|
Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
“MTK kralı“ çətin durumda - Asiman Hüseynov qardaşını xilas edə biləcəkmi?
Azərbaycanın ən varlı şirkətləri: milyardlara sahib olanlar kimdir?
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
143 milyon taladılar, 38 milyon ödədilər - Mənimsədikləri pulları qaytarmırlar
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar
Vətəndaşı hakimiyyətdən narazı salan kimdir: AYNA, yoxsa “Kapital Bank”?..
Tarix 09.01.25, 17:27 |
|
AYNA, ya da “Kapital Bank” hansı qanuna əsaslanaraq vətəndaşların aldığı QR biletləri 10 saniyədən sonra onların əlindən alır və istifadəyə yararsız hala gətirir?..
İctimai nəqliyyatda ödəmələrlə bağlı problemlər öz həllini gözləyir.
Poliqon xəbər verir ki, “BakıKart” onlayn ödəniş sistemi artıq yarım ilə yaxındır ki, işləmir və AYNA rəsmiləri hələ də sistemin işləməməsi ilə bağlı normal bir açıqlama ilə çıxış edə bilmirlər. “BakıKart” portalında uzun zaman sərnişinlərə ümid verdilər ki, portalın yenilənməsi başa çatdıqdan sonra onlayn ödəniş sistemi yenidən fəaliyyətə başlayacaq. Amma bu yenilənmə hələ də başa çatdırılmır...
Xatırladaq ki, “BakıKart” portalında və mobil tətbiqində ötən ilin avqust ayının əvvəlindən onlayn ödənişləri həyata keçirmək mümkün deyil. AYNA rəsmilərinin o zaman verdikləri açılamada bildirilirdi ki, yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Amma görünür ki, problem nasazlıqla bağlı deyilmiş. Çünki aradan keçən 5 aydan bir qədər artıq müddət ərzində nəinki nasazlıq aradan qaldırıldı, əksinə, “BakıKart” portalı və mobil tətbiqi sadəcə, yoxa çıxdı. Onun yerinə isə “Kapital Bank”ın “Birbank” kartı vasitəsi ilə QR ödəniş sistemi gətirildi.
“Birbank” kartı vasitəsi ilə QR ödəniş sistemi gətirildikdən sonra insanlar bir qədər rahatladılar, çünki hər kəsin probleminə çevrilən nəqliyyat ödənişləri bir qədər daha asanlaşdı və hətta belə deyək, “əlçatan” kimi göründü. Amma bu rahatlıq da uzun sürmədi...
QR ödəniş sisteminə zaman məhdudiyyəti niyə və hansı məntiqlə qoyulur?
Hər şey doğrudan da yaxşı gedirdi. Amma sonradan QR kodlara müddət məhdudiyyətinin qoyulması sadəcə, cibgirliyə döndü.
Xatırladaq ki, ilk mərhələdə QR kodlara 30 dəqiqə müddət ayrılmışdı və bu, normal görünürdü. Sonra həmin müddət heç bir izahat verilmədən 5 dəqiqəyə endirildi. Sərnişinlərin haqlı təəccübünə və narazılığına səbəb olan sözügedən QR biletinə zaman məhdudiyyətinin qoyulması kimə və nəyə lazım idi? Niyə vətəndaş aldığı bileti istədiyi zaman isifadə etməkdən məhrum edilir? Axı o bilet artıq vətəndaşın malı hesab olunur. Niyə AYNA-da, ya da “Kapital Bank”da bunun əksini düşünürlər və bu zaman hansı qanuna, ya da heç olmasa, məntiqə əsaslanırlar?
Amma sən demə, 5 dəqiqlik zaman məhdudiyyəti üçün insanlar gündə ən azından Allaha ən azı 3 dəfə şükür etməliymişlər. Çünki hansısa dairələr, ya da işbazlar və dələduzlar bu zaman məhdudiyyətini özlərinin gəlir mənbəyinə çevirəndən sonra QR biletlərin istifadə müddəti əvvəl 50 saniyəyə, sonra 30 saniyəyə, nəhayət, ən minimum həddə-10 saniyəyə qədər endirildi.
Qeyd edək ki, QR biletlərə 10 saniyəlik müddət məhdudiyyəti qoyulandan sonra həmin biletlərin az qala yarısı istifadəsiz qalır. Çünki avtobus və metrolarda oxuyucular telefondan QR kodları çox çətinliklə oxuyur və bu zaman 10 saniyə yetərli olmur. Bəzən isə avtobus yaxınlaşarkən QR bilet alan sərnişin vaxtında avtobusa minə bilmədiyi üçün QR biletdən istifadə edə bilmir. Hər iki halda sərnişin yenidən bilet almalı olur və istifadə edə bilmədiyi biletin pulu da boşuna sərf edilmiş vəsait hesab olunur...
Sual olunur: AYNA və “Kapital Bank” bütün bunları bu ölkənin insanlarına hansı səbəbdən yaşadırlar? Vətəndaşı hakimiyyətndən niyə narazı salırlar? Onlar ölkə vətəndaşlarının, yaxud hakimiyyətin düşmənidirlərmi? Kimin dəyirmanına su tökürlərt? Elə deyilsə, bu suallara cavab versinlər: 10 saniyəlik məhdudiyyəti tətbiq edənlərin məqsədi nədir? Buna kim aydınlıq gətirə bilər?
Maraqlıdır ki, nə AYNA-dan, nə də “Kapital Bank”dan heç kim milyonlarla insanı narazı salan vəziyyətlə bağlı izahat vermək istəmir. Amma biz bu suallara dəfələrlə cavab almağa çalışdıq.
AYNA-dan yaşanan problemlərlə bağlı bildirdilər ki, QR biletlərə müddət məhdudiyyətini onlar deyil, məhz “Kapital Bank” qoyub. Qeyd edək ki, QR kodları ya da “BakıKart” kartını oxuyuculara yaxınlaşdırdığımız zaman 10 saniyəlik geri sayım başlayır. Sual olunur, həmin geri sayım proqramını da oxuyuculara “Kapital Bank” tətbiq edib?
Tutaq ki, zaman məhdudiyyəti “Kapital Bank”ın xalqımıza “töhfəsidir”.Amma AYNA tərəfdaş bankın onun işinə müdaxilə etməsinə niyə susur və etiraz etmir? Sərnişinlərin biletlərinin keçərli olub-olmamasına görə o biletləri satan AYNA məsuliyyət daşımırmı? Biletin sahibi olan AYNA öz malının alqı-satıqısı və keçərli olması üçün məsuliyyət daşıyır. Bəs müştərilərinin - sərnişinlərin məmnuyyiyəti AYNA rəhbərliyini düşündürmürmü? AYNA-nın məhsulu üzərindən müştərinin haqları tapdanırsa, hansı şəbədən qurumun rəhbərliyi bankın qanunsuzluğuna və açıq cibgirliyinə etiraz etmir və buna son qoymur? Yəni “biz QR biləetlərə zaman məhdudiyyəti qoymamışıq”, deməklə AYNA-nın məsuliyyəti və vəzifə borcu bitirmi?
Əməkdaşlarımız sözügedən problemlə bağlı “Kapital Bank”dan da açıqlama almağa dəfələrlə cəhd edib. Hər dəfə də operatorlar bildiriblər ki, bankın mütəxəssisləri bizimlə əlaqa saxlayacaqlar. Amma bu yazı sayta qoyulana qədər, hardasa 4 iş gün müddətində heç kim bizimlə əlaqə saxlamadı.
Ümumiyyətlə, “Kapital Bank”ın öz müştəriləri ilə çox qəribə əlaqə sistemi var. Operator sualı dinlədikdən sonra bildirir ki, mütəxəsisslər daha sonra əlaqə yaradacaqlar. Bəzən bu əlaqə bir neçə gündən sonra baş tutur, bəzən isə heç kim əlaqə saxlamır. “Kapital Bank”ın əlaqə ilə bağlı bu iş prinsipi hansı məntiqə söykənir? Qeyd edək ki, Azərbaycanda heç bir xidmət sahəsində belə iş sistemi yoxdur...
İstifadə olunmayan QR biletlərin pulları hara yoxa çıxır?
Problemin ən qaranlıq tərəflərindən biri də istifadə olunmayan QR biletlərin pullarının geri qayıtmamasıdır. Doğrudur, məsələ ilə bağlı “Kapital Bank”dan aylar öncə verilən açıqlamada bildirilirdi ki, istifadəsiz biletlərə xərclənən pul əvvəllər 2 saat ərzində geri qaytarılırdısa, bundan sonra 3-30 gün ərzində müştəriyə ödəniləcək. Lakin bizə müraciət edən vətəndaşlar istifadə olunmayan QR biletlərin pullarını aylardır ki, kartın balansına qaytarılmadığını bildirirlər.
Biz çoxsaylı sərnişinlər adından xahiş edirik ki, “Kapital bank” və “Bakıkart” bununla bağlı məntiqli bir açıqlama versin. Ən azından 10 saniyəlik ödəniş müddəti hansı zərurətdən yaranıb, hansı qanuna əsasən qüvvədədir və hansı prinsipə görə istifadə olunmayan QR biletlərinin pulu bu qədər gec ödənilir, ya da mənimsənilir?
Yeri gəlmişkəm, dünən “Kapital Bank”dan verilən açıqlamada bildirilir ki, noyabr ayında texniki xəta səbəbindən müştərilərin “BakıKart” QR biletləri üzrə istifadə etmədikləri biletlərlə yanaşı, istifadə etdikləri biletlərin ödənişləri də onların hesablarına geri qaytarılıb. Bankdan bildiriblər ki, həmin pullar yenidən kartlardan silinəcək. Bank bu qədər qeyri-peşəkar fəaliyyətini nə ilə izah edə bilər? Digər tərəfdən, “Kapital Bank”ın iddia etməsinə baxmayaraq, bu sətirlərin müəllifinin kartına son 3 ayda istifadə olunmamış biletlərin pulu geri qaytarılmayıb.
Maraqlıdır ki, dünən bankdan verilən açıqlamada, həmçinin bildirilir ki, QR bilet yaradıldığı andan etibarən 1 dəqiqə ərzində istifadə edilə bilər. İstifadə müddəti 10 saniyə olduğu halda, “Kapital Bank” hansı 1 dəqiqədən danışır və kimi aldatmağa çalışır?
QR biletlərin satışı niyə “Kapital Bank”ın “Birbank” kartının monopoliyasına verilib?
Başqa bir sual doğuran məsələ də QR biletlərin satışının ancaq “Kapital Bank”ın “Birbank” kartının monopoliyasına verilməsi ilə bağlıdır. Niyə digər banklara ictimai nəqliyyata QR biletlərin satılması hüququ verilmir? Bu “Antiinhisar fəaliyyəti haqqında” qanuna nə qədər uyğundur? AYNA-nın rəhbərliyi buna aydınlıq gətirə bilərmi?..
Bütün bu suallara AYNA-nın və “Kapital Bank”ın aydınlıq gətirməsi ümidi ilə...
Xəbərin oxunma sayı : 778
Sosial
Xəbərlər
-
Kənd Təsərrüfatı Nazirliyində - Yeni təyinat
-
Ərdoğan Akşeneri vitse-prezident təyin edə bilər - KİV
-
Bu rayonlara qar yağacaq, şaxta olacaq - Sabahın havası
-
Lənkəranda itkin düşən balıqçıların axtarışları davam etdirilir - RƏSMİ
-
Çin “TikTok“un ABŞ bölməsini İlon Maska sata bilər - “Bloomberg”
-
Hesablama Palatasının nöqsan aşkarladığı Təhsil Tələbə Krediti Fondunu kimlər idarə edir? - FOTO
-
Prezident Əbu-Dabidə açılış mərasimində - Fotolar
-
Bakı metrosunda qadına qarşı əxlaqsızlıq etdi - Həbs oludu
-
İsmayıllıda başçısının müavini zəbt etdiyi torpaqda restoran tikib? - FOTO
-
NATO indi hər zamankından daha güclüdür - Bayden
-
Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq - QƏRAR
-
Azərbaycan yeni təhsil modelinə keçə bilər? - Açıqlama
-
Zaxarova Baydenə cavab verdi - “Bu etirafdır”
-
Nazirlik plastik cərrahlara müraciət etdi - 17 gün qalıb
-
“Flamenqo”ya gəldiyim üçün çox xoşbəxtəm - Juninyo
-
Azəraycanda terror aktı hazırlayanlar həbs olundu - “200 min dolları müqabilində ona sui-qəsd edəcəkdilər...“
-
Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı? - Açıqlama
-
30 yaşlı Nəzrin Mansurovanın ölümünün əsas səbəbi nədir? - VİDEO
-
Azərbaycanda qəbiristanlığı olmayan yeganə şəhər - VİDEO
-
Lənkəranda iki balıqçı itkin düşdü - FOTO
-
Salyan sakininin öldürülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub - VİDEO
-
“Vaşinqtonun Kiyevə dəstəyi Rusiya ilə nüvə qarşıdurması riski yaradır“ - Bayden
-
AZAL-ın üç təyyarəsi məcburi Gəncədə eniş etdi - Dumana görə
-
Kimlərə aylıq 400 manat veriləcək? - VİDEO
-
“O məxluqlar mənim üçün həyatda yoxdur” - Tünzalə Ağayeva
-
Azərbaycan klubunda maaş qalmaqalı - Qarşılıqlı ittihamlar
-
Sabah bəzi ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
-
Polisə getmədən qeydiyyata necə düşək? - VİDEO
-
Ağdam, Füzuli və Xocavənddə 30 milyona hansı işlər görüləcək? - TENDER
-
Azərbaycanda bu məhsul bahalaşıb - SƏBƏB
-
TikTok və mərc oyunları: Gəncliyin GİZLİ FACİƏSİ
-
Səfirlik təkzib etdi - Birol Akgün Bakıda deyil
-
Avrasiya hospitalda şok əməl: xəstəni öldürüb yaxınlarından gizlətdilər - VİDEO
-
“Ukrayna Rusiya ilə danışıqlar aparmaq iqtidarında deyil“ - NATO Baş katibi
-
Bu məhsullarda çoxlu sayda GMO aşkarlandı - FOTOLAR
-
Oleq Bakinskinin Ukraynadan çıxarılmasında erməni izi, imzası - ŞOK BİLGİLƏR
-
Aygün özünü görün nə hala saldı... - VİDEO
-
“BTB Bank“ şikayətlərə görə yenə liderdir - SİYAHI
-
Putin və Pezeşkian strateji tərəfdaşlıq sazişi imzalayacaq: Kreml açıqladı
-
Qobustanda restorana basqın edənlər saxlanıldı - VİDEO
-
Avadanlıqların təmiz saxlanmadığı çörək sexi bağlandı - Fotolar
-
Nəzrin Mansurlunun ölməsi faktı üzrə cinayət işi başlandı - RƏSMİ
-
“Yelo Bank”ın kredit oyunu - 516 milyonluq depozit hara gedib?
-
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü olub - FOTOLAR
-
Penisya fondu əlavə 566 milyon manatı haradan toplayıb? - Ekspert bunu yanlış sayır
-
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - Məhkəmə
-
Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal
-
Tarixin sirlərini yaşadan turizm şəhəri - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bakıda restorana hücum olub - Qrup halında + VİDEO
-
“Qarabağ” 22 yaşlı rumını istəyir - 1,5 milyon qiyməti var
-
“Azər-Türk Bank”ın rəhbərliyi nə qədər qazanır? - MƏBLƏĞ
-
Bakı və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
-
Şərifovu bu nazirn qardaşı əvəz edir - Üç müavin vəzifəsi boş qalıb
-
Azərbaycanda gəmilər satışa çıxarılır - QİYMƏTLƏR
-
“400 nəfərin yerinə işləyə bilməzdim axı…” - Abasquliyeva
-
Nəzrinin ölümü ilə bağlı məsələ böyüyür: Həkim 35 gün sonra mesaj yazıb ki...
-
Konstitusiya Məhkəməsində də ancaq Rusiya mətbuatı oxunur? - Siyahı
-
“ANKA III” gövdə içindən sursat atışını uğurla həyata keçirib - VİDEO
-
Milyonları ölkəyə qaytarmayanlar hakim qarşısına çıxarılır - RƏSMİ
-
Dağlıq rayonlarda qar yağacaq - Sabahın havası
-
Abşeronda pakistanlı fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
-
Bəxtiyar Hacıyevə hökm oxundu - 10 il həbs
-
Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
-
Prezident İlham Əliyev BƏƏ-yə getdi - FOTOLAR
-
Rus ordusu 8 istiqamətdə irəliləyib - “DeepState” yeni məlumatları açıqladı
-
HƏMAS-ın yeni lideri bəlli olub - Məhəmməd Sinvar
-
Pilotlarımız Aktaunu buna görə seçib - Qəza ilə bağlı mühüm DETALLAR
-
“Veysəloğlu“ 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
-
Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb - DYP
-
Kimlərə ayda 400 manat veriləcək? - Deputat açıqladı
-
Bakıda 35 yaşlı qadın falçının qurbanı oldu - TƏFƏRRÜAT
-
“Mən sənətdə olanda sən yox idin“ - Efirdə mübahisə
-
“Türkiyənin hakim partiyasının İcraiyyə Komitəsi yenilənəcək“ - KİV
-
“Bu qədər pulu haradan əldə ediblər?” - Elariz kürəkəninin həbsindən danışdı
-
Şabranda Erkən Tunc dövrünə aid tarixi nümunələr tapıldı: 3000 ildən çox tarixi var
-
Abşeronda gölün səviyyəsi artıb: Həyətləri SU BASIB
-
“Bu gün hüquq fakültəsi qızlar kollecinə çevrilib“ - VİDEO
-
Trampla Putinin danışıqlarına hazırlıq görülür - Mayk Uoltz
-
Qızıl, yoxsa daşınmaz əmlak: Hansı daha sərfəlidir?
-
“Braziliya klubuna gedir” - Qurbanov Juninyo haqda
-
AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: sağ qalan sərnişin ilk dəfə açıqladı (VİDEO)
-
Xurşudovla rektor arasında çəkişmə: “300 tələbə imtahandan kəsilib“
-
Tramp rəsmiləri sərt tənqid etdi - “Bacarıqsızlar...”
-
Bu komitələr nazirliyə birləşdirilir? - Yeni supernazirlik
-
Zurabişvilinin Rusiyaya qarşı planı üzə çıxdı: Müharibə olacaq
-
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb - VİDEO
-
Bu şəxslərə 230 manat veriləcək - DETALLAR
-
Türkiyə ordusu iki ölkədə əməliyyat keçirdi - 9 terrorçu öldürüldü
-
Serbiya Prezidenti Azərbaycana və İlham Əliyevə təşəkkür etdi - FOTO
-
Qalmaqallı iş adamı yenidən gündəm oldu - Yarım milyonluq dələduzluq
-
“İstanbul danışıqlarını mən pozmamışam“ - Conson
-
Azərbaycanlı aparıcı narkotik asılılığından əziyyət çəkirmiş - VİDEO
-
Tibb bacısı “German Hospital“da necə ginekoloq oldu? - ŞOK FAKTLAR
-
Bəzi magistral yollarda görmə məhdudlaşacaq - Dumana görə
-
“Azərbaycan qazının Serbiyaya tədarükü tezliklə bərpa olunacaq“ - “AnewZ“
-
Yarım milyon əmlakı əhatə edəcək TƏKLİFLƏR
-
Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
-
Ağdamlıların oxuması qəti qadağandır - Aqil Abbas yazır
-
Los-Ancelesdəki dəhşətli yanğının fəsadları - Fotolarda
-
Kəşfiyyat “WhatsApp“ mesajlarını izləyir - Zukerberqdən etiraf
-
“Azcake” MMC-nin un məmulatları istehsalı sexində ciddi nöqsanlar aşkarlandı - RƏSMİ
-
Şəxsi məlumatlarımız təhlükədədir? - Araşdırma
-
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - Səbəbini açıqladı
-
Naxçıvanda 8 dərəcə şaxta qeydə alınıb – Faktiki hava
-
Sumqayıtda maşında yanmış kişi meyiti tapılıb - FHN
-
“Topaz“dan “Metropoliten“ə: Aslanov uda-uda gedir...
-
Los-Ancelesdə meşə yanğınları - Ölənlərin sayı artdı
-
Ərdoğan Tatlısəslə mahnı oxudu - VİDEO
-
Aysel Teymurzadə gözəlliyi ilə ağılları başdan aldı - FOTO
-
“Neftçi“nin ilk transferi “Gündoğar ölkə“dən olacaq - Klubun düşərgəsindədir
-
Bolqarıstan və Serbiyaya qaz nəqli niyə dayandırılıb? - BP açıqladı
-
Daşınmaz əmlak qeydiyyatı: qanunun işləmədiyi sahələrdə pozuntular necə yaranır?
-
Azərbaycanda iki yeni milli park yaradılacaq - RƏSMİ
-
Ukrayna Kurskda Şimali Koreya hərbçilərini əsir götürüb - FOTO
-
Xaricdən kiloqramı 26 manata toxumluq arpa, 46 manata qağıdalı alırıq - QİYMƏTLƏR
-
“Terror təhlükəsinin tam aradan qaldırılması üçün əlverişli şərait var“ - Ərdoğan
-
“Azərsun Holdinq“ şəhid atasının torpağını əlindən alıb - Açıqlama
-
Həm bədəni qızdırır, həm də müqaviməti artırır
-
Tramp Zukerberqlə görüşdü - KİV
TOP 10
ARXİV