![]() |
|














Prezidentdən dünyaya mesaj: Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir
Tarix 01.01.25, 14:00 |
|

2024-cü il Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmləndirilməsi ilə yadda qaldı. Həm daxili, həm xarici siyasətdə ciddi beynəlxalq uğurlara imza atıldı. Ötən ilin ən mühüm uğuru şübhəsiz ki, 33 ildə ilk dəfə olaraq bütöv Azərbaycan ərazisində Prezident və parlament seçkilərinin keçirilməsi oldu. Seçkilər dövlətin siyasi inkişafında əlamətdar mərhələ oldu, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra tam suverenliyin və ərazi bütövlüyünün bərpasını simvolizə etdi. Seçicilərə Şuşa və Xankəndidə, eləcə də işğaldan azad edilmiş digər şəhərlərdə səsvermə imkanının yaradılması bu ərazilərin ölkənin siyasi, sosial və iqtisadi sisteminə inteqrasiyasında mühüm addım oldu. Bu, həmçinin dövlətin hətta münaqişədən sonrakı yenidənqurma şəraitində demokratik prosesləri təşkil etmək və aparmaq bacarığını nümayiş etdirdi.
Prezident İlham Əliyev də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində bu seçkilərdən tutmuş digər əhəmiyyətli məsələlərə toxunub.
Dövlət başçısı vurğuladı ki, Azərbaycan xalqı növbəti dəfə ona böyük etimad göstərib və bu onu daha da ruhlandırır, gücləndirir: "Daha da çox məni əmin edir ki, biz düzgün yolla irəliyə gedirik və bundan sonra da mən bu yüksək etimadı doğruldacağam. Hesab edirəm ki, Azərbaycan xalqında bu məsələ ilə bağlı hər hansı bir şübhə yoxdur. Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir”.
Dövlət başçısı qeyd edib ki, bu illər ərzində çətinliklər də olub, sınaq məqamları da olub, müharibələr olub, Azərbaycana qarşı əsassız ittihamlar olub. Amma heç biri bizi yolumuzdan döndərə bilmədi:
"Biz ərazi bütövlüyümüzü də bərpa etdik, dünya güclərinin istəklərinə rəğmən, dövlət suverenliyimizi də bərpa etdik, yenə də böyük dövlətlərin iradəsinə zidd olaraq. Ölkəmizi də inamla idarə edirik. Bizim ayağımıza dolaşmaq istəyənlər isə növbəti dəfə iflasa uğrayacaq”.
Prezident onu da vurğulayıb ki, 2024-cü ilin ən ciddi uğuru həm də Ermənistanla münasibətlərin normallaşması prosesinin yeni səviyyəyə çıxması oldu: iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası prosesi başladı. Bu da 2025-ci ildə iki ölkə arasında yekun sülh sazişinin imzalanmasına olan ümidləri artırıb.
Müraciətdə xüsusi qeyd edilib ki, ötən il uğurla başa vuruldu, ilin əvvəlində qarşıya qoyulan bütün məsələlər öz həllini tapdı:
"Ölkəmiz inamla inkişaf edib, onun beynəlxalq nüfuzu böyük dərəcədə artıb. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ən əsası sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayıb: "Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaq”.
Bəli, ölkəmiz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda stabil dövlət statusu qazanıb. Qonşu Gürcüstanda, Ermənistanda baş verən hadisələr bunu təsdiqləyir. Müstəqil xarici siyasət yeritməyə cəhd göstərən Tbilisi hökumətinə qarşı Qərbin əksər dövlətləri hücuma keçib, hətta onu sanksiyalarla hədələyib. Ermənistandan isə danışmağa dəyməz. 44 günlük İkinci Qarabağ müharibəsindən dörd il keçsə də, ölkə özünə gələ bilmir. Forpost ölkə hələ də, müstəqil dövlətə çevrilə bilməyib. Onu xaos və qarşıdurmaya sürükləyən ölkələrin əlində alətə çevrilməkdədir. Azərbaycan isə çoxvektorlu xarici siyasət yürütməklə həm beynəlxalq aləmdə nüfuzunu artırmağa, həm də daxili sabitlik qazanıb.
Prezident də xalqa müraciətində yuxarıda qeyd edilən məsələlərə toxunub. Xüsusilə onun İrəvan hökumətinə ünvanlanan açıq mesajı diqqət çəkir. Dövlət başçısı ümidvardır ki, Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq:
"Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib”.
2024-cü ildə də Ermənistanı fəlakətə sürükləyən Fransa başda olmaqla bəzi dövlətlər onu silahlandırmaq kampaniyasını gücləndirməyə çalışdılar. Prezident də çıxışında bu riyakar və ikili siyasətə toxunub:
"Ona görə Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır”.
Dövlət başçısının qeyd olunan xəbərdarlığı həm Ermənistana, həm də onun havadarlarına ünvanlanan ən ciddi bir mesajdır. Azərbaycan bir daha bəyan edir ki, regionda sülh və əmin-amanlıq prioritetdir və ümid edir ki, bu mesaja da 2025-ci ildə diqqət yetiriləcək. Əsas da Ermənistan bunu anlamalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər.
"Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil”.
Revanşizm, növbəti müharibə həvəsində olanlara Prezidentin mesajı isə hesab edirik ki, aşağıdakı fikirlər ən layiqli cavabdır:
"Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir”.
Bəli, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb və dünya da artıq yeni reallıqları qəbul edib. 2025-ci ildə də bu reallıqların daha dərindən təsdiqlənəcəyi şübhəsizdir. Heç bir qüvvə, güc mərkəzi də Azərbaycan dövlətinin iradəsinə təsir göstərə və yolundan döndərə bilməz.
Xəbərin oxunma sayı : 841
Analiz
Xəbərlər
-
Türkiyə və İsrail arasında görüş keçirilib - Azərbaycanda
-
Rayonlarda yağış, dolu, qar… - Sabahın havası
-
“Sea Breeze”də dava: fəhlə ustanı bıçaqlayıb
-
1500 manatlıq diş faciəsi… “Həkim Elyar Quluzadə başıma oyun açıb”
-
Xanlar Vəliyeva “yol açıldı“ - Konstitusiya Məhkəməsinin hakimi təqaüdə göndərildi
-
Bu ixtisaslar üzrə ballar artacaq - Tələbə olmaq istəyənlərin nəzərinə
-
Göygöldə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
-
İki rayonda olimpiya idman kompleksi tikiləcək - 15,6 milyon xərclənəcək
-
Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR
-
Federasiya rəsmisi güləşçiyə “satqın” dedi - Xetaq Qazyumov etiraz etdi
-
“Lazım olsa, İrana qarşı hərbi güc tətbiq etməyə hazırıq“ - Tramp
-
Bu ərazidə su kəsiləcək - Sabah saat 10:00-dan...
-
Xəsarət alanlar və zəhərlənənlər var - Sabirabadda yanğın
-
Azərbaycanın hərbi prokurorları - SİYAHI
-
Utilizasiyaya verilən avtomobillər üçün güzəşt məbləği artırılır? - VİDEO
-
“Tramp Putinə çox qəzəblidir” - Zelenski
-
Bakıda 200-ə yaxın bina söküləcək - Ərazilər açıqlandı
-
Ağdamın Sarıcalı kəndinə növbəti köç - Fotolar
-
Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu - RƏSMİ
-
“Bu cəmiyyət üçün uşaq istəmirəm” - Səidə
-
“Sabah”dan Elvin Camalovla bağlı - Qalmaqallı açıqlama
-
Ərdoğan və Tramp qısa zamanda görüşəcəklər - Fidan
-
Bu il bəzi ixtisaslar üzrə qəbul balları yüksək ola bilər - VİDEO
-
Daha 2 nəfər həbs olundu - “QHT işi” üzrə
-
Azərbaycanda dövlət çevrilişi etmək istəyənlər kimlər idi? - Prezident açıqladı+Video
-
Xanlar Vəliyevin yerinə o gələ bilər - ADLAR
-
Generalın bacısı oğlu çimərlik fotoları ilə şantaj edilib - Rəis işləyir
-
Tramp Çinə ticarət rüsumlarını qaldırdı - 125 faiz
-
“Dedilər ki, üzr istəməyəcəklər, elə deyil, Hikmət?” - Prezident + VİDEO
-
Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: 6 yaralı var
-
Heydərovların “London macərası“ başa çatdı - FAKTLAR
-
Mövqelərimiz atəşə tutuldu, cavab tədbirləri görüldü - RƏSMİ
-
Bu yerlərdə YDM-lərə icazə verilməyəcək - QƏRAR
-
2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət - “House Project“ MMC kimindir?
-
Məktəbli qız porno biznesə cəlb olunub - Anası və tanınmış şəxslər həbs edildi
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Dumana görə
-
Avropa İnvestisiya Bankı Ukraynaya 300 milyon avro ayırır - Nəyə sərf olunacaq?
-
Keçmiş deputat vətəndaşın 200 minə yaxın pulunu qaytarmır - ŞİKAYƏT
-
Neyrocərrah Zaur Ramixanov xəstənin həyatını məhv edib - ŞİKAYƏT
-
Bu şəxslər hərbi xidmətə çağırılmayacaq - RƏSMİ
-
Xələf Xələfov Lavrovla görüşdü - Müzakirə
-
Almaniyada yeni hökumət elan ediləcək - Koalisiya sazişinin açıqlanacağı gözlənilir
-
Yeni rektor Anar Eminov kimdir? - DOSYE
-
Sürücülər ən çox “Paşa Sığorta”dan şikayət ediblər - Rəsmi
-
Memar Əcəmi metrosunun yanındakı qanunsuz tikintiyə niyə “göz yumulur“? - VİDEO/FOTO
-
Əfv Komissiyasının iclası keçirildi - 100-dən artıq müraciətə baxılıb
-
Azərbaycan və İran rəsmiləri Bakı Ticarət Limanında - Fotolar
-
Himalay Məmişova iki 35 yaşlı müşavir təyin olundu - FOTO
-
“TikTok”da tanımadığı qadının adına əxlaqsız səhifə açdı - Həbs olundu
-
“Xamenei İrana ABŞ investisiyalarının yatırılmasına qarşı deyil“ - Pezeşkiyan
-
“Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarları tanımayacaq” - Prezident
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - Hesabat
-
Prezident onu rektor təyin etdi - Sərəncam
-
“ABŞ-ın təhdidləri fonunda İran qabaqlayıcı tədbirlər görür“ - Putinin sözçüsü
-
“Jasmine Park”“kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” - ŞİKAYƏT
-
“Paris və London Odessaya hərbi müdaxiləyə hazırlaşır“ - Rusiya XİN
-
“Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm ki, biz hər zaman onlarla olacağıq“ - Prezident
-
Ev tikəcəyinə söz verdi, 42 nəfəri aldatdı: 400 min manat mənimsədi
-
Bitki tərkibli yağ nehrə yağı adı ilə satılırmış - FOTOLAR
-
Leyla və Arzu Əliyevalar Qəbələdə - FOTOLAR
-
Məcnun Məmmədov Moldova nümayəndə heyəti ilə görüşdü - FOTO
-
“Biz Suriya hökumətini dəstəkləyirik“ - Azərbaycan Prezidenti
-
“Yeni dünya düzəninin Türkiyəsiz qurulması mümkün deyil“ - Ərdoğan
-
Azərbaycan boşanmaların sayına görə Avropada ilk sıralardadır – Ölkələrin siyahısı
-
“Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti izləyir“ - Rəsmi Moskva
-
Xanlar Vəliyev kimi əvə edəcək? - Konstitusiya Məhkəməsində yaş senzini pozan hakimləri
-
“ABŞ-nin Ukraynaya yardımı azalıb“ - Baş komandan Sırski
-
Məktəbəqədər təhsil müəssisələrində dəyişiklik - Kimlər gedir, kimlər gəlir
-
Şərurlu İsfəndiyardan daha bir şikayət: “18 ildir mənə 73 min dollar borcludur“
-
Neftin ucuzlaşması sosial ödənişlərə necə təsir göstərəcək? – Deputat real vəziyyəti açıqladı
-
“Trampın prezident seçilməsi Ermənistanı ciddi şəkildə məyus etdi“ - İlham Əliyev
-
36 nəfər hərbi xidmətə yararsız imiş... - Vəzifəli şəxslər saxlanıldılar
-
Maduro ABŞ-a meydan oxudu - Venesuelada 60 günlük fövqəladə vəziyyət
-
“Qızımın 15 yaşı var, qaçırıldığı an kameraya düşüb” - VİDEO
-
Azərbaycanda bu əraziyə giriş qadağan edildi - SƏBƏB?
-
“Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib“ - Prezident
-
“Biz onu geri alacağıq“ - Heqset Çinə meydan oxudu
-
Vətəndaşların 87 minini taladılar - DİN-dən təcili çağırış
-
“Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdləri birmənalı şəkildə uğursuz olacaq“ - Prezident
-
“Mona Liza”da saxta içki verilirmiş - Şadlıq sarayının sahibi kimdir?
-
Şagirdlər və valideynlər üçün sevindirici xəbər - VİDEO
-
Lənkəran “Sitrus bazarı“ kimindir, İcra başçısının, yoxsa köməkçinin atasının? - FOTOLAR
-
“Almaniya yaşıl enerji ilə eksperiment edərək, demək olar, müflis olub“ - Tramp
-
Prezident VII ADA Siyasi Forumunda çıxış edir - VİDEO
-
Eyni məhsul aptek və marketlərdə niyə fərqli qiymətə satılır? - VİDEO
-
Tramp öz cibinə də ziyan vurdu - 500 milyon itirdi
-
Mövqelərimiz Basarkeçər istiqamətindən atəşə tutuldu - RƏSMİ
-
Buraxılış imtahanlarının cavabı nə vaxt açıqlanacaq? - VİDEO
-
“Şəbnəm mənə icazə verəcək şəxs deyil“ - VİDEO
-
Restoranlarda müştərilərə köhnə yeməklər verilir? - Açıqlama
-
Avtomobillərin səkilərdə saxlanma problemi nə vaxt həll ediləcək? - VİDEO
-
İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında görüş keçiriləcək - Vaşinqton təsdiqləyib
-
Ərini baltalayan üç uşaq anası azadlığa buraxıldı - Keçən il həbs olunmuşdu
-
ABŞ Çin mallarına tətbiq olunan idxal rüsumlarını artırdı - 104%
-
Vardanyanın məhkəməsində zərərçəkmişlər dindirildi - Fotolar
-
“Loğman“ın külli miqdarda borcu var - Baş həkimə “stop“ qoyuldu
-
“Bu halda İrana daha sərt sanksiyalar tətbiq ediləcək” - Kris Rayt
-
Xanlar Vəliyev təqaüdə göndərildi - Rəsmi məlumat + FOTOLAR
-
“Türk ordusu istəsə, 72 saata Təl-Əvivə girər” - Analitikdən iddialı çıxış + VİDEO
-
Qarayev ötən il Rusiyadakı biznesindən neçə milyon qazanıb? - Rəqəmlər açıqlandı + FOTO
-
Putinin nəyi gözlədiyi açıqlandı - “Payıza qədər atəşkəsə ümid etmək mənasızdır”
-
Bu şəxslərin pensiya yaşı 20 ilədək azaldılır - DSMF açıqladı
-
Gömrük Komitəsində rüşvət əməliyyatı - Vəzifəli şəxslər həbs edildi
-
Nəsrin sevgilisindən ayrılıb? - FOTOLAR
-
“Tramp öz cibinə ziyan vurub“ - “Forbes”
-
Aygün Kazımova, Röya Ayxan 15 min manat, Murad Arif isə... - Məktəb direktoru oğluna belə toy etdi
-
Sumqayıtda şadlıq evinin fəaliyyəti dayandırılıb - VİDEO
-
Bakının mərkəzində 12 hektarlıq park salınır - 2,5 milyonluq tender
-
Ukraynalı hərbçilər Rusiya tərəfində döyüşən iki çinlini əsir götürdü - VİDEO
-
DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib - Məhkəmə başladı
-
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - Foto-Video
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Bunu bizdən almağa qərarlı olmalıdırlar“ - Trampdan 350 milyardlıq şantaj
-
Temperatur enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
General və sabiq rəislər hakim qarşısında - 2 milyon hara xərclənib?
-
Nazir Kəlbəcər və Ağdərədə təsərrüfatlara baş çəkdi - Fotolar
-
2 bal və 60 manat cərimə - DYP xəbərdarlıq etdi
-
Gözləri görmür, amma qətl törədib - Bakıda qeyri-adi cinayət
-
Ərli qadınları toruna salan MAXE onları dostuna satıb - CİNAYƏT İŞİ
TOP 10
ARXİV