Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Hansı müəllimlərin maaşında artımlar olacaq? - AÇIQLANDI

Tarix 03.01.25, 15:25

Font ölçüsü : - / +
bitmap-img6


Ötən ay 2025-ci ilin büdcəsi haqda qanun Prezident tərəfindən təsdiqlənib. 2025-ci ilin dövlət büdcəsində əməkhaqqı artımları üçün xüsusi vəsait nəzərdə tutulub. Büdcə sənədinə əsasən, sosial rifahın yüksəldilməsi çərçivəsində dövlət sektorunda çalışanların, müəllimlərin, həkimlərin və digər peşə sahiblərinin maaşlarında artım planlaşdırılır. Bu addım vətəndaşların yaşayış səviyyəsini yaxşılaşdırmaq və inflyasiyanın təsirini azaltmaq məqsədi daşıyır. Əməkhaqqı artımları xüsusilə aşağı gəlir qrupları üçün dəstəyi gücləndirmək və sosial ədaləti təmin etmək istiqamətində mühüm rol oynayacaq.

Təhsil məsələləri üzrə tədqiqatçı, STM-in əməkdaşı Elmin Nuri bu barədə bir sıra məqamları “Yeni Sabah”a açıqlayıb:

“Artıq bu il üçün sosial islahatlar paketi təsdiqlənib. Bu paketdə 19 pillə üzrə məvacib artımı nəzərdə tutulur. Ən aşağı pillədə yer alan minimum əməkhaqqının 400 manata qaldırılması ilə ondan yuxarıdakı pillələr üzrə vahid tarif cədvəlinin də artım senzi nəzərdə tutulur. Məsələ ilə bağlı mətbuatdan oxuduğumuz xəbərlərə görə, 2025-ci il üçün maaş artımı 3 milyon nəfəri əhatə edəcək. Bütün bu artımlar üçün 1,4 milyard manat vəsait ayrılıb. Burada əsasən elm, mədəniyyət, səhiyyə, sosial, rabitə, melorasiya, kommunal və s. sahələrdə çalışan şəxslərin maaşlarının artırılması gözlənilir. Son məlumatlara görə, alimlərin və elmi dərəcəsi olan digər şəxslərin aylıq maaşında da yanvar ayından etibarən artımlar olacaq. Fürsətdən istifadə edib alimlərimizi də təbrik edirəm. Onlar da müəllimlərimiz qədər fədakardırlar. Biz təhsillə bağlı mövzuları işləməklə çox müsbət bir addım atmış oluruq. “Yeni Sabah” və digər media qurumlarına təhsili həmişə gündəmdə saxladıqları üçün öz təşəkkürümü bildirirəm. Təhsillə bərabər elmə aid məsələləri də gündəmdə saxlamaq lazımdır. Hətta bizim nazirliyimiz də Elm və Təhsil Nazirliyidir. Bizdə elm və təhsilin inteqrasiyasını özündə varis şəkildə birləşdirən detal budur”.

Ekspert qeyd edib ki, elm sahəsində çalışan işçilərin əməkhaqqısında artımla bərabər təhsil sektorunda fəaliyyət göstərən şəxslərin də məvacib artımları gözləniləndir:

“Bu məsələdə bir məqam daha var. Təhsildə bilirik ki, müəllimlərin sertifikatlaşdırılması prosesindən dolayı differensial əməkhaqqı artımının şahidi oluruq. Yəni, sertifikasiya prosesindən maksimum 60 baldan 51 və daha yüksək toplayanların maaş artımı 35 faiz, 31 baldan yuxarı nəticə göstərənlərin maaşı isə 10 faiz artıb. Bu tendensiya 2 ildir davam edir və 2026-cı ilədək belə olacaq. Müəllimlərin maaş artımı belə bir formada həyata keçirilir. Bunun birdəfəlik olması isə arzuolunandır. Çünki sertifikatlaşdırma elə bir prosesdir ki, burada differensial maaş artımı əsas prinsipdir və növbəlilik məsələsi də mövcuddur. Elə fənlər var ki, onların sertifikasiya prosesi növbəti yaxud ondan sonrakı ilə qalır. O zaman həmin müəllimlər gözləməlidirlər ki, 2026-cı ildən sonra maaşlarında bir qədər artımlar olsun. Qayda budur. Sadəcə sertifikatlaşdırma prosesinin tez bir zamanda həyata keçirilməsi daha yaxşı olar. Niyə həmin proses bu qədər uzanır? Doğrudur, ilk təcrübə idi və nazirlik bunu birinci dəfə həyata keçirirdi. Elə ibtidai sinif müəllimləri var ki, iki bundan öncə imtahan verməklərinə baxmayaraq, maaş artımına düşüblər. Elələri də var ki, növbəti il həmin mərhələni keçəcəklər. Bu prosesin daha tez həyata keçirilməsi sayəsində daha çox müəllimin maaşlarının artırılmasına şahid ola bilərdik”.



Xəbərin oxunma sayı : 811




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap