Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb - TENDER

Tarix 15.01.25, 18:51

Font ölçüsü : - / +
bitmap-img6


Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tender müsabiqəsi elan edib.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsi Qubadlı rayonunun Mahruzlu kəndinin sahədaxili mühəndis kommunikasiya sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik, rabitə şəbəkəsi və kənd daxili yollar) tikinti-quraşdırma işləri ilə bağlıdır.
Qeyd edək ki, müsabiqənin ehtimal olunan qiyməti 26 milyon 425 min 192 manat təşkil edir.
Məlumat üçün bildirək ki, Qubadlı rayonunun Mahruzlu kəndinin təməli ötən ilin may ayında qoyulub. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Gələcəkdə bu kənddə 2 700-dən çox sakinin, başqa sözlə, 690 ailənin yaşaması planlaşdırılıb. Mahruzlu kənd inzibati ərazi dairəsində yerləşən Alaqurşaq və Muğanlı kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib. Birinci fazada kənddə 145 evin tikilməsi və 649 nəfərin məskunlaşdırılması planlaşdırılır. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, sənətkarlıq emalatxanası, tibb məntəqəsi, mərasim zalı, çayxana da yaradılacaq.
Onu da qeyd edək ki, Mahruzlu kəndində aparılan tikinti işləri ilə bağlı mətbuatda tənqidi yazılar yayımlanıb. Bildirilir ki, bu kənddə evlər yerdən cəmi 40 santimetr hündürlükdə inşa edilb. Evlərin ətrafına ən azı 20 sm asfalt örtüyü vurulandan sonra hündürlük daha da aşağı düşəcək ki, bu da  gələcəkdə onları sel təhlükəsinə qarşı davamsız edəcək.



Xəbərin oxunma sayı : 238




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap