|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Azərbaycan ciddi problem qarşısında - Bakı susuz qala bilər
Tarix 20.10.24, 9:00 |
|
Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə ilə bağlı yeni hədəflər müəyyən olunub. Bu istiqamətdə müvafiq işlər Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”ya əsasən həyata keçiriləcək. Sənədə görə, Bakı şəhərinin və ətraf ərazilərin içməli su təminatında duzsuzlaşdırılmış dəniz suyundan istifadəyə 2027-ci ilin sonunadək başlanılması planlaşdırılır.
Strategiyaya əsasən, eyni zamanda yüksək minerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi, su təminatında aktiv istifadə olunan kəhrizlərin sayının artırılması, kollektor, drenaj və tullantı sularının emalı və təkrar istifadəyə cəlb edilməsi, yağış sularının idarə olunması və istifadəyə cəlb olunması nəzərdə tutulur.
Yeni hədəflərə görə, Azərbaycanda su tariflərinin diferensiallaşdırılması da planlaşdırılır. Bu məqsədlə 2024-2027-ci illərdə müxtəlif istehlakçılar arasında sudan ödənişli istifadə üzrə tarif tənzimləmələrinin başa çatdırılması, tariflərin diferensiallaşdırılmasına keçidlə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması nəzərdə tutulur. Bunun üçün "Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları”nın təkmilləşdirilməsi, sudan ödənişli istifadə üzrə tariflərə yenidən baxılması gözlənilir.
Su ehtiyatlarından səmərəli istifadəyə dair yeni hədəflər çərçivəsində Azərbaycanda süni yağış texnologiyası da sınaqdan keçiriləcək. İlkin olaraq bununla bağlı bir pilot layihənin icra olunması nəzərdə tutulur. 2024−2027-ci illərdə süni yağış texnologiyasının inkişafı ilə bağlı tədqiqatlar aparılmasını, müvafiq sahədə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasını, pilot layihələrin müəyyən edilməsini, süni yağış texnologiyası ilə bağlı bir pilot layihənin icrası təmin ediləcək.
Bəs, görəsən, yeni Strategiyadan gözləntilər nədən ibarətdir? Qarşıya qoyulan hədəflər su resurslarından daha səmərəli istifadə olunmasına imkan yaradacaqmı?
Mütəxəssislər hesab edirlər ki, Azərbaycan su resursları baxımından həssas ölkələr sırasındadır. Ölkənin su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının təxminən 15 faizini təşkil edir. Azərbaycanda adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir. BMT-nin İnkişaf Proqramının proqnozlarına görə, lazımi addımlar atılmazsa, 2050-ci ilədək su resursları daha da azalacaq. Bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetrə çatır. Son 30 ildə ölkənin su ehtiyatı 20 faizə qədər azalıb və 2050-ci ilə qədər daha 15-20 faizə qədər azalacağı ehtimal edilir.
Su məsələləri üzrə mütəxəssis Rövşən Abbasov bildirib ki, sözügedən sənədin təsdiq olunmasının çox ciddi səbəbləri var. Ekspert ölkənin su gələcəyi ilə bağlı bəzi bədbin proqnozların mövcud olduğunu deyib: "Proqnozlara əsasən, Azərbaycan gələcəkdə kəskin su stresi yaşayan ölkəyə çevrilə bilər. İqlim dəyişmələri, əhali sayının artması, ölkənin coğrafi vəziyyətinin uyğun olmaması su ehtiyatlarının azalmasına təsir göstərir. Sözügedən sənəddə sudan səmərəli istifadə edilməsinə dair yeni hədəflər və proqram müəyyən olunub. Su itkilərinin azaldılması, alternativ su mənbələrindən istifadənin artırılması, çaylardan və yeraltı su mənbələrindən götürülən suların mümkün qədər azaldılması, kənd təsərrüfatında sudan istifadəyə imkan verən müasir suvarma üsullarının tətbiqi, torpaq kanalların betonlaşdırılması və suya mümkün qədər qənaət olunması sənədin əsas qayəsini təşkil edir. Biz su idarəçiliyini yeni bir vəziyyətə gətirməliyik. Məhz belə olduğu təqdirdə, bizi gözləyən bədbin proqnozlardan yayına bilərik”.
Coğrafiya elmləri doktoru Səid Səfərov isə sözügedən sənəddə əsas diqqəti dəniz suyunun duzsuzlaşdırılması məsələsinə yönəldərək deyib ki, bu, strateji bir addımdır: "Bakı və Abşeron yarımadasına su kənardan gəlir. Yarımadada Azərbaycan əhalisinin çox hissəsinin yerləşdiyinə baxmayaraq, heç bir su ehtiyatı yoxdur. Hər hansısa bir konflikt baş verərsə, ciddi bir su problemi yaşaya bilərik. Bakı şəhəri susuz qala bilər. Ona görə də Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi stratejidir və çox vacibdir. Lakin bu o demək deyil ki, bütün suyumuzu yığışdırıb, yalnız dəniz suyundan istifadə edək. Ehtiyatlardan mütləq ehtiyaca uyğun şəkildə istifadə etməliyik”.
İqtisadçı-ekspert Emin Qəribli vurğulayıb ki, yeni strategiya müasir avadanlıqları, süni yağış kimi texnologiyaları Azərbaycanda sınaqdan keçirməyə imkan yaradacaq: "Gələcəkdə dünyanın bir neçə bölgəsinin kəskin su problemi ilə üzləşəcəyinə dair proqnozlar var. Həmin ölkələr sırasında Azərbaycanın da adı çəkilir. Düşünürəm ki, iqtisadi siyasətimizi məhz bunu nəzərə alaraq həyata keçirməliyik. İsrail kimi ölkələr uzun illərdir bu problemlə yaşayır, hətta kənd təsərrüfatı sahəsində də ixtisaslaşıblar. Burada əsas məsələ problemin həllinə yönəlik addımların düzgünlüyü və resursların ədalətli bölüşdürülməsidir”.
Ekspert su tariflərinin diferensiallaşdırılması məsələsinə də toxunaraq deyib ki, bu istiqamətdə təsnifatlaşdırma mütləqdir. Onun sözlərinə görə, bununla bağlı qərar qəbul edilərkən əhalinin həssas qrupları nəzərə alınacaq: "Strategiyada qeyd olunub ki, xərclərə əsaslanan tariflərə mərhələli keçidlə bağlı regionlar müəyyənləşdiriləcək. Bunun çərçivəsində tariflərin diferensiallaşdırılması və ilkin olaraq pilot layihə kimi tətbiq olunması planlaşdırılır. Əgər pilot layihə effektiv olarsa, onun tətbiqinin davamlı genişləndirilməsi mümkün olacaq”.
Həmsöhbətimizin fikrincə, Azərbaycan su ehtiyatlarından səmərəli istifadə üzrə ixtisaslaşarsa, bu, gələcəkdə ölkəmiz üçün əlavə gəlirlər gətirə bilər: "Su çatışmazlığı riski təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə mövcuddur. Bizdə bu problem hələlik kəskin şəkildə özünü göstərmir. Ola bilsin ki, 10-15 il sonra bunu daha dərindən hiss edək. Ona görə də bütün ssenarilərə hazır olmalıyıq. Hökumət çalışır ki, problem dərinləşmədən qarşısını almaq mümkün olsun. Əgər nəzərdə tutulan tədbirlər çərçivəsində Azərbaycan su ehtiyatlarından səmərəli istifadə üzrə ixtisaslaşarsa, gələcəkdə əldə etdiyi təcrübə və bilikləri ixrac etməklə əlavə gəlir də edə bilər”.
Mənbə: "Kaspi" qəzeti
Xəbərin oxunma sayı : 493
Sosial
Xəbərlər
-
Xatirə geyiminə görə tənqid olundu - Video
-
Messi və Ronaldusuz siyahı - İlin futbolçusu adına namizədlər bilindi
-
“Qərb bizə Rusiya ilə müharibəyə başlamağı təklif edib” - İvanişvili
-
Bu tibbi xidmətlər də sığorta hesabına qarşılanacaq - VİDEO
-
Ailə üzvlərinin dərsliklərə salınan “sitatları“... - Hamlet İsaxanlının özəl məktəbində nələr baş verir?
-
“Zeytun Pharmaceuticals” şirkəti cərimələndi - Qərar
-
Bəzi alkoqollu içkilərin satışı məhdudlaşdırıla bilər - VİDEO
-
Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO
-
Evliliyin kabusa çevrilməyini istəmirsinizsə, bunları ETMƏYİN!
-
Bakıda sərçələr buna görə yoxa çıxıb - Səbəb bəlli oldu
-
Dollara tələb kəskin artıb: “Bir çox bank süni əngəllər yaradır”
-
Ramiz Mehdiyev cinayət işindən danışdı - “Mənim heç nədən xəbərim yoxdur...“
-
General-mayor vəzifədən çıxarıldı - Yeni təyinat
-
“Albaniyanın keçmiş prezidenti saxlanılıb“ - KİV
-
Əlilliyi olan şəxslərə kredit verilmir? - AÇIQLAMA
-
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
-
“FETÖ-yə qarşı mübarizə terrorçubaşı ilə məhdudlaşmır“ - Türkiyəli nazir
-
Masazırdakı “Yeni Bakı” yaşayış kompleksində bir qəbz, bir müqavilə, 4 sənəd...- FOTO
-
“Caspian Energy Group” cərimələndi - Gömrük qaydalarını pozduğuna görə
-
Harris 3 ayda 1 milyard dollar topladı - Rekord vurdu
-
326 milyonluq qaçaqmalçılıq... - O pullar ölkədən necə çıxarılıb?
-
Banklar daşınmaz əmlak üçün nə qədər kredit ayırıblar? - Tam siyahı
-
Aqil Ələsgərdən FETÖ rəhbərinin ölümünə REAKSİYA: “Yeni Gülən ilə təşkilatlanmağa davam edəcəklər”
-
“Metalsan Group” cərimələndi - Valyuta tənzimi qaydalarının pozduğuna görə
-
Bu mədəniyyət işçilərinin maaşı qalxacaq - Hökumət qərar verdi
-
Prorektor rektorun müşaviri vəzifəsinə gətirildi - Yeni təyinat
-
Şuşa şəhərinin Baş planı təsdiqlənib - Əli Əsədovdan qərar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Yağış suları Binəqədi yollarını iflic vəziyyətə saldı - VİDEO
-
Fətullah Gülənin yerinə kim gələcək? - Ad açıqlandı
-
Buğda idxalı azalmaqda davam edir: un neçəyədir?
-
Prezident baş konsulu geri çağırdı - SƏRƏNCAM
-
AMEA-da külli miqdarda mənimsəmə və digər pozuntularla bağlı cinayət işi başlanıb - RƏSMİ
-
“Bir çox hallarda Rusiyanın standartlarına baxmağa məcbur oluruq” - AYNA rəsmisi
-
Turkiyenin en gormeli muzeyleri: Ziyaretcileri tarix ve medeniyyetle bir araya getirir
-
Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
-
Nazirliklə iş adamı arasında qalmaqal: Sahibkar 11 min cərimələndi
-
Bu işlərə mülki məhkəmələrdə baxılacaq - Mühüm qərar
-
COP29 konfransı əməkdaşlarının formaları - Foto
-
“Türkiyə Krımı Ukrayna ərazisi kimi tanıyır“ - Hakan Fidan
-
Bakıda içərisində sakinlər olan evi sökdülər - VİDEO
-
Azərbaycan qızlarının əcnəbilərlə nikahı: Səbəblər və iqtisadi problemlər...
-
Leysan yağacaq, şimşək çaxacaq – Sabahıın havası
-
Bayden İlham Əliyevə məktub göndərdi: “Sizi əmin etmək istəyirəm ki...“
-
Azərbaycanda bu siqaretin qiyməti artdı - SƏBƏB
-
Mərkəzi Bank faiz qərarını açıqlayacağı tarixi dəyişdi - SƏBƏB
-
Eldar Mahmudovun İspaniyada “topdağıtmaz“ sərvəti üzə çıxdı - Prokurorluq milyonluq mülkləri araşdırır
-
Xaricdən 3 manata gətirilən toyuq əti marketlərdə 2 dəfə baha satılır – Qiymətlər
-
İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisini qəbul etdi - FOTO
-
“AS Texnika” MMC cərimələndi - Valyuta tənzimi qaydalarının pozduğuna görə
-
Məcnun Məmmədov Hacıqabulda vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
“Cəbrayıl Şəhəri Günü” tədbiri üçün 446 min manat xərclənib - Tender keçirilməyib
-
“Aztelekom”un rəhbəri işdən çıxarıldı - Yeni təyinat
-
Rusiya istənilən ABŞ administrasiyası ilə işləməyə hazırdır - Lavrov
-
COP29 qabağı Bakıda fantastik qiymətə günlük mənzillər: Bu evlərə maraq varmı?
-
Fəthullah Gülən yerləşdirildiyi xəstəxanada öldü - KİV
-
Azərbaycanda xərçəng xəstəliyi niyə artır? - Video
-
Van Dammın Qəbələdəki heykəli götürüldü - AÇIQLAMA
-
Bakıda mikroavtobus elektrovozla toqquşub - Yaralılar var
-
ABŞ iqtisadiyyatı yeni superdövrə daxil oldu: Dünyanı ciddi nəticələr gözləyir
-
Paytaxtda bu yollarda tıxac var – Siyahı
-
Müştəridən xəbərsiz kredit limiti artırıla bilər? - VİDEO
-
DÇ-2026-nın favoritlərinin siyahısı yeniləndi - Fransa millisi 6-cı yerdədir
-
Azərbaycana idxal edilən minik avtomobillərın sayı azaldı - VİDEO
-
51 yaşlı kişi döyülərək öldürüldü - Keçmiş məhkum saxlanıldı
-
Dönər alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Yeni “iPhone 16” rekord sürətlə ucuzlaşır - SƏBƏB
-
Astarada meyvə bağı üstündə dava - Ata oğlunu güllələdi
-
Türkiyədə bəzi xəstəxanalar bağlandı - 50-ə yaxın şübhəli saxlanıldı
-
“İran İsraildəki bütün hədəfləri müəyyənləşdirib” - Abbas Əraqçi
-
BRİKS sammitinə qarşı PUA təhlükəsi: Kazan aeroportunda xüsusi plan işləndi
-
“Telegram“da yayılan yeni fırıldaq növü barədə XƏBƏRDARLIQ
-
İmtahanda texniki nasazlıq - Ləngimə oldu
-
Həbsdən çıxan kişi arvadının telefonunda yad nömrə tapdı: “Otellərdə...“ – Şok
-
MDB-nin hansı ölkəsində daha çox cinayət qeydə alınır? - Siyahı
-
“İşi düşəndə “balamka“, “Instagram“da “aparıcı““ - FOTO
-
Səfirimizin 3 milyonluq korrupsiya əməli - Bakıya təhlükə
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
“Ukraynanın Kurskda ümumi itkiləri 25 min nəfərdən çoxdur” - Rusiya MN
-
Sürürlər, atıb gedirlər - “40 manat cərimə deməkdir“
-
Müdafiə Nazirliyi məlumat yaydı: Oktyabrın 25-dək...
-
Sabahın havası meteohəssas insanlarda narahatlıq hissi yarada bilər - Xəbərdarlıq
-
BRİCS-in malik olduğu qızıl ehtiyatları açıqlandı - SİYAHI
-
“Ərazilər məsələsi Ukrayna üçün prioritet deyil” - Zalujnı
-
Say azalır, qiymət artır: Avtomobillər bahalaşır?
-
Harris üç qərarsız ştatda Trampı qabaqlayır - SORĞU
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq - Sabahın havası
-
ABŞ Ukraynanın NATO-ya üzv olmasına etiraz etmir - Le Monde
-
Şuşada 32 il sonra ilk körpə dünyaya gəldi – Fotolar
-
Ərdoğandan İrana çağırış - “İsrailin vəhşiliklərini dayandırmaq üçün...“
-
Rusiya Krivoy Roqa raket zərbəsi endirdi – 17 nəfər xəsarət alıb
-
Şəhər sakinlərinin diqqətinə:Bakının bu 4 yerindən ev almayın
-
Bir sıra rayonlara intensiv yağış, qar yağıb - Faktiki hava
-
Prezidentdən Zəngilanla bağlı paylaşım - VİDEO
-
Gəlini ilə intim münasibətdə olan qayınata oğlunu baltaladı - Cinayətin TƏFƏRRÜATI - VİDEO
-
İran məni və həyat yoldaşımı öldürməyə cəhd etməklə çox böyük səhvə yol verdi - Netanyahu
-
Azərbaycan ciddi problem qarşısında - Bakı susuz qala bilər
-
Bu gün Zəngilanın azad olunmasından dörd il ötür
-
Xalq artisti sənədə elə qısa geyindi ki... - VİDEO
-
Son 10 ilin reytinqi açıqlandı - “Qarabağ“ neçəncidir?
-
Əməkhaqqı və pensiyalar nə qədər artacaq? - Büdcədən bu qədər vəsait ayrıldı
-
Sabiq icra başçısının oğlu ilə bağlı 2 milyonluq qalmaqal: “Bir ildir bizi girov saxlayırlar”
-
Lənkəranda qətlə yetirilən gənc qız üstündə öldürülüb? - VİDEO
-
ABŞ Rusiyaya qarşı hərbi güc tətbiq edə bilər - ABŞ-ın sabiq müdafiə naziri
-
Pandemiya qaçılmazdır: Bəşəriyyəti təhdid edən infeksiyalar AÇIQLANDI
-
Kirayə mənzil bazarında qiymətlər necə dəyişəcək? - AÇIQLAMA
-
Azərbaycanda hansı bank nə qədər vergi ödəyib? - Siyahı
-
Partlayan binanın sakinlərinin aqibəti necə olacaq? - VİDEO
-
COP29 bitəndən sonra zolaqlar ləğv olunacaq? - RƏSMİ CAVAB
-
Azərbaycanda zəlzələ olacaq - Əhalinin nəzərinə - seysmoloq açıqladı
-
600-dən yuxarı bal toplayanların hərbi xidməti barədə yeni DETALLAR
-
Taksidən istifadə edən sərnişinlərin sayı azalıb - Qiymətlər bahalanıb
-
Böyük şəhər bələdiyyəsi parlamentdə: Komitə sədrindən üç şəhərlə bağlı təklif
-
“Mənə yaşayış yerindən arayış lazımdır...” - Yeni binalarda sənəd problemi: Arayışı kim verməlidir?
-
“İsrailin qarşısı alınmasa, bölgədə sülh olmayacaq“ - Türkiyə Prezidenti
-
Bəzi rayonlarda yağış yağır – Faktiki hava
-
Dünyada insanlar ən çox nə əti yeyir? - Siyahı
-
Kirayə yer götürdü, qumar oynatdı - 15 min manat cərimə
-
Bələdiyyələrin gəlir və xərclərinə belə nəzarət olunacaq - Qanun layihəsi
TOP 10
ARXİV