Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Avtomobilə sonradan quraşdırılan səs izolyasiyası: Gizli təhlükələr və çətinliklər

Tarix 30.12.24, 10:36

Font ölçüsü : - / +
bitmap-img6


Bir çox avtomobil sahibləri öz maşınlarını daha rahat və səssiz etmək üçün sonradan quraşdırılan xarici səs izolyasiyası xidmətlərindən istifadə edirlər. Lakin bu cür təkmilləşdirmənin əhəmiyyətli çatışmazlıqları var.

Bu barədə avtomobil mütəxəssisi Vadim Strelbitski xəbərdarlıq edib.

Onun sözlərinə görə, əsas mənfi cəhətlərdən biri avtomobilin çəkisinin əhəmiyyətli dərəcədə artmasıdır.

"Bu öz növbəsində asqıya əlavə yüklənmənin və yanacaq sərfiyyatının artmasına səbəb olur. Bu, xüsusilə kuzovun asma hissələrinə mənfi təsir göstərir. Məsələn, həddindən artıq çəki səbəbindən qapılar rəzələrdə tez sallanır", - deyə təcrübəli mexanik xəbərdarlıq edib.


Strelbitski vurğulayıb ki, sonradan qoyulan səs izolyasiya materialları kuzovun içərisindəki boşluqları izolyasiya edir, bu isə nəmlik toplanmasına və nəticədə kuzovun korroziyasına şərait yaradır.

Mütəxəssis, həmçinin xüsusi bacarıqlar tələb edən səs izolyasiyasının quraşdırılmasının mürəkkəbliyinə diqqət çəkib.

"Bəzi qovşaq və aqreqatlara xidmət üçün giriş çətinləşir, kuzov örtüyünün sökülməsindən sonra isə çətin aradan qaldırılan cırıltılar əmələ gəlir", - deyə o əlavə edib.

Ekspert onu da vurğulayıb ki, keyfiyyətli səs izolyasiya olduqca bahalıdır. Bu səbəbdən o, avtomobil sahiblərinə sonradan quraşdırılan xarici səs izolyasiyasına qərar verməzdən əvvəl bütün müsbət və mənfi cəhətləri diqqətlə ölçüb-biçməyi tövsiyə edib.  (Oxu.Az)






Xəbərin oxunma sayı : 580




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap