![]() |
|














Nə gözlənilirdi, nə oldu... - Berbok Bakıya niyə gəlmişdi?
Tarix 23.11.24, 20:29 |
|

Azərbaycanın paytaxtı Bakıda noyabrın 11-dən start götürən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatır.
AzFakt.com “Report”a istinadən xəbər verir ki, son danışıqlar çox çətin gedir və ümumiyyətlə, tədbirin nəticəsiz qalması ehtimalı da var. 11 gün davam edən müzakirələrin hədəfi iqlim problemlərinin həllinə maliyyə ayrılması olsa da, son nəticə heç də ürəkaçan deyil. İnkişaf etməkdə olan Afrika, Asiya və Cənubi Amerika dövlətlərinin iqlim dəyişiklikləri ilə mübarizəyə illik hədəfi 1 trln. ABŞ dolları olduğu halda, kollektiv Qərb onların ümidlərini doğrultmadı.
Son məlumatlara görə, iqlim maliyyələşməsi üçün 300 milyard ABŞ dolları səfərbər edilməsi təklif edilir ki, bu da inkişaf etməkdə olan Afrika və Asiya dövlətlərini qane etmir.
Bu, bütövlükdə BMT-də aparıcı səsə malik olan ABŞ və Avropa İttifaqının mövqeyi ilə bağlıdır. İlk gündən bu dövlətlər BMT-nin iqlim konfransına qeyri-ciddi yanaşdılar. Nə ABŞ Prezidenti Cozef Bayden, nə də Avropa Komissiyasının (AK) Prezidenti xanım Ursula Fon der Lyayen COP29-da iştirak etmək istədilər, iqlim problemlərinin həllinə töhfə verməkdən boyun qaçırdılar.
COP29-un başlamasına iki gün qalmış Bakıya səfərini ləğv edən xanım fon der Lyayen, yəqin ki, Baydendən müvafiq məlumat və təlimatlar alıb. Bu təlimatlar isə məhz COP29-un nəticəsiz başa çatmasına yönəlik olub.
AK prezidenti bilirdi ki, Bakıya gələrsə, iqlim maliyyələşməsində səslənən ittihamların ünvanı o olacaq.
İqlim problemlərinin həllinə biganə yanaşan ABŞ, Avropa İttifaqı və onun əsas rupor dövləti Fransa növbəti dəfə göstərdilər ki, onlar üçün əsas olan siyasi maraqlardır, digər problemlər əhəmiyyət kəsb etmir.
Məsələn, elə Fransa ilk gündən COP29-u, onun mahiyyətini bir kənara qoyub, tədbirin keçirildiyi Azərbaycanı hədəfə aldı. Bu da qərəz və ikili standartların bariz nümunəsi idi. Tədbirin beynəlxalq, dünya üçün qlobal əhəmiyyətini vurğulamaq yox, onu aşağılamaq xətti əsas götürüldü. Süni maneələr yaradılmasına çalışıldı.
Aİ rəhbərliyi prezident seçkilərində uğursuzluqla üzləşən Cozef Bayden administrasiyası ilə paralel şəkildə COP iclasına biganəlik nümayiş etdirdi. Bayden administrasiyasının hədəfi məlumdur – yeni seçilmiş Prezident Donald Trampa daha çox problemlər saxlamaq.
Bu sırada Aİ-nin aparıcı dövlətlərindən olan Almaniyanın mövqeyi isə sadəcə qərəz və riyakarlığın pik həddidir. Bu ölkənin xarici işlər naziri Annalena Berbokun COP29 konfransı adı altında Bakıdakı destruktiv fəaliyyətini qeyd etməmək olmur. Ermənistandan sonra Azərbaycana gələrək COP29-un iclaslarına qatılan Berbokun səsləndirdiyi bəyanatlar göstərdi ki, onu iqlim problemi yox, siyasi məsələlər maraqlandırır.

Hər kəs gözləyirdi ki, Almaniya iqlimlə bağlı layihələrlə çıxış edəcək. Əvəzində nə gördük? Almaniyalı nazir Bakıda mətbuat konfransı keçirib səfərinin təyinatına qətiyyən uyğun gəlməyən siyasi görüşlər keçirdi. COP29-un müzakirələrində isə bu xanım ancaq ciddi gərginlik yaratdı ki, bunun da məqsədyönlü olması heç bir şübhə doğurmur.
Bütün bunlar Avropa İttifaqının, Qərbin riyakarlığını, ikiüzlülüyünü, yaratdıqları bəşəri problemlərin, iqlim fəlakətinin məsuliyyətindən yayınmaq və bu məsuliyyəti digərlərinin üzərinə yıxmaq istəyini aydın göstərdi.
Halbuki məhz onlar planetin əsas çirkləndiriciləri kimi iqlim fondlarının maliyyələşdirilməsində aparıcı rolu öz üzərlərinə götürməlidirlər.
İqlim konfransında da xüsusi qeyd edildi ki, inkişaf etmiş ölkələr tarixən ətraf mühitin əsas çirkləndiriciləridir və məhz onlar iqlim problemlərinin həllinə əhəmiyyətli töhfə verməlidirlər.
Bununla belə, COP29 tək COP-ların tarixinə deyil, bütövlükdə BMT-nin tarixinə yüksək təşkilatçılıq baxımından ən yüksək səviyyəli tədbir kimi düşəcək. 75 mindən artıq nümayəndə, onların yüksək səviyyədə qəbulu və yerləşdirilməsi, keçirilən müzakirələrin keyfiyyəti hər kəs tərəfindən yüksək qiymətləndirilib. Əgər tədbirin yekununda hansısa müsbət bir qərar qəbul olunmursa, bunun məsuliyyəti təşkilatçıların üzərinə deyil, bütövlükdə Qərb dövlətlərinin, onların liderlərinin üzərinə düşür.
Xəbərin oxunma sayı : 1108
Analiz
Xəbərlər
-
Makrondan Le Pen qərarına ilk reaksiya: “Ədalət hamı üçün eynidir“
-
Sulu qar, yağış, dolu - Sabahın HAVASI
-
DTX-də peşə bayramı qeyd olundu - Fotolar
-
Adnan Əhmədzadədən Messiyə bahalı hədiyyə - VİDEO
-
Vergi borcu olan şirkət Milli Məclisin 1 milyonluq tenderini udub - Maraqlı detallar
-
Bakıda jurnalistin evini yerlə-yeksan elədilər - Cinayət cidd-cəhdlə ört-basdır olunur (FOTOLAR)
-
Ermənistan sərhəddə yenə təxribata cəhd edir - Müdafiə Nazirliyi məlumat yaydı
-
Tramp komandasında yeni “Gmail” qalmaqalı - Məxfi materiallar paylaşılıb
-
“Azercell” mobil məcburi aylıq xidmət haqqı tutur - MƏBLƏĞ
-
187 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiqlənib - SİYAHI
-
“Millidə qruplaşmalar var” - Maksim Medvedev
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Körpü Bina Tikinti”nin layihəsində faciə - İşçi yük maşınının altında qalıb
-
Ən varlı on qadından doqquzu sərvətlərini miras alıb - Təfərrüat
-
Sumqayıtda yerləşən Yaşıl Ada restoranında qanunsuz tikinti davam etdirilir - Aidiyyatı qurumlar isə susur...
-
İlham Əliyev Lü Tzyançaonu qəbul etdi - FOTO
-
Arvadının gözü qarşısında qadınlarla intim münasibətdə oldu, videoya çəkdi - TƏFƏRRÜAT
-
Tarix və Etnologiya İnstitutu 2 il ərzində texniki avadanlıqlara nə qədər vəsait xərcləyib? - ARAŞDIRMA
-
“Pilot-16” MMC vətəndaşın evini icazəsiz dağıdıbmış - “Prorab” cəzalandırıldı
-
Kamran Əliyev 6 rayondan vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Almaniya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO
-
Mehriban Əliyevanın Almaniyanın birinci xanımı ilə görüşü oldu - FOTO
-
Ələsgər Məmmədli, Akif Qurbanov, Ruslan İzzətli hakim qarşısına çıxarıldı - “Toplum TV“ işi
-
“Ermənistan bu iki şərtimizi qəbul etməlidir” - “Sülh müqaviləsinin mətni tam razılaşdırılıb”
-
“Xaricdə təhsil şirkətlərinin fəaliyyətinə nəzarət səlahiyyətlərimiz xaricindədir“ - Rəsmi xəbərdarlıq
-
Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq - Almaniya Prezidenti
-
Bərpaolunan enerji sahəsində Azərbaycanın çox böyük planları var - Prezident
-
Məktəblərdə tədris ili mayda bitəcək? - RƏSMİ
-
Ağdamda mina partladı - Xəsarət alan var
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
-
2600 manat birdəfəlik müavinət kimlərə ödəniləcək? - Deputat açıqladı
-
“Qurd Qapısı” restoranında antisanitariya - FOTOLAR
-
Bakıdakı uşaq sığınacağında virus yayılıb - Vəziyyətləri orta ağırdır
-
Azərbaycanın qeyri-neft məhsullarının əsas alıcıları açıqlanıb - SİYAHI
-
Turizm Agentliyində yoxlama - Detallar açıqlandı
-
İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü başlayıb - FOTO
-
Almaniya Prezidenti ilə xanımı Şəhidlər xiyabanında - Fotolar
-
Sumqayıtda yataqxana binasında yanğın - VİDEO
-
İsrail ordusu Qəzzanı vurdu: 23 fələstinli həlak olub
-
“Mən heç vaxt izləndiyimi hiss etməmişəm“ - Taleh Qaraşov
-
Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
Azərbaycan Ordusunun Aprel qələbəsindən 9 il ötür
-
Pərvin Abıyeva “Tiktok”a bu səbəbdən girmir: “Çox iyrənc şeylər gördüm”
-
Mülkiyyətçi söküntüyə razı deyilsə, tikinti şirkəti nə etməlidir? - VİDEO
-
Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarların sayı artırılıb - VİDEO
-
“Azərbaycan BMT-də xüsusi qətnamə irəli sürüb” - XİN
-
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadəsi: Meyitləri çıxaranda yaralandım
-
“Nizami City” şirkəti sakinlərin rahatlığını pozur - ŞİKAYƏT/VİDEO
-
Yeni toy mövsümü başladı: 450 manata da menyu var
-
Almaniya Prezidenti Azərbaycana rəsmi səfərə gəldi - FOTO
-
“Bu olsa, “Nürnberq“lə müqaviləmin müddəti uzadılacaq“ - Emreli
-
Pakistan liderinin səhhəti pisləşdi - Xəstəxanaya yerləşdirildi
-
Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Apreldə güclü maqnit qasırğaları olacaq - PROQNOZ
-
Sabiq deputatın tikintisi dayandırıldı - FOTO
-
Heydər Əliyev Fondu şəhid ailələri ilə birgə - Fotolar
-
848 min ziyan ödədi, həbsdə qaldı - Müdafiə Nazirliyindən oğurluq işi
-
“Azərbaycan azad olunmuş ərazilərin yenidən qurulması ilə bağlı bütün məsələləri öz gücünə həll edir” - Adəm İsmayıl Bakuvi
-
“Trampın bu məsələdə siqnalını eşitməmişik” - Rusiya XİN
-
Çernobıl əlilini 34 saylı Notariatda aldadıb 32 min manatını ələ keçiriblər - VİDEO
-
“Ermənistan sülh gündəliyinə sadiqdir“ - Paşinyan
-
“100 manat cərimə, 2 bal” – Taksi sürücüləri işə çıxmaqdan imtina edirlər + VİDEO
-
Özünü nazirliyin vəzifəli şəxsi kimi təqdim etdi - 100 minlik dələduzluq
-
“Top Qapı”nın sahibi barədə inzibati icraat başladılıb - Fotolar
-
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Rahib Məmmədov niyə həbs edilib? - Vəzifəli şəxslərlə münasibətlər...
-
2025-ci ildə uşaqlara daha çox hansı adlar verilib? - AÇIQLAMA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Göstərişi Fazil Məmmədov verib, xahişi Nəcməddin Sadıkov edib - 42 milyonluq mənimsəmə işi
-
Müəllimlərə “hinduşkabaş” deyən direktor işdən çıxarıldı - RƏSMİ
-
Sabahdan bəzi rayonlara sulu qar yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Hacı Vəliyev 22 sutkalıq həbs olundu - Məhkəmədən qərar
-
“Kanal S”in yayımı 1 sutka dayandırıldı - Nigar Fərhada görə
-
Azyaşlıdan uşağı olan kişi ilə bağlı hökm dəyişir - Həbs tələb edildi
-
Bu yerlərdə balıq tutmaq olmaz - YENİ QADAĞA
-
Xatirə geyiminə görə tənqid edildi - FOTOLAR
-
“Kəpəz“ MTK binanın damını söküb mərtəbə artırır“ - Yasamaldan şikayət
-
“Oğluma atasız qız almaram” deyən aparıcı haqda gerçək ortaya çıxdı - Öz qızı...
-
Bu ödənişi nağd edənlər cərimələnəcək - MƏBLƏĞ
-
İnterneti bağladığı üçün keçmiş arvadını döydü - Məhkəməlik oldu
-
Dövlət Su Ehtiyatları Agentliyinə 5 milyon ayrıldı - Sərəncam
-
Bu şəxslərə təqaüd veriləcək - Prezident pul ayırdı
-
Pezeşkianın müşaviri İlham Əliyevin qəbulinda - FOTO
-
Yeni cərimə müəyyən edilir - 500-dən 1000 manatadək
-
Boşanmış ər arvadın mənzildən çıxara bilərmi? - Ali Məhkəmənin qərarı
-
“Mircəlal həkim dedi ki, get Aysel müəllimənin yanına, pulu ona ver” - Məhkəmə
-
Hacı Vəliyev saxlanıldı - Xuliqanlıqda ittiham olunur
-
Bu şəxslərin təhsilhaqqını dövlət ödəyəcək - Qanunda dəyişiklik
-
Avropada qazın qiyməti kəllə-çarxa çıxdı - Artım 60%-i keçdi
-
Ramiz Mehdiyevin qızı məhkəməni uduzdu - Şikayəti əsassız sayılıb
-
Nazir Mədət Quliyevin kadrlarını işdən çıxardı - Yeni təyinatlar
-
Milli Məclisin iclası başladı: Gündəlikdə 15 məsələ var
-
Endokrinoloji Mərkəzin direktoru işdən çıxarıldı - Yeni təyinat
-
AZAL təyyarəsində qəza anında nələr yaşandı? - VİDEO
-
Ən varlı rusların sərvəti 11,5 milyard dollar artdı - “Bloomberg”
-
Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
-
Radar bəzi nömrələri niyə düz oxumur? - VİDEO
-
Türkiyə konstitusiyasını dəyişək! - Bağçalıdan növbəti tarixi ÇAĞIRIŞ
-
Bayram günləri 53 nəfər xilas edilib - Video
-
Ov mövsümü bitib, amma restoranlarda ov quşlarının ətindən yeməklər təklif edilir - VİDEO
-
Mövqelərimiz fasilələrlə atəşə tutuldu - RƏSMİ
-
Pərvinin leopart naxışlı geyimi - FOTOLAR
-
“Futbol əvvəllər başqa idman növü idi“ - Ançelotti yenə şikayətləndi
-
Ermənistan Azərbaycan dilində danışan gəncə cinayət işi açdı - VİDEO
-
Bu yolayrıcında sürücülər üçün təhlükə var - VİDEO
-
Meyvələrin qiyməti artacaq - Dəyişkən hava bazara necə təsir edəcək?
-
Dünyanın ən varlı ikinci adamının nağıl kimi toyu: Milyonlar xərclənəcək
-
İcra başçıları ilə Mehbalıyevin kürəkənini nə bağlayır? - Milyonluq maliyyə əməliyyatlarının görünməyən tərəfləri
-
“Nigar Fərhadla bağlı tədbir görüləcək“ - Kanal S-in Baş direktor müavini
-
Milli Məclis sabah toplaşacaq - Gündəlikdə 15 məsələ var
-
“Yeni idxal rüsumları bütün ölkələrə təsir edəcək“ - Donald Tramp
-
Almaniyanın ölkəmizdəki səfiri XİN-ə çağırıldı - Kəskin etiraz bildirildi
-
Mövqelərimiz yenə atəşə tutuldu - Erməni silahlı bölmələrinin təxribatları davam edir
-
Ucarın Qaracallı kəndində içməli su problemi yaşanır - VİDEO
-
Bəzi rayonlara leysan yağır - Faktiki hava
-
“Trampın hava zərbələriylə bağlı bəyanatı BMT nizamnaməsinə ziddir“ - İran XİN başçısı
-
Ukraynada prezident seçkiləri iyulda keçirilə bilər - The Economist
-
Xaçmazın 4, Qubanın 1 kəndində yanğın çıxdı - FHN məlumat yaydı
-
67 və 64 yaşlı sabiq vəzifəli şəxslər elektron qolbaqda gəzəcək: Özlərini mükafatlandırıblar
-
“Almaniya və bütün Avropa Cənubi Qafqazda sabitlik olmasında maraqlıdır“ - Ştaynmayer
TOP 10
ARXİV