Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

“Putin və Zelenski müharibəni bitirmək üçün razılığa gələcək“ - Newsweek

Tarix 01.01.25, 18:50

Font ölçüsü : - / +
bitmap-img6


Çox güman ki, 2025-ci ildə ABŞ-ın seçilmiş prezidenti Donald Trampın səyləri nəticəsində Ukraynada aktiv hərbi əməliyyatlar dayandırılacaq.

APA xəbər verir ki, bu barədə Newsweek ekspert rəylərinə istinadən yazır.

Bildirilir ki, bununla belə, çətin ki, bu, Ukrayna və Rusiya Federasiyası arasında yekun barışıq olsun. Nəşr qeyd edir ki, 2025-ci ilin əvvəlində Rusiya çox güman ki, döyüş meydanında hücum sürətini saxlayacaq.

Bununla belə, yanvarın 20-də prezident səlahiyyətlərinin icrasına başlayacaq olan Donald Tramp müharibəni dərhal bitirəcəyini vəd edir. Onun komandası artıq hər iki tərəfə güzəştə getməklə bağlı eyham vurub.

ESSEC Geosiyasət və Biznes Mərkəzinin (Fransa) alim həm-direktoru Sedomir Nestoroviç qeyd edir ki, Trampın Ukraynaya hərbi dəstəyi davam etdirmək istəməməsi onu göstərir ki, Kiyevi çox gec olmadan danışıqlara başlamağa məcbur edəcəklər. Onun fikrincə, atəşkəsin bağlanması üçün Ukrayna alyansa rəsmi qoşulmadan belə, NATO-dan yardım ala biləcək, Rusiya isə sanksiyaların qismən yumşaldılmasına nail olacaq.

“Ukrayna üçün ərazi itirilməsi yekun itki demək deyil. Çünki həm Rusiyanın, həm də Ukraynanın tələblərini ödəmək üçün çoxlu düsturlar tapmaq olar” – Nestoroviç deyib.

ESSEC Biznes Məktəbinin siyasi elmlər professoru Aurelien Kolson da sülh danışıqlarının bu il başlayacağını gözləyir.

“Rusiya prezidenti Vladimir Putin Ukraynaya veriləcək əlavə hərbi vasitələrdən qorxaraq, Ukrayna prezidenti Vladimir Zelenski isə ABŞ-ın dəstəyini əhəmiyyətli dərəcədə geri çəkməməsi üçün razılığa gələcək. Hər halda, bu, müharibənin sonu deyil, daha çox atəşkəs olacaq” – Kolson deyib.



Xəbərin oxunma sayı : 889




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap