istəyib.
Oleq Bakinskinin vəkili Xeyransa Babayeva müvəkkilinin işinin ayrıca icraata ayrılması və ona ayrıca qaydada baxılması barədə vəsatət qaldırıb. O, həmçinin Oleq Bakinski barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Oleq Bakinski vəkilinin vəsatətini dəstəkləyib. “Artıq 6 aydır ki, buradayam. Bunun səbəbini bilmək istəyirəm. Mən heç kəsi döyməmişəm, heç bir səbəb olmadan həbsdə saxlanılıram”, - deyə Oleq Bakinski bildirib.
Vəsatətlər təmin olunmayıb. Oleq Bakinskinin vəkili Xeyransa Babayeva deyib ki, müvəkkili kimsəyə qarşı xuliqanlıq etməyib, kimsəyə xəsarət yetirməyib. Mətbuatdan da xahiş edib ki, dəqiqləşdirilməmiş məlumatları yazıb Azərbaycanı canı qədər sevən, müharibəyə qədər Ukraynada ən böyük diasporlardan olan diasporamızın ən tanınan üzvü haqda belə yanlış məlumatlar yaymasınlar. Vəkil Oleq Bakinskinin özü istəmədən bu məsələnin mərkəzinə düşmüş şəxs olduğunu diqqətə çatdırıb. Bildirib ki, Oleq Bakinskinin bu cinayət işində adının hallanması da iş üzrə adı zərərçəkən kimi keçən Valeriy Nikolayeviç Zaxarenkovun onu görüşə dəvət etməsinə görədir.
Vəkil bildirib ki, Rusiya vətəndaşı olan Valeriy Zaxarenkov 2024-cü ildə Sergey Vladimiroviç Styopin və Vladislav Sergeyeviç Zryanovla birgə Bakıya Konstantin Antonoviç Kuçerlə kommersiya məsələləri ilə bağlı danışığa gəliblər. Valeriy Nikolayeviç Zaxarenkov Bakıda öz yaxın tanışları vasitəsi ilə Oleq Krapivinlə əlaqə saxlayıb, ondan görüşdə iştirak etməsini xahiş edib:
“Oleq Krapivin həmin görüşdə Valeriy Nikolayeviç Zaxarenkovun dəvəti ilə iştirak edib. Görüşdə Valeriy Zaxarenkov xoşagəlməyən, etik normalara uyğun olmayan sözlər işlədib. Oleq Krapivin isə onu etik normalara uyğun davranışa dəvət etməklə sakitləşdirməyə çalışıb. Valeriy Zaxarenkov xoşagəlməyən danışığını davam etdirdikdə isə Oleq Krapivin ondan üzr istəməsini istəyib. Valeriy Zaxarenkov Oleq Krapivinin bu xahişindən sonra daha da kobud danışıb və yerindən qalxaraq Oleq Krapivinin üstünə yeriyib. Həmin vaxt ayağı masaya ilişərək səndələyib, yerə yıxılıb və başından xəsarət alıb”.
Vəkil bildirib ki, növbəti gün Valeriy Zaxarenkov Sergey Vladimiroviç Styopinlə birgə hüquq-mühafizə orqanlarına Oleq Krapivindən şikayət ediblər: “Valeriy Zaxarenkov şikayətində yazıb ki, guya Oleq Karpivin onun başına butulka vurmaqla xəsarət yetirib. Əslində isə Oleq Krapivin Valeriy Zaxarenkova xəsarət yetirməyib, onu vurmayıb. Dünyaca məşhur idmançının butulka ilə kimisə vurması uydurmadır, nağıldır”.
Vəkil görüşdə iştirak edən Sergey Vladimiroviç Styopin və Vladislav Sergeyeviç Zryanovun işdə adı keçən “Aviazapçast” və “Promışlennıye Postavki Kazaxstan” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə aidiyyatları olan şəxslər olduqlarını da deyib.
Mətbuat nümayəndələrindən xahiş edib ki, prosesdə iştirak etməklə həqiqəti olduğu kimi ictimaiyyətə çatdırsınlar. 2024-cü ilin iyulun sonlarında Bakıda Oleq Bakinskinin həbsi bir qədər gözlənilməz oldu. Rusiya Ukrayna müharibəsindən əvvəl Oleq Bakinski Ukraynada Azərbaycan diasporunun ən parlaq üzvlərindən idi. O, Kiyev Azərbyacanlıları Konqresinə rəhbərlik edirdi.
O, 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. 2007-ci ildə Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb. Adı Bakı ilə bağlı olsa da, o, 1989-cu ildən Kiyev şəhərində yaşayıb. 30 ilə yaxın Ukraynada yaşadığı dövrdə, o, Kiyevdə “Bakines” adlı güləş klubu yaradıb. Azərbaycanla sıx əlaqələrinə görə Şamaxıda güləş məktəbi açıb. Elə Şamaxıda onun şərəfinə güləş turniri də keçirilib. Son illər Ukraynaya girişi qadağan edilmişdi və Bakıda yaşayırdı. Oleq Bakinski milliyətcə rus olsa da, özünü həmişə azərbaycanlı hesab edib. Müsahibələrində toyunu belə, Azərbaycan adət-ənənələrinə uyğun keçirdiyini açıqlayıb. “Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır. Güləşə olan marağım isə məni bu idman növü ilə daha peşəkar şəkildə məşğul olmağa vadar etdi. Buna görə də oxuduğum 68 nömrəli məktəbdə təhsilimi yarımçıq qoyub, “Razin”dəki idman təmayüllü internat məktəbinə getdim. Beləcə, həyatımın ayrılmaz hissəsi olan güləşçi karyeram başladı” deyə müsahibələrindən birində Oleq Bakinski qeyd etmişdi. Rusiyanın Ukraynaya qarşı elan edilməmiş müharibə başladığı gün Oleq Krapivin həmyerlilərimizə dəstək verən tək-tük şəxslərdən biri olub. Azərbaycanın Ukraynadakı səfirinin biabırçı qaçışı fonunda Oleq Krapivin qısa müddətdə 1100 həmyerlimizi bomba yağışı altından çıxarıb Azərbaycana göndərə bilmişdi. Onun Azərbaycan adına və həmyerlilərimizə verdiyi dəstək saymaqla bitməz.
Rusiyanın Ukraynaya təcavüzünə ən sərt reaksiya verən Oleq Krapivinin Ukraynada yaşamaq izni ermənilərin səyi nəticəsində ləğv olunub. Həmçinin onun hər hansı formada Ukrayna ərazisinə girişinə də qadağa qoyulub! (musavat.com)


Xəbərin oxunma sayı : 832
Hadisə
Xəbərlər
-
Prezident və xanımının Ağdam səfərindən - Fotolar
-
“Yaxın vaxtlarda Ukrayna ilə bağlı tənzimləmə prosesi formalaşacaq“ - Lavrov
-
Tural Sadıqlının keçmiş xanımı Almaniya səfirinə müraciət etdi - Fotolar
-
Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb - Qiymətlər
-
DTX İqbal Əbilovun istintaqını bitirdi - Lənkəranda məhkəmə başlayır
-
“ABŞ və Rusiya Ukrayna ilə bağlı üç mərhələli sülh planı təklif edir“ - “Fox News”
-
Əli Əsədov Tehranda Pezeşkianla görüşdü - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Mirsaleh Seyidov rəisi işdən çıxardı - Yeni təyinat
-
Bakı-Tbilisi sərnişin qatarı açıla bilər - Tarix açıqlandı
-
İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə “otlaq qalmaqalı“
-
Qar yağacaq, güclü külək əsəcək, temperatur enəcək - XƏBƏRDARLIQ
-
MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX-dən əməliyyat
-
Ərdoğanla Ankarada Zelenski görüşdü - Fotolar
-
Bu obyektlər propan qaz balonlarından istifadə edirmiş - Fotolar
-
Generalın vəsatəti, polkovnikin etirazı qəbul olunmadı - 143 milyonluq yeyinti işi
-
“Hər 100 manatın 5 manatı içki və siqaretə xərclənir“ - Bir ayda 230 milyondan çox pul xərclənib...
-
Azərbaycan internetin sürətinə görə neçəncidir? - Reytinq
-
“Putin Zelenski ilə danışıqlar aparmağa hazırdır“ - Kreml
-
Benzia “Qarabağ”da qalacaq? - Özü açıqladı
-
Azərbaycan İsrailə xam neftin satışını dayandırıb? - Ölkələrin siyahısı
-
Laçın qəbiristanlığında vandallıq: Ölülərin qızıl dişlərini oğurlayıblar (VİDEO)
-
Veysəloğlu Şirkətlər Qrupu lider mövqeyə sahib oldu - Ərzaq sektorun vergi ödəyiciləri arasında
-
Sabah Bakıya yağış, rayonlara qar yağacaq - Hava proqnozu
-
“Bizi vədlərlə nüvə ölkəsinin qarşısında tək qoymuşdular“ - Gürcüstan Prezidenti
-
İlyas İsmayılov dəfn olundu - FOTOLAR
-
Elektrik enerjisi xaricə 9,4 qəpiyə, əhaliyə isə 11 qəpiyə satılıb - RƏSMİ
-
Beyləqanın mərkəzi yollarının təmiri davam edir - Fotolar
-
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi - Fotolar
-
Geomaqnit qasırğası gözlənilir - Xəbərdarlıq
-
Aİ müşahidəçiləri Qazaxla həmsərhəd ərazidə müşahidə aparıb - VİDEO
-
Bakıda ağıllı radarlar quraşdırılıb? - Rəsmi cavab
-
İlon Mask Münhen konfransının rəhbərini ələ saldı: “Yazıqdır“
-
Azərbaycan elektrikli avtobusların istehsalına başlayır - VİDEO
-
Türkiyə 2025-ci ildə mötəbər velosiped yarışlarına ev sahibliyi edəcək - FOTO
-
179 min manatlıq tenderi nazir müavininin qardaşı udub? - SƏNƏDLƏR
-
Ana ölümləri niyə daha çox rayon xəstəxanalarında yaşanır? - VİDEO
-
Məişət zorakılığı ilə bağlı 594 müraciət - Hansı tədbirlər görülür? VİDEO
-
“Bu razılaşmanı tanımayacağıq” - Zelenski ABŞ və Rusiyaya etiraz etdi
-
Anar Quliyev dilemma qarşısında - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...
-
İncəsənət Gimnaziyasında təmir işləri niyə dayandırılıb? - VİDEO
-
Magistratura imtahanlarına salınan suallar çətin olub? - VİDEO
-
Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO
-
Avropa çempionu uğrunda 3 nəhəng klub mübarizə aparır - Hansını seçəcək?
-
Vardanyanın separatçılara verdiyi silahların - Siyahısı
-
Baş nazir Əli Əsədov Tehranda İranın Birinci vitse-prezidenti ilə görüşdü - FOTO
-
Nemət Pənahlının maşını hərraca çıxarılır - 42 min manata
-
“Yelo Bank” evimi əlimdən alır - Arif Hacılının qardaşı
-
“Tramp administrasiyası aprelin 20-nə qədər atəşkəsə nail olmaq istəyir” – “Bloomberg”
-
“Ceyhun Abbasovun verdiyi sözləri təsdiq edən səs yazıları var” - Avrora MMC-dən şikayət
-
Fransa rəsmiləri Azərbaycanda istintaqa cəlb olunub - Şok faktların üstü açıldı + FOTO
-
“Ər-Riyadda danışıqlar ikitərəfli olacaq“ - Putinin köməkçisi
-
Bakıda tanınmış rəssamın evindən 200 min apardılar - Oğru binanın gözətçisi imiş
-
Azərbaycan əhalisi nə qədərdir? - Statistika
-
Vardanyan hakimin bu sualı qarşısında susdu - FOTOLAR
-
Mahir Klozeyə getmək niyyətində olduğunu dedi - “Mən daha çox pul qazanmaq istəyirəm”
-
Bakının 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açılıb - RƏSMİ
-
Azərbaycan bu il 10 ölkəyə 3,5 mln. tona yaxın neft ixrac edib - SİYAHI
-
“Qumar kralı“nın cinayət işi ilə bağlı detallar - RƏSMİ
-
Boşanmaların sayı dəyişmədi – Evlənənlər azaldı
-
Əli Əsədov Xəzər İqtisadi Forumunda iştirak etmək üçün İranda səfərdədir - FOTO
-
Azərbaycanda bu şəxslərə 2600 manat birdəfəlik müavinət veriləcək - YENİ QANUN
-
Rusiya Suriya hökuməti ilə əlaqəyə girir - Hərbi mövcudluğunu saxlamaq niyyətindədir
-
“Orbita” MTK rəhbəri Famil Bağırov sakinlər yaşaya-yaşaya binanı sökür? - VİDEO
-
Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib - 13 ildən sonra
-
17 milyonluq tenderin 13 milyonunu bir şirkətə verilib: “Avaz Group”la AQTİ-ni nə birləşdirir?
-
Sevgililər Günü keçmiş arvadının evində dava saldı - Həbs edildi
-
Prezident Azər Qasımovu vəzifəsindən azad etdi - SƏRƏNCAM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
ABŞ Braziliya və Çin hərbçilərini Ukraynaya cəlb edir - Sülhməramlı kimi
-
Mühafizəçi rəssam direktorun evindən 21 minlik gödəkcə oğurlayıbmış - Hökm oxundu
-
Heydər Əliyev güşəsini dayanacağa sürüşdürənlər yaşayış mərkəzini təhlükəyə atıblar - “AAAF Park”da nə baş verir?
-
“Toplum TV” və “Abzas Media” işlərində - Yeni faktlar
-
Bu şəxslər 10 il müddətində həbs olunacaq - Qanunda dəyişiklik
-
“Ukraynaya ərazi güzəştlərinin mümkünlüyündən söhbət gedə bilməz“ - Lavrov
-
“Sputnik Azərbaycan“ı Ramiz Mehdiyevlə Əli Həsənov gətirdi“ - “Onları inandra bilmədim...“ + VİDEO
-
DTX-nin ifşa etdiyi korrupsiya - Daha bir məhkəmə
-
Rövşən Rüstəmov müdiri özünə müşavir götürdü, iki nəfəri isə... - ADY-də yeni təyinatlar
-
İlyas İsmayılov vəfat etdi: “Atam qədər mənə əziz olan...“
-
Maaşla işləyənlərin nəzərnə - Ən azı bu qədər olmalıdır
-
“Diplomatik xidmət haqqında“ yeni qanun... - İlham Əliyev təsdiqlədi
-
“Tenderlər, yatırımlar sahəsində pozuntular daha çoxdur” - “Yeni yanaşmaların tətəbiqi zəruridir...”
-
Baba Rzayevin oğlu Mərdəkanda yeni ticarət obyekti tikir - SƏNƏD
-
164 saylı tam orta məktəbin qalmaqallı direktor vəzifədən çıxarılır? - İDDİA
-
Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırıldı - Prezident qanunu imzaladı
-
Bakıda yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət - İlk dəfə rəsmi açıqlandı
-
Kolleclərdə müəllimlik ixtisasının ləğvi təhsildə keyfiyyəti artıracaq? - VİDEO
-
Bakıda məşhur hotelin fəaliyyəti dayandırıldı - VİDEO
-
Zəngəzur dəhlizinin kilid nöqtəsindən son görüntülər - VİDEO
-
Pinqvinlər öz aralarında tez-tez “boşanırlar“ - SƏBƏB
-
Salyanda 10 uşaqlı ailə: ana adları səhv salır - VİDEO
-
Unun bahalaşması çörəyin qiymətini artıracaq? - VİDEO
-
Mənzil alanlara xəbərdarlıq: Kvadratı eyni olan evlər fərqli qiymətə satılır (VİDEO)
-
“Azərşəkər“, “Ticarət limanı“, “Azgranata“, “Astaraçay“ - Elm və təhsil nazirliyində biabırçı təyinatlar
-
İrandan daha çox xiyar alıb, Rusiyaya daha az xiyar satmışıq - Qiymətlər
-
Paytaxtda yeni söküntü aparılacaq - Kirayə mənzil qiymətləri artacaq?
-
Bölgələrdə yerləşən tikinti materialları bazarlarında durğunluq - VİDEO
-
“Mask son iki ildə 18 ölkədə sağçı siyasi qüvvələri dəstəkləyib“ - KİV
-
Az riskli yığım vasitəsi: Böyük miqdarda qızıl alışı nəyə hesablanıb?
-
Çoxuşaqlı ailələri sevindirəcək TƏKLİF
-
“FOSTER APC“ şirkəti qanunsuz işçi çalışdırır? - VİDEO
-
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
Mebel bazarında vəziyyət necədir? - İnsanlar yerli istehsala üz tuturlar
-
Pezeşkian tribunada Azərbaycan dilində şeir dedi: bir nəfər ona yaxınlaşdı... - VİDEO
-
Azərbaycanda kiçik mühərrikli avtomobillərə maraq niyə çoxalıb? - VİDEO
-
Qaradağlı faciəsindən 33 il ötür
-
Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
-
Bank hesablarından oğurluq tək şəxsiyyət vəsiqəsi ilə mümkündür - DİQQƏT
-
Xəzərin suyu niyə qırmızı rəngə boyanıb? - Açıqlama
-
Fermerlər məhsullarını niyə sata bilmirlər? - VİDEO
-
Nikahdankənar doğulan uşaqların atası necə müəyyən edilir? - VİDEO
-
Ukrayna işğal olunan ərazilərindən hüquqi olaraq imtina etməyəcək - Volodimir Zelenski
-
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu+Video
-
Sülh və sabitliyi təhdid edən hər şeyin arxasında İran dayanır - ABŞ dövlət katibi
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib -VİDEO
-
“Qarabağ” 10 nəfərlə “Neftçi”ni məğlub etdi - VİDEO
-
Azərbaycan qoz və qoz ləpəsini hansı ölkələrdən və neçəyə alır? - Tam siyahı
-
Fevral ayında hansı meyvələri yemək daha faydalıdır? - Siyahı
-
Goranboyda qayınata gəlininə əl qumbarası atıb - 38 yaşlı qadın çoxsaylı qəlpə yarası alıb
TOP 10
ARXİV