Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Təhsilimizdə tərsinə qurulmuş qrant siyasəti... - EKSPERTDƏN MARAQLI TƏHLİL

Tarix 02.01.25, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


İlham Əliyev: “Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istəyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq...” 

Təhsilimizdə çox ciddi problemlər var. Bu problemlər ilbəil azalmaq əvəzinə, əksinə daha da artır. Təhsil büdcəsinin dəfələrlə artımı da problemlərin həllinə kömək etmədi. Çünki büdcənin xərclənməsi səmərəsiz və qeyri-şəffaf olmuşdur. 

30 il ərzində mərhələlərlə yaranan və kök salan ciddi problemləri Elm və Təhsil Nazirliyi (ETN) həll etmək gücündə deyil. Bu qurumun problemləri həll etməyə nə niyyəti, nə səriştəsi, nə də elmi potensialı yoxdur. Nazirin etiraf etdiyi kimi, nə edəcəklərini də hələ bilmirlər. Sadəcə bütün xalqın bildiyi məsələləri səsləndirmək (KİV və sosial şəbəkələrdən öyrənərək), amma onların həlli üçün heç nə etməmək, dövlətin etimadını doğrultmamaqdan başqa bir şey deyil. Belə təsəvvür yaranır ki, elm və təhsil sahəsinə rəhbərlik edənlər bu sahənin dövlətin mühüm strateji sahəsi, milli təhlükəsizliyin əsası olduğunu hələ də tam dərk etmir, öz vəzifələrinə məsuliyyətsiz yanaşırlar. Qeyri peşəkarlıq da hər addımda və hər deyilən cümlədə özünü büruzə verir. Nazirlik elm və təhsildəki problemlərin həlli üçün konkret addımlar atmaq əvəzinə, şikayət etməklə öz işini bitmiş hesab edir...


ETN-dən fərqli olaraq, bəzi təhsil mütəxəssisləri təhsil praktikasından və təhsil elmlərindən məlumatlı olduqlarına görə məsələlərə daha real və kompleks yanaşaraq, mövcud problemləri səsləndirir və həll yollarını göstərirlər. Amma nazirlik bu təklif və təşəbbüslərə tam biganəlik göstərməklə, problemlərin həllində maraqlı olmadığını açıq nümayiş etdirir. Təhsil mütəxəssisləri isə resurs çatışmazlığı səbəbi ilə problemləri həll edə bilmirlər. Bu məqsədlə beynəlxalq təcrübədən istifadə etmək yaxşı olar. Yəni təhsil problemləri konkretləşdirilir, sistemləşdirilir, layihələr sistemi kimi formalaşdırılır, onların həlli üçün ünvanlı maliyyə ayrılır, layihələrin icrası peşəkar layihə qruplarına, komandalara, fərdi qaydada ekspertlərə açıq müsabiqə yolu ilə həvalə edilir. Bu məqsədlə təhsil sistemində səmərəli qrant siyasətini də reallaşdırılmaq mümkündür. 

Son 10 ildə təhsilə dair "qrant"lar verilsə də, bunun təhsil təcrübəsinə heç bir faydası olmadı. Son illərdə verilən qrantların mövzularının təhsil problemlərinə uzaqdan-yaxından heç bir aidiyyatı olmamışdır. Qrant qalibləri olan layihə icraçılarının çoxu təhsil sistemində tanınmamış, təcrübəsi və səriştəsi olmayan qurumlar və ya fərdlər olub. Ən biabırçı qrant müsabiqəsi 2023-cü ildə oldu. Amma 2024-cü ilin müsabiqəsi, deyəsən, daha betərdir...


Bu ərəfədə ETN QHT-lər üçün 2024-cü il üzrə qrant müsabiqəsinin nəticələrini dərc edib. Nəticələrlə tanışlıq göstərir ki, "davam edir dosta güzəşt, daha rahat, daha sərbəst". Amma nazir sözdə deyir: "Təhsildə güzəşt vətənə xəyanətdir". Reallıqda isə təhsildə güzəştlər, o cümlədən qrantların paylanmasındakı qanunsuzluqlar adi hal alıb. Təhsil büdcəsi son illər 5 dəfə artsa da, təhsildə heç nə dəyişmədi. Deməli, büdcə artımı ilə yanaşı peşəkarlıq, vətənpərvərlik, qanunlara hörmət və xərclərdə rasionallaşdırma da lazımdır. ETN isə həmişəki kimi özünəməxsus prinsipiallıqla "fəaliyyət" göstərir. Prinsipiallıq yaxşı haldır, əgər bu həqiqətən təhsilin inkişafına real fayda verirsə, təhsil problemlərinin həllinə yönəlirsə, seçimlər ədalətə və peşəkarlığa əsaslanırsa. Əks halda bu maliyyə resurslarının növbəti israfı olacaqdır...

ETN bir neçə ay ərzində QHT-lər üçün qrant müsabiqəsinə təqdim edilən layihələri özü bildiyi kimi (yəni, ənənələrinə uyğun olaraq) "təhlil" etdikdən sonra, nəhayət ki, qalibləri "seçə" bilib. Ehtimal edirdik ki, bu qrant layihələrinin icrası nəticəsində ETN 5 il ərzində ciddi "narahat" edən bütün təhsil problemləri kompleks həll ediləcəkdir: yəni tərsinə qurulan təhsil sistemi "düzünə qurulacaq", ali təhsilimizin rəqabət qabiliyyəti "artacaq", ATM reytinqi "yüksələcək", tədqiqat universitetlərinin qurulmasına töhfələr veriləcək, universitetlərin sahibkarlıq fəaliyyəti təmin ediləcək, müəllim hazırlığının "keyfiyyəti" artacaq, 25 yaşdan yuxarı əhali oxuduğu mətni "100 % anlayacaq" v.s. Təəssüf ki, bu dəfəki qrant seçimləri də ənənə üzrə "dosta güzəşt" prinsipi ilə paylandı, mövzular isə heç də aktual deyil. Belə yerdə deyirlər: "Utanmasan, oynamağa nə var ki?"...

Təhsildə qrant mövzusunda əvvəlki illərdə də xeyli tənqidi məqalələr yazılıb, amma ETN rəhbərliyi ictimai nəzarəti, ictimai rəyi, KİV-in yazısını nəzərə almır. Dəyirman öz işindədir. Ölkə rəhbərliyinin ictimai nəzarət haqqındakı dəyərli fikirləri niyə ETN-ə şamil edilmir? Əslində indiki durumda təhsilin inkişafı problemlərin həlli üçün qrantlar bəlkə də sonuncu şansdır, amma ETN milyardları necə "xərcləyir"sə, kiçik məbləğləri də elə israf edir... 

İlham Əhmədov, 

ADPU “Kompüter elmləri” kafedrasının dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru

(Moderator.az)



Xəbərin oxunma sayı : 697




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap