Son günlər metroda nə baş verir? - VİDEO Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO
Axtar
 
  • / Sosial / — 12 Dekabr 2024

    Son günlər metroda nə baş verir? - VİDEO

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

Türkiyə 2024-cü ilin 3-cü rübünü turizm sahəsində rekord nəticələrlə bağlayır - STATİSTİKA

Tarix 04.11.24, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə 2024-cü ilin ilk doqquz ayında 49.2 milyon ziyarətçini qəbul edib və 46.9 milyard ABŞ dolları turizm gəliri toplayıb. Türkiyənin ziyarətçi sayında illik artım 9%, gəlirlər isə 7% artıb. Türkiyə  bütün zamanların turizm rekordunu qıraraq, ilin sonuna qədər 60 milyon turist qəbul edəcək.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi İstanbulda keçirilən mətbuat konfransında 2024-cü ilin 3-cü rübündəki turizm nəticələrini açıqlayıb. 

Mədəniyyət və Turizm Nazir Mehmet Nuri Ersoy, 2024-cü ilin ilk doqquz ayında Türkiyəyə gələn ziyarətçi sayının illik 9% artaraq 49.2 milyon nəfərə çatdığını bildirib.

Eyni dövrdə Türkiyənin turizm gəlirləri 7% artaraq 46.9 milyard ABŞ dollarına yüksəlib. Turistlərin  gündəlik orta xərcləmələri 107 ABŞ dolları olub.

"İlk 9 ayda əldə etdiyimiz nəticələr, Türkiyə Cümhuriyyətinin tarixində ən yüksək nəticələrdir, buna görə də, il sonu hədəfimizi 61 milyon turistə qədər artırırıq” – deyə Mehmet Nuri Ersoy qeyd edib.

Ətraflı
Türkiyənin ən böyük metropolisi İstanbul, 2024-cü ilin ilk doqquz ayında 14 milyondan çox turist qəbul edib. 7% artım əldə edən İstanbulun ən iri turistik mərkəzləri, Tarixi Yarımada, Taksim, Karaköy bölgələri və şəhərin Avropa və Asiya tərəflərindəki Boğaz xətti, Amerika, Avropa, Afrika, Avstraliya və Asiya qitələrindən olan ziyarətçiləri qonaqlayıb.

"Türkiyənin turizm paytaxtı” olaraq tanınan Antalya isə 13.3 milyondan çox ziyarətçini qəbul edərək, şərqi Aralıq dənizindəki liderliyini qoruyub saxlayıb.

Türkiyə ən çox  Rusiya, Almaniya və Böyük Britaniyadan turistlər gəlib.  Turistlərin Antalya, İstanbul, İzmir və Muğla kimi əsas turizm mərkəzlərinə axın etməsi il sonuna qədər davam edəcək.

2024-cü ilin yanvar-sentyabr ayları arasında 5.5 milyon Rusiyalı turist  istirahət üçün Türkiyəni seçib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə  6% artım deməkdir. Eyni dövrdə alman turistlərin sayı 5.2 milyonu keçib və bu da  keçən ilin müvafiq dövrü ilə müqayisədə 6% artım deməkdir. Həmçinin Türkiyəyə  ən çox üçüncü turist göndərən  Böyük Britaniyadır.

Bu isə  keçən ilin müvafiq dövrü ilə müqayisədə isə Böyük Britaniyadan gələn turistlərin sayında  17% artım olub.

İlin ilk doqquz ayında 3.7 milyon britaniyalı Türkiyəni ziyarət edib. Türkiyə, Çində də əhəmiyyətli bir artım əldə edərək, 312,000-dən çox ziyarətçini qəbul edib ki, bu da keçən illə müqayisədə 84% artım deməkdir. Türkiyəyə gələn ziyarətçilər, ölkənin zəngin mədəni və tarixi irsini, ləzzətli mətbəxini, şəhər təcrübələrini və gözəl mənzərələrini kəşf ediblər.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 553




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap