Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır

Tarix 20.12.24, 7:25

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində 1980-ci illərin sonunda və 1990-cı illərin əvvəlində Ermənistandan zorla qovulmuş təxminən 300 min azərbaycanlının taleyi ilə bağlı məsələyə toxunub. Dövlət başçısı bu icmanın reinteqrasiyası və tarixi torpaqlarına qayıtmaq hüququnun təmin olunmasının vacibliyini vurğulayıb. Bu çıxış həm humanitar, həm də beynəlxalq hüquqi baxımdan mühüm əhəmiyyət kəsb edir.
      
O zaman Ermənistan ərazisində yaşayan azərbaycanlılar sistemli şəkildə zorakılıq və təzyiqlərə uğramış, kütləvi şəkildə öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalmışdılar. Deportasiya prosesi zamanı on minlərlə azərbaycanlı həyatını itirmiş, yüz minlərlə insan isə didərgin düşmüşdür. Bu, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, Beynəlxalq Miqrasiya Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması idi.
      
Prezident İlham Əliyev müsahibəsində bu tarixi faciəni xatırladaraq qeyd edib ki, həmin insanların zorla köçürülməsi onların qayıtmaq hüququnu aradan qaldırmır. Beynəlxalq hüquqa əsasən, müharibə və etnik təmizləmə nəticəsində doğma yurdlarından köçürülmüş şəxslərin qayıtmaq və reinteqrasiya olunmaq hüququ fundamental insan hüquqlarından biridir.
      
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda Ermənistandan gələn azərbaycanlıların icması hələ də öz tarixi torpaqlarına qayıtmağı arzulayır. Bu məqsədlə, həmçinin qayıdış prosesinin necə təşkil olunacağı ilə bağlı Ermənistan rəhbərliyinə rəsmi müraciət edilib. Lakin hələ də Ermənistan tərəfindən konkret bir cavab alınmayıb. Bu, Ermənistanın beynəlxalq hüquq və humanitar prinsiplərə olan münasibətinin bir göstəricisidir.
Azərbaycan rəhbərliyinin bu məsələdə sərgilədiyi mövqe sülhə və insan hüquqlarına sadiqliyi nümayiş etdirir. Ermənistan rəhbərliyinin susqunluğu isə sülh prosesinə xələl gətirən amillərdən biri olaraq qalır. Prezident İlham Əliyev bu vəziyyəti vurğulayaraq, azərbaycanlıların reinteqrasiyasının regionda davamlı sülhün təmin olunması üçün əsas şərtlərdən biri olduğunu bildirib.
      
Ermənistandan deportasiya olunmuş azərbaycanlıların öz torpaqlarına qayıtması yalnız humanitar bir məsələ deyil, həm də tarixi ədalətin bərpasıdır. Bu insanlar nəinki öz evlərini, həm də mədəni irslərini, tarixi torpaqlarını itirmişlər. Onların qayıdışı, yalnız fərdi hüquqların təmin olunması deyil, eyni zamanda, Ermənistan və Azərbaycan arasındakı etimadın yenidən qurulması baxımından da əhəmiyyətlidir. Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərdə ermənilərin reinteqrasiyası üçün zəruri addımlar atdığı kimi, Ermənistandan deportasiya olunmuş azərbaycanlıların da oxşar şəraitdə öz evlərinə qayıtması təmin olunmalıdır.
      
Deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququnun həyata keçirilməsi üçün beynəlxalq birliyin dəstəyi də vacibdir. Beynəlxalq təşkilatlar, xüsusilə BMT, Avropa Şurası və ATƏT bu məsələnin ədalətli həllinə töhfə verməlidirlər. Sülh prosesinin vacib bir hissəsi olan bu humanitar məsələnin həllini sürətləndirmək üçün Ermənistan rəhbərliyinə təzyiq göstərmək və beynəlxalq mexanizmlərdən istifadə etmək zəruridir.
      
Prezident İlham Əliyevin Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarına dair mövqeyi Azərbaycanın sülhə və humanitar dəyərlərə sadiqliyini bir daha nümayiş etdirir. Ermənistan rəhbərliyi isə bu məsələdə konstruktiv addımlar atmalı və beynəlxalq hüquqa uyğun olaraq deportasiya olunmuş azərbaycanlıların tarixi torpaqlarına qayıtması üçün şərait yaratmalıdır. Bu, regionda davamlı sülh və ədalətin bərpası üçün vacib bir addım olacaqdır.
      
Dünya ictimaiyyəti Azərbaycanın humanitar və sülhməramlı mövqeyini diqqətdə saxlamalı və bu məsələ beynəlxalq gündəmdə prioritet mövzulardan biri olaraq qalmalıdır. Ermənistan rəhbərliyi isə sülh prosesində üzərinə düşən öhdəlikləri yerinə yetirməli, tarixi ədalətin bərpasına töhfə verməlidir.

Sahil İmanov



Xəbərin oxunma sayı : 550




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap