Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq

Tarix 21.12.24, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayon Xırdalan şəhər 10 saylı tam orta məktəbin keçmiş direktoru Əzizə Abdıyevaya qarşı dələduzluq etmiş şəxslərin məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ə.Abdıyevaya qarşı dələduzluq edərək onun 98 min manat pulunu ələ keçirmiş 4 nəfərə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Həmin şəxslərdən Hökumə Əliyeva 5 il 6 ay, Aydın Cəfərov isə 7 il həbs cəzası alıb. Digər iki nəfərə isə şərti cəza verilib.

Araşdırmalar zamanı məktəbin direktor müavini, daha sonra isə direktor əvəzi olmuş Əzizə Abdıyevanın diplomunun saxta olması üzə çıxıb. Bundan sonra o, müxtəlif yollar axtararaq saxta diplomunu elektron sistemə saldırmaq istəyib. Həmin “diplom” Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Gəncə filialı tərəfindən 2009-cu ildə təqdim edilməklə “Maarif” fakültəsinin “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bakalavr dərəcəsinin verilməsi faktını təsdiq edib, lakin saxta olub. Bu işdə Ə.Abdıyevaya atasının evində işləyən ustalara rəhbərlik edən Elsevər adlı şəxs köməklik göstərəcəyini bildirib. Lakin Elsevər, Hökumə, Aydın və daha 2 nəfərlə əlbir olub, Əzizə Abdıyevadan 98 min manat alaraq ələ keçiriblər. Onların diplomun tanınmasına dair cəhdləri də uğursuz olub və pulu geri qaytarmayıblar.

Bundan sonra Ə.Abdıyevanın şikayəti əsasında cinayət işi açılıb. İstintaq müddətində Elsevər vəfat etdiyindən ona cəza təyin edilməyib.

O da məlum olub ki, təqsirləndirilən şəxslər aldıqları 98 min manatdan yalnız 26 minini sonradan geri qaytarıblar. 72 min manat isə hələ də ödənilməyib.

Qeyd edək ki, mətbuatda Ə.Abdıyevanın diplomumun saxta olması barədə əvvəllər bir neçə dəfə məlumat yayılıb. O, 2021-ci ildə tutduğu vəzifədən azad edilib.



Xəbərin oxunma sayı : 1129




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap