|
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Azərbaycanın ən varlı şirkətləri: milyardlara sahib olanlar kimdir?
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
143 milyon taladılar, 38 milyon ödədilər - Mənimsədikləri pulları qaytarmırlar
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar
“Azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər“ - Prezident xalqa müraciət ünvanladı
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Tarix 01.01.25, 13:37 |
|
2024-cü il Azərbaycan maliyyə sektorunun inkişafı və stabilliyi baxımından bir sıra mühüm yeniliklərlə yadda qaldı. İlk dəfə olaraq Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorunun ortamüddətli inkişaf strategiyasını ictimaiyyətə təqdim etdi. 2024-2026-cı illəri əhatə edən bu sənəd maliyyə sisteminin müxtəlif sahələrinin – sığorta, kapital bazarları, ödəniş sistemləri və bank sektorunun – inkişafını hədəfləyir. Strategiyada müasir çağırışlara uyğun olaraq risk əsaslı nəzarət mexanizmlərinin tətbiqi, rəqəmsal maliyyənin təşviqi və əhalinin maliyyə biliklərinin artırılması kimi məsələlər xüsusi vurğulanıb.
Həmçinin, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ölkənin BMT-nin COP29 sammitinə ev sahibliyi etməsi maliyyə sektorunda ekoloji və sosial məsuliyyətin artırılmasını ön plana çıxardı. AMB Dünya Bankının dəstəyi ilə “Yaşıl Taksonomiya”nı təsdiqlədi və ölkənin bank sektoru iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində 2 milyard manatlıq yaşıl maliyyələşdirmə öhdəliyi götürdü. Bu öhdəlik çərçivəsində banklar “yaşıl kredit”lər təqdim edəcək, taksonomiyada nəzərdə tutulmuş fəaliyyət sahələrinə maliyyə dəstəyi göstərəcək.
AMB-nin strukturunda və faiz dəhlizində dəyişikliklər oldu
2024-cü il ərzində AMB-də rəhbərlik strukturu və fəaliyyət çərçivəsi ilə bağlı bir sıra dəyişikliklər həyata keçirildi. İdarə Heyətinin (İH) üzvlərinin sayı 3-dən 6-ya çatdırıldı. Əli Əhmədov, Toğrul Əliyev, Gülər Paşayeva və Vüsal Xəlilov baş direktor vəzifələrindən İH-nə üzv seçilərək sədr müavini təyin edildi. Eyni zamanda, sədrin I müavini Rəşad Orucov vəzifəsindən ayrıldı və bu postu Əliyar Məmmədyarov tutdu.
Struktur dəyişiklikləri çərçivəsində AMB biznes proseslərinin optimallaşdırılmasına qərar verərək Gəncə və Quba Regional Mərkəzlərini, eləcə də Sumqayıt Şəhər İdarəsini bağladı. Lakin Naxçıvan Muxtar Respublikasındakı idarə, Yevlax Ehtiyat Mərkəzi və Biləsuvar Regional Mərkəzi fəaliyyətini davam etdirəcək.
2024-cü ildə AMB xüsusi tənzimləmə rejiminin tətbiqinə başladı və müxtəlif şirkətlərdən innovativ məhsulların sınaqdan keçirilməsi ilə bağlı ilk müraciətləri qəbul etdi. Birinci mərhələdə tənzimləyici quruma 21 müraciət daxil oldu ki, bunun da 4-nə müsbət cavab verildi. Hazırda xüsusi tənzimləmə rejimində iştirak üçün növbəti müraciətlər qəbul edilir.
AMB-nin 2024-cü ildə faiz siyasəti də diqqət çəkdi. İlin gedişində faiz dəhlizinin parametrləri 8 dəfə dəyişdirilərək uçot dərəcəsi 8 %-dən 7,25 %-ə, faiz dəhlizinin yuxarı həddi 9 %-dən 8,25 %-ə, aşağı həddi isə 6,5 %-dən 6,25 %-ə endirildi. Bu qərarlar maliyyə sabitliyini qorumaq və iqtisadi inkişafı dəstəkləmək məqsədini güdürdü.
Bankların sayı azaldı, BOKT-ların sayı isə artdı
AMB-nin maliyyə sektorunun inkişaf strategiyasına əsasən, bank sektorunda əlverişli və məsuliyyətli bank xidmətlərinin genişləndirilməsi vasitəsilə dayanıqlı inkişafın dəstəklənməsi nəzərdə tutulur. Bu məqsədlə bank sektoru üzrə bazarın genişləndirilməsi, bank olmayan kredit təşkilatlarını inkişaf etdirməklə onların iqtisadiyyatın maliyyələşməsində rolunun yüksəldilməsi, eləcə də nəzarət çərçivəsinin müasirləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən bankların sayı bir vahid azalaraq 23-dən 22-yə düşdü. Ölkənin yeganə regional bankı olan “Naxçıvan Bank” ASC təşkilati-hüquqi formasını dəyişərək “E-kredit” MMC adı ilə BOKT-a çevrildi. Bu, Azərbaycanda bankın BOKT-a çevrilməsi üzrə ikinci təcrübədir (birinci belə təcrübə “Para Bank” ASC ilə olub).
Ötən il Əmanətlərin Sığortalanması Fondu 2005-ci ildə fəaliyyətini dayandırmış “Borçalı Kommersiya Bankı”nın ləğv prosesini tamamladı. Bununla da, Fondun ləğvetməsində olan bankların sayı 22-yə endi. Əmanətçilər üçün mühüm yenilik isə həmin ildən etibarən banklarda azı 18 ay müddətinə əmanət yerləşdirən və faizləri müddətin sonunda götürən şəxslərin vergidən azad edilməsi oldu. Eyni zamanda, faizlərini hər ay götürən şəxslərin gəlirlərinin 200 manata qədər olan hissəsi vergidən azad edildi.
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi və maliyyə sektorunun dayanıqlılığının artırılması istiqamətində həyata keçirilən ardıcıl islahatlar nəticəsində son bir ildə depozit faizlərində ciddi artım müşahidə edilir. Əvvəllər 3-4 % ilə təklif edilən manat əmanətləri üzrə faizlər hazırda 10-12 % intervalında dəyişir. Faizlərin artması banklara olan marağı artırıb və nəticədə bəzi evdə saxlanılan vəsaitlər banklara daxil olub. Əmanət hesablarının artım dinamikası xüsusilə 2024-cü ilin may ayından daha nəzərə çarpan olub. Ötən il ərzində unikal şəkildə 30 mindən çox yeni hesab açılıb, bu da bank sektoruna 30 min yeni müştərinin qoşulduğunu göstərir.
Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı son açıqlamasında da maliyyə sektorunun dayanıqlı maliyyələşmə mənbələrinin genişləndiyi vurğulanıb.
2024-cü ilin yanvar-noyabr aylarında milli valyutada yerləşdirilən müddətli əmanətlərin sayında 30,3 %, həcmində isə 20,9 % (945,3 milyon manat) artım qeydə alınıb. Bu müsbət dinamika milli valyutaya olan etimadın artmasını da aydın şəkildə nümayiş etdirir.
Banklardan fərqli olaraq ötən il AMB yeni BOKT-lar üçün lisenziyalar verdi. “Payonix” MMC, “İrşad” MMC və digər təşkilatlarla birlikdə BOKT-ların sayı 54-dən 57-yə yüksəldi. Bununla belə, “Blue Finance” MMC-nin lisenziya alması 2025-ci ilə keçirildi.
2024-cü ildə BOKT-ların sayı artsa da, 2025-ci ildə bu tendensiyanın dəyişməsi mümkündür. Məsələ ondadır ki, bu il AMB bu növ kredit təşkilatlarının nizamnamə kapitalına olan tələbi 3 dəfədən çox artıraraq 300 min manatdan 1 milyon manata çatdırdı. Bazar iştirakçılarına yeni kapital tələbini yerinə yetirmək üçün cəmi 3 ay vaxt verildi. AMB-nin BOKT-larla bağlı digər qərarına görə isə, onlar gündəlik kreditlər vermək imkanı əldə etdi.
İl ərzində Azərbaycanda kredit ittifaqlarının sayı isə 40-dan 36-ya düşdü. AMB “Sənan Kredit İttifaqı”, "Abbas Kredit İttifaqı", "Amin Kredit İttifaqı" və "Azərmaliyyə Kredit İttifaqı" MMC-lərin lisenziyalarını ləğv etdi. Bu növ kredit təşkilatları ilə bağlı qanunvericilikdə elə bir yenilik olmadı.
Sığorta bazarı daraldı, sektorun strateji hədəfləri məlum oldu
AMB sığorta sektoru üçün ortamüddətli dövrdə strateji hədəflər olaraq sığorta təminatının genişləndirilməsi və istehlakçı hüquqlarının effektiv müdafiəsini təmin etməyi, bununla da sığortaya olan inam indeksinin 66 %-dən 80 %-ə yüksəldilməsini müəyyənləşdirib.
Bununla yanaşı, adambaşına düşən sığorta haqqının cari 121 manatdan 195 manata çatdırılması və sığortaçıların ödəmə qabiliyyətinin artırılması planlaşdırılır. AMB-nin bu yanaşması iqtisadi artımı dəstəkləyən risklərin effektiv idarə edilməsinə yönəlib.
Ötən il sığorta yığımlarının artımı fonunda sığorta şirkətlərinin sayı 18-dən 16-ya düşdü. Prezident İlham Əliyev Dövlət Sığorta Kommersiya Şirkəti – “Azərsığorta” ASC-nin ləğv olunması haqqında fərman imzaladı. 2022-ci ildən səlahiyyətlərinin böyük hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna keçmiş və bununla da xeyli zəifləmiş “Azərsığorta” bazar şərtləri ilə işləyə bilmədi və onun lisenziyası ləğv olundu. Bundan başqa, “Bakı Sığorta” ASC bazarı könüllü tərk etməyə qərar verdi və AMB onun da lisenziyasını ləğv etdi. Bu arada, tənzimləyici qurum “Sığortaçılarda korporativ idarəetmə Standartları”nı, eləcə də “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nı təsdiqlədi.
Sığorta sektorunda başqa yeniliklər də oldu. 2018-ci ildən İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru olan Rəşad Əhmədov vəzifəsindən azad edildi, onun yerinə Vüsal Xəlilov təyin olundu. İSB-nin iştirakçısı olduğu “Yaşıl Kart” beynəlxalq sığorta sisteminin fəaliyyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərini də əhatə etdi, elektromobil sahiblərinə “Yaşıl kart” satışına başlanıldı, bu növ avtomobillərin sürücülərinə mülki məsuliyyətinin icbari sığortasını onlayn rəsmiləşdirmək imkanı yaradıldı.
Kapital bazarlarının maliyyə sistemində rolu müəyyən edildi
Kapital bazarlarının maliyyə sistemindəki rolunu artırmaq və iqtisadi inkişafa töhfə vermək məqsədilə aşağıdakı hədəflər müəyyən edilib: texnoloji imkanların genişləndirilməsi, bazara olan etimadın gücləndirilməsi və dayanıqlığının artırılması, bazara çıxış imkanlarının genişləndirilməsi və investisiya alətlərinin çeşidinin artırılması.
Bu çərçivədə kapital bazarlarının qeyri-neft ÜDM-dəki payının cari 10 %-dən 14 %-ə yüksəldilməsi və əhalinin bazardakı investisiyalarının həcminin 150 milyon manatdan 1 milyard manata qədər artırılması nəzərdə tutulur. Bundan əlavə, effektiv nəzarət çərçivəsinin formalaşdırılması da əsas prioritetlərdən biridir.
Kapital bazarında rəqəmsal vasitələrlə həyata keçirilən əməliyyatların cəmi əməliyyatlardakı payının hazırkı 0 %-dən 70 %-ə çatdırılması, fərdi depo hesablarının sayının 1 mindən 50 minə yüksəldilməsi, borc kapital bazarı vasitəsilə real sektor müəssisələrinin maliyyələşdirilməsinin cari 500 milyon manatdan 1,5 milyard manata qədər artırılması planlaşdırılır.
2024-cü ildə bu istiqamətdə bir sıra mühüm dəyişikliklər həyata keçirildi. AMB bankların investisiya xidmətləri göstərməsinə “yaşıl işıq yandırdı”, eyni zamanda öz notları ilə bağlı yeni buraxılış şərtlərini təsdiqlədi. Bu şərtlərə əsasən, istənilən fiziki və yaxud hüquqi şəxsə qurumun qiymətli kağızları ilə alqı-satqı, repo və digər əməliyyatları icra etmək imkanı yaradıldı. İndiyə qədər bu əməliyyatları yalnız maliyyə qurumları apara bilirdi.
Bundan başqa, kapital bazarına marağı artırmaq, bu bazarı inkişaf etdirmək üçün investisiya şirkətlərinə öz müştərilərinə məsafədən depo hesabı açmaq imkanı yaradıldı, kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulan səhmlərin əldə edilməsi üçün depo hesabının açılması isə pulsuz oldu.
Daha bir maraqlı yenilik isə səhmdarların ümumi yığıncağının məsafədən keçirilməsi, səhm sahiblərinin onlayn səs verməsi üçün elektron sistemin ("E-vote") istifadəyə verilməsi oldu. Bu imkandan ilk dəfə dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı”nın ümumi sayı 35 mindən çox olan səhmdarları faydalandı. Amma bankın fiziki şəxslər üçün nəzərdə tutulmuş 87,4 milyon manatlıq yeni səhmlərinə tələb təklifdən 36 % az oldu. Hazırda kredit təşkilatı 100 milyon manatlıq yeni istiqraz emissiyasına hazırlaşır. Bu arada Dövlət Neft Şirkəti (SOCAR) COP29 fonunda “yaşıl istiqraz” buraxmağa qərar verdi.
Bu yeniliklərlə yanaşı ötən il Azərbaycanda investisiya şirkətlərinin sayı 13-dən 12-yə düşdü. AMB uzun illərdir ki, faktiki fəaliyyətsiz olan “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin lisenziyasını ləğv etdi. Bu, onun səhmlərinə nəzarətin Böyük Britaniyanın “Plato Capital International Holding Limited” şirkətindən yerli kapitallı “Red Block” MMC-yə keçməsindən təxminən 6 ay sonra baş verdi. Əvəzində dünyanın aparıcı onlayn ticarət brokeri - “CFI Financial Group” "Azfinance İnvestisiya Şirkəti" ASC-nin səhmlərini əldə edərək Azərbaycanın qiymətli kağızlar bazarına daxil oldu. Hazırda həmin investisiya şirkəti “CFI Financial” adı ilə fəaliyyətini davam etdirir. İl ərzində AMB həm də investisiya fondlarının idarə edilməsi ilə məşğul olan "İnvestAz Asset Management" MMC-yə yenidən lisenziya verdi və belə şirkətlərin sayını yenidən 2-yə çatdırdı (bu bazarın digər iştirakçısı "AzFinance Asset Management" MMC-dir). Bu arada tənziləyici qurum “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nı təsdiqlədi.
Nağdsız əməliyyatlara doğru
2024-cü ildə Azərbaycanın ödəniş bazarı da yeniliklərdən kənarda qalmadı. AMB ödəniş və elektron pul təşkilatları üçün müxtəlif məbləğlərdə nizamnamə kapitalı tələbi müəyyən etdi, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən bazar iştirakçılarına lisenziyalar verməyə başladı. 13 şirkət elektron pul təşkilatı, 8 şirkət ödəniş təşkilatı, “AzəriCard” MMC prosessinq mərkəzi isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar aldı. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 22-yə çatdı. Tənzimləyici qurum həm də ödəniş bazarında qanunsuz fəaliyyət göstərən şirkətləri nəzarətə götürdü, lisenziya verdiyi şirkətlərin üzərinə isə bu ildən auditdən keçərək maliyyə hesabatını açıqlamaq öhdəliyi qoydu.
Görülən işlərin məqsədi Azərbaycanın ödəniş sektorunda innovativ həllərin tətbiqi, ödəniş xidmətlərinə əlçatanlığın artırılması, bazarda şəffaflıq və rəqabətliliyin gücləndirilməsidir. Ödəniş xidmətlərinin təhlükəsizliyini və səmərəliliyini təmin etmək məqsədilə milli ödəniş sisteminin müasirləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması və effektiv nəzarət çərçivəsinin formalaşdırılması planlaşdırılır.
Sektor üzrə başlıca strateji hədəf, adambaşına düşən orta illik nağdsız əməliyyat sayını hazırkı 93-dən 200-ə çatdırmaqdır. Bu hədəf, rəqabətqabiliyyətli və innovativ ödəniş ekosisteminin formalaşdırılması, nağdsız ödənişlərin genişləndirilməsi və nəticə etibarilə, ölkə iqtisadiyyatının artımına mühüm töhfə verməyi nəzərdə tutur.
Valyuta ehtiyatları artdı, manatın məzənnəsi sabit qaldı
Ötən ildə Azərbaycanda valyuta mübadiləsi xidməti göstərən bütün şirkətlər AMB-nin 2023-cü il tətbiq etdiyi 600 min manatlıq nizamnamə kapitalı tələbini tam yerinə yetirdi. Başqa sözlə, indiyə qədər lisenziya almış "Eliko", "Delta Capital", "Zuhur", "Bakı Mərkəzi Valyuta" və "Meta-Kapital" MMC-lər valyuta bazarını tərk etməli olmadılar. İl ərzində tənzimləyici qurum "Money Shop" MMC-yə də valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verərək bazar iştirakçılarının sayınə 6-ya çatdırdı.
Yeri gəlmişkən, 2024-cü ildə də Azərbaycanın valyuta bazarında sabitlik müşahidə olundu və manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişmədi. Bununla belə, AMB-nin Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərraclarında satışlar təxminən 2 dəfə, Fondun özünün valyuta satışı isə 3 dəfəyə yaxın artdı. Tələbatın yüksəlməsi (dövlət xərclərinin icrası ilə bağlı) nəticəsində AMB bazara satışyönlü müdaxilələr etdi. Bu müdaxilələr nəticəsində AMB-nin valyuta ehtiyatları oktyabr və noyabr aylarında müvafiq olaraq 424 milyon və 404 milyon ABŞ dolları azalsa da, bu əməliyyatlar 2024-cü ildə əldə edilmiş 2,1 milyard ABŞ dolları xarici valyuta hesabına maliyyələşdirildi.
AMB-nin valyuta ehtiyatları təxminən 5 % azaldığı halda, ARDNF-in aktivləri 10 % artaraq 62 milyard ABŞ dollarını keçdi. Bu artım Azərbaycanın ümumi strateji valyuta ehtiyatlarını ötən ilin əvvəlinə nisbətən təxminən 7 % artaraq 73 milyard ABŞ dollarından çox etdi ki, bu da ölkənin əmtəə və xidmətlərin 3 illik idxalını təmin etmək və xarici dövlət borcundan 14 dəfə artıq valyuta ehtiyatına malik olduğunu göstərir.
ARDNF-dən söz düşmüşkən, ötən il Fond 30 tona yaxın qızıl alaraq bu qiymətli metala qoyduğu investisiyaların məbləğinə görə, dünyada ilk 5-likdə qərarlaşdı. Dünya Qızıl Şurasının məlumatına görə, Azərbaycan bu məsələdə yalnız Polşa, Türkiyə, Hindistan və Çindən geri qaldı. Bundan başqa, il ərzində ARDNF dünyada təhsil xidmətləri göstərən ən böyük özəl şirkətlərdən birinə - “GEMS Education”a 100 milyon ABŞ dolları pul yatırmağa, Səudiyyə Ərəbistanına investisiya yatırılması imkanlarını araşdırmağa qərar verdi. Bu arada, Fondun İcraçı direktoru İsrafil Məmmədov Suveren Fondların Beynəlxalq Forumunun İH-nin sədr müavini seçildi.
Pul nişanlarının tədavülü qaydaları dəyişdi
Bu il AMB həm də yenilənmiş 1 və 3 qəpiklik metal pul nişanlarını tədavülə buraxdı, eləcə də yeni nəsil milli pul nişanlarının konsepsiya mövzusunu və nominallar üzrə alt mövzuları müəyyən etmək üçün ictimai sorğu keçirdi. Qurum həm də “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”nda dəyişiklik etdi. Dəyişikliyə əsasən, Azərbaycanda kağız pul nişanlarının yararsız hesab olunması üçün müəyyənləşdirilmiş kriteriyalardan 5 %-ə qədər kənarlaşma olduqda nişan yararsız hesab ediləcək. İndiyə qədər bu halda nişan tədavülə yararlı hesab olunurdu.
Kredit reytinqləri yenilənəcək
Və nəhayət, il ərzində “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəltdi. Ölkəmiz investisiya dərəcəli reytinq əldə etdi. Azərbaycan hökuməti agentliyin bu qərarından xeyli razı qaldı və “Fitch”i növbəti dəfə xəsislikdə ittiham etməyə ehtiyac olmadı. Hazırda hökumət “Standard & Poors” və “Moody`s” beynəlxalq reytinq agentliklərindən də investisiya dərəcəli reytinq almağı planlaşdırır.
Bir sözlə, 2024-cü ili Azərbaycanın maliyyə sektoru üçün zəngin il saymaq olar. Çox güman ki, bu tendensiya 2025-ci ildə də davam edəcək. Ölkənin maliyyə qanunvericiliyi bir qədər də təkmilləşdiriləcək, sektor inkişaf edərək işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini genişləndirəcək. Artıq bir sıra iri banklar gələn il Şuşada filial açmaq barədə planlarını elan ediblər və bu istiqamətdə çalışırlar.
Beləliklə, Azərbaycanın maliyyə sektoru 2024-cü ildə sabitlik və inkişaf göstəricilərini qoruyub saxlamaqla yanaşı, 2025-ci ildə rəqəmsal transformasiya və yeni maliyyə alətlərinin tətbiqi ilə daha dinamik və dayanıqlı bir sistemə çevrilməyi hədəfləyir. Bu proseslər ölkənin iqtisadi dayanıqlığını gücləndirmək və xarici investorlar üçün daha cəlbedici mühit yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir. (report.az)
Xəbərin oxunma sayı : 613
Sosial
Xəbərlər
-
Bakıda və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanda bəbirlərin sayı artıb - VİDEO
-
“Bir il yarımdır ki, kanalizasiya suları küçəyə axır“ - Bakının bu ərazisində + VİDEO
-
Gəncədə partlayış baş verən binanın aqibəti necə olacaq? - Sakinlər narahatdır
-
Ölkənin dağlıq rayonlarında 9 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
-
Benzin və dizellə bağlı dəyişiklik edildi - QƏRAR
-
Sumqayıtda “BMW” avtobusa çırpıldı - Yaralılar var+Fotolar
-
Adı “Forbes” siyahısında olan milyonçu Bakıda hakim qarşısına çıxarılacaq - cinayət dosyesi
-
BMT TŞ-nın iclasında İsrailin qətliamlarından danışıldı - Riyad Mənsur göz yaşlarını saxlaya bilməyib
-
“ABŞ Rusiyanın nüvə silahından istifadə edə biləcəyindən narahatdır“ - Blinken
-
Elm və Təhsil Nazirliyi bu QHT-lərə pul ayırdı - SİYAHI
-
Biləcəriyə “skoç”lu avtobusla gedirlər - Video
-
Cennifer Lopezi tənqid etdilər - Bu fotosuna görə
-
“2018-ci ildən ölkə iqtisadiyyatında real artım yoxdur“ - Almaniyanın vitse-kansleri
-
Səhiyyə Nazirliyi yenidən plastik cərrahlara xəbərdarlıq edib - VİDEO
-
Ali məktəblərə qəbul ballarında dəyişiklik gözlənilir? - VİDEO
-
“Gold residence” Bakıda 500 nəfəri mühasirədə saxlayır - ŞİKAYƏT
-
“Türkiyə 2025-ci ildə terrora tamamilə son qoya bilər“ - “Haber Global“
-
Müəllimlər üçün güzəştli kartlar nə zaman hazırlanacaq? - Açıqlama
-
İkardinin qərarı Vandanı özündən çıxardı: “Ədalət istəyirəm“
-
Avropa Komissiyasının sədri xəstəliyə yoluxdu - Vəzifələrini icra edə bilməyəcək
-
Bələdiyyələrin 6 milyon manat borcu var: kim ödəyəcək?
-
Tarix Qəzzadakı böhranla bağlı Türkiyənin haqlı olduğunu isbat edəcək - Ərdoğan
-
“Elçin Göyçaylı“nın Moskvaya göndərdiyi qadınlar cinsi istismara məruz qaldı - “Maşa“ həbs edildi
-
Rusiya ilə müharibədə ərazi güzəştlərinə hazır olan ukraynalıların nisbəti 38 faizə yüksəlib - SORĞU
-
İxtisas seçimi problemi: Valideynlərin övladlarının yerinə verdiyi qərarın fəsadları
-
Qazaxıstanda 95 avtomobil toqquşdu - 11 nəfər xəsarət alıb
-
Türkiyədə terror təşkilatına qarşı əməliyyat - 42 nəfər saxlanıldı
-
“ƏDV dələduzluğu“ ilə bağlı məhkəmə başlayır - 1,2 milyonluq mənimsəmə
-
Görmə məsafəsi məhdudlaşacaq – Xəbərdarlıq
-
Almaniya və Fransa xarici işlər nazirləri Suriyaya səfər etdilər - Danışıqlar üçün
-
Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
-
Çin “Starlink“i geridə qoydu: Peyk vasitəsilə saniyədə 100 qiqabit məlumat ötürdü
-
Rusiyanı hərbi cəhətdən məğlub etmək mümkün deyil - Tokayev
-
Hansı müəllimlərin maaşında artımlar olacaq? - AÇIQLANDI
-
Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
-
Moldova Ermənistan aviaşirkətinin uçuşlarını qadağan edə bilər - KİV
-
Abşeron rayonunda sənədsiz evlərin sayı sürətlə artır - İcra hakimiyyəti ilə “anlaşıb“...
-
Trampla andiçmədən sonra görüşə bilərik - Zelenski
-
Duman olacaq, külək əsəcək - Sabahın havası
-
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü veriləcək - MƏBLƏĞ
-
Şərqin əbədi incisi Diyarbəkir - FOTOLAR
-
İlon Mask onun azad olunmasını tələb edir - FOTO
-
Azərbaycanda qazın yeni qiymətinin tətbiqinə START VERİLDİ
-
Bəzi plastik cərrahların tibbi təhsil sənədləri saxtadır - Səhiyyə Nazirliyi
-
Zelenski Avropaya ultimatum verdi - Qaçqınların geri qaytarılmasına görə
-
“Qarabağ“ Juninyo transferindən nə qədər qazanacaq? - “Marca“ açıqladı
-
Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin - Siyahısı
-
Azərbaycan manatı ilə bağlı mühüm məlumat - RƏSMİ
-
Cənubi Koreya prezidentinin həbsi gündəmdə - Proses niyə təxirə salınır?
-
Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb - FAKTİKİ HAVA
-
Tramp Putini dayandıra bilər - Zelenski
-
“İlkin müəllimə deyərsən ki, Saray Kürə getdi” söyləyibmiş... - Video
-
Avropada qaz qiymətləri 2023-cü ilin oktyabrından bəri ən yüksək həddə çatıb - “Bloomberg”
-
“Qara qutu”nun Braziliyaya göndərilməsi düzgün qərardır” - Tokayev
-
10 dərəcə şaxta, külək - Bu günün HAVASI
-
Əhali arasında yayılan virus çox təhlükəlidir - VİDEO
-
İnstaqramda nələr paylaşıldı? - FOTOLAR
-
Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO
-
Kirayə avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib qəza törətdi - Məsuliyyəti kim daşıyır?
-
Nyu Orlean və Las-Veqasdakı terror aktları arasında heç bir əlaqə yoxdur - FTB
-
Əsədi boşanıb Londona getmək istəyən həyat yoldaşı zəhərləyib? - SENSASİON İDDİA
-
Polad Həşimovun anası Hökümə Əliyevanın həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Nazirlər Kabinetində işə düzəldəcəyi vədini verib 40 min “atdı” - Dələduzluq
-
İlon Mask dünyanın ən varlı 10 adamının siyahısına başçılıq edir - “Bloomberg”
-
“Suriyada terror təşkilatlarının fəaliyyətinə son qoyulmalıdır“ - Hakan Fidan
-
Natiq Qasımovun xatirəsi yad edildi - FOTO
-
Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik
-
Saxta pula görə saxlanıldı, polisə müqavimət göstərdi - FOTO
-
İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi - “Xəbər bizi son dərəcə sarsıtdı...“
-
ABŞ-İran müharibəsi ilə bağlı XƏBƏRDARLIQ
-
Niyə hazırda Rusiya ilə danışıqlar mümkün deyil? - Podolyak izah etdi
-
Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
-
Dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirildi - QƏRAR
-
Bu telefonlarda votsap bloklanır - Siyahı
-
Qazi bacısını niyə öldürüb? - “Dedi ki, başını həmişə aşağı edəcəm”
-
Yeni ilə qaranlıqda girən ölkə - energetiklər istirahət edir
-
Zaqatalada itləri kim kütləvi şəkildə güllələyir? - VİDEO
-
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTOLAR
-
Təhsilimizdə tərsinə qurulmuş qrant siyasəti... - EKSPERTDƏN MARAQLI TƏHLİL
-
Bakıda əsgər tibb bacılarının başına oyun açdı: “Dayım vəzifədədir”
-
Vahid Ələkbərov bir ildə 2,59 milyard dollar qazanıb - Bloomberg
-
Monteneqroda 3 günlük matəm elan olundu - SƏBƏB
-
Emin Milli 12 il sonra Azərbaycanda - FOTOLAR
-
Polad Həşimov zabit yoldaşını cəzadan necə xilas edib? - Dostunun xatirələri
-
İş adamı sabiq deputatın şirkətini niyə məhkəməyə verib? - Qalmaqal
-
Əhaliyə göstərilən bu xidmət də bahalaşdı: aylıq 1 kvadratmetr üçün 30 qəpik oldu
-
Su-kanalizasiya sistemlərinə qoşulma üçün tariflər təsdiqlənib - Qiymət qalxdı
-
Elektrik enerjisinin qiyməti artırıldı - Yeni qiymətlər
-
Tarif Şurası təbii qazın qiymətini artırdı - Yeni tariflər
-
Polad Həşimovun məzarı ziyarət edildi - Fotolar
-
2700 illik hakimiyyət - tarixin ən uzunömürlü imperiyası
-
Bakıda keçiriləcək “Formula 1”in biletləri satışa çıxarılıb - 13 175 manat...
-
Trampın hotelinin qarşısında “Tesla” partladı - Ölü və yaralılar var
-
Bu ödənişləri nağd qəbul edənlər CƏRİMƏLƏNƏCƏK
-
Lalə Məmmədovadan transparan libasda FOTOSESSİYA
-
Aygün Kazımova gönüşüiləgöz qamaşırdı - VİDEO
-
Klublarımızın qış planları: Kim gəlir, kim gedir?
-
İki qardaşdan biri öldü, digəri yaralandı - Şamaxıda bıçaqlanma
-
Serbiya Azərbaycandan bu qədər qaz almaq istəyir - Nazir gözləntilərini açıqladı
-
Türkiyədə yarım milyon insanın iştirakı ilə AKSİYA
-
Ukrayna Rusiya helikopterini dəniz dronu ilə vurub - Tarixdə ilk dəfə
-
Azərbaycan istehsal olunan avtobuslar ƏDV-dən azad edildi
-
Vaşinqton və Nyu-Yorkun məşhur binalarını ildırım vurub - VİDEO
-
Bu ərazilərdə evlər bahalaşacaq - VİDEO
-
Gürcüstanda dollar kreditlərinin verilməsi qaydaları sərtləşdirilir
-
Azərbaycanda niyə insanlar vəsiyyət yazmaq istəmirlər? - Açıqlama
-
Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Neçə cür sosial yardım ala bilərsiniz? - CAVAB
-
“Putin və Zelenski müharibəni bitirmək üçün razılığa gələcək“ - Newsweek
-
Ucuz qiymətə satılan geyimlər - Onlar hansı materiallardan hazırlanır?
-
Bu gündən hansı artımlar qüvvəyə minəcək? - Əmək pensiyaları ilə bağlı fevraldan...
-
Yevlaxda kuryoz hadisə: Qatil qaçarkən bilmədən polisin maşınına əyləşib
-
Almaniya Ukraynaya nə qədər silah ötürüldüyünü hesablayıb - SİYAHI
-
Bu şəxslərin ödədiyi vergi bu gündən 4 dəfə azaldılır – Deputat açıqladı
-
2025-ci ilin ilk əkiz uşaqları dünyaya gəlib - Naxçıvanda
-
“Qarabağı qazilər yox, xüsusi təyinatlılar alıb” - Qazinin bıçaqlanmasının TƏFƏRRÜATI
-
Zambiyada prezidentinə sui-qəsd cəhdi: İki “sehrbaz“ və bir buqələmun saxlanılıb
-
İnstaqramda milyonluq səhifəsi olan pedaqoq - Nihad Şahbazov kimdir?
-
Ermənistanda əsgər meyitləri hələ də basdırılmayıb - Köçəryandan şok açıqlama
TOP 10
ARXİV