Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Kartdan pul oğurluğu - günahkar kimdir?

Tarix 22.01.25, 14:19

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi banklarda qoruma sistemlərinin zəif olduğu deyilir 

Milli Qəhrəman Hökümə Əliyevanın ailəsinin kiberdələduzluq halı ilə üzləşməsi və Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin həmin şəxsi  müəyyən edərək oğurlanan pullar geri qaytarması cəmiyyətin diqqətini yenidən kartlardan pul oğurlanmasına yönəltdi. 

Belə ki, Hökümə Əliyevanın vəfatına görə ailəsinə ödənilən sığorta və kompensasiya məbləğindən qalan 80 507 AZN vəsait oğurlannışdı. Faktla bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və KapitalBank tərəfindən dərhal araşdırma başlanıldı. Vəsaitin köçürüldüyü hesab dərhal bloklandı və oğurlanan məbləğin istifadəsinə icazə verilmədi. Görülən tədbirlər nəticəsində məbləğin bərpası mümkün oldu və vəsait geri qaytarıldı. 

Qeyd edək ki, baş verən hadisədə müştəri Hökümənin atası Cəlil Əliyev bank tərəfindən göndərilən OTP, 3D təhlükəsizlik kodu da daxil olmaqla, bütün şəxsi məlumatlarını dələduzlarla bölüşüb. Bu səbəbdən də dələduzlar asanlıqla vəsaiti oğurlaya biliblər. Sosial şəbəkələrdəki  müzakirələrdə bankların da bu işdə məsuliyyəti olduğu haqda çoxsaylı iddialar səslənib. Bildirilib ki, hansısa bir dələduza kod verilmədiyi halda da bəzi bankların kartlarından pullar yoxa çıxır. Şikayət etdikdə isə banklar məsuliyyəti üzərindən atırlar. Hətta bəzi banklarda qoruma sistemlərinin zəif olduğu deyilir.

Fərhad Mirəliyev: Siz elə bilirdiniz ki, bu razılaşmaya qədər Whatsapp  istifadəçi məlumatı toplamırdı?

Fərhad Mirəliyev 

İnformasiya texnologiyaları üzrə ekspert Fərhad Mirəliyev deyir ki, üçüncü şəxslərə kartın  üzərindəki 16 nömrəli kod, onun istifadə müddəti və ya CV kod təqdim edilməməlidir: “Məntiqi nəticə odur ki, zərərçəkmişə fishing hücumu olub, yaxud da kimsə bank əməkdaşı adından zəng edib sui-istifadə edib. Hansısa bir yolla vətəndaşdan o kodlar alınıb. KapitalBankın məsələ ilə bağlı açıqlamasında da deyilirdi ki, bu məlumatlar paylaşılmamalıdır. Lakin elə zərərçəkmiş də var ki, deyir, kiber qaydalara əməl etsə də, yenə də talanır. Vətəndaşlar bildirirdi ki, gecə vəsaitləri kartdan çıxarılıb. Onların arasında elə bir hesab var idi ki, əmanət idi və onun kartı belə yox idi ki, məlumatlar oradan öyrənilsin. Tətbiqin içərisində istifadəçidən xəbərsiz əməliyyatlar olunmuşdu. Biz ona dedik ki, sən yəqin kartın məlumatını paylaşmısan, cavab verdi ki, həmin hesabın kartı yoxdur, onu necə paylaşa bilər. Həmin zərərçəkmişlərlə bağlı təşəbbüs qrupu ilə işləmişəm və müşahidə etmişəm ki, vəsaitlərinin oğurlanması zamanı vətəndaş birbaşa qayda pozuntusuna, xətalı istifadəyə yol verməyib. Növbəti araşdırma isə Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılır. Vətəndaşlar fərdi qaydada ora müraciət etmişdi. Onların hamısı KapitalBankın "Birbank" kartından istifadə edirdi. Vətəndaşlar ETX-dən şablon cavab aldılar ki, bu məsələ ilə bağlı polisə müraciət etməlidirlər. Bu məsələlər açıq qalır, araşdırmalar, istintaqlar sona qədər aparılmır. Bunun səbəbini bilmirəm.  Ola bilər ki, hüquq-mühafizə orqanlarının bu sahədə kifayət qədər ixtisaslı kadrları yoxdur. Yaxud da bank müştərilərin müraciətlərinə səhlənkar yanaşa bilər".

Ekspert bankların keçmiş əməkdaşlarının müştəri məlumatlarını kiberdələduzlara  ötürməsi ilə bağlı iddiaya da münasibət bildirib: “Bu məsələlər bankın daxili təlimatları ilə tənzimlənir. Bankın hansı siyasət və təlimatlarla işləməsini Mərkəzi Bank təyin edir. Mütəmadi olaraq yoxlamalar keçirilir ki, qaydalara əməl edilib-edilmədiyi bilinsin. Ola bilsin ki, hansısa bir strukturda, şöbədə, sistemdə boşluqlar mövcud olsun ki, onlardan sui-istifadə olunsun. Praktiki olaraq belə bir şey mümkündür”.

İnternetin sürəti eynidir, amma keyfiyyəti fərqli: KİMƏ İNANAQ? - Oxu.az

Mehman Xəlilov 

İnformasiya texnologiyaları sahəsində ekspert Mehman Xəlilov deyir ki, hansısa viruslu bir linkə daxil olmaq hələ kodun kiberdələduzlara ötürülməsi deyil: “İstənilən halda linkə daxil olanda hansısa bir səhifəyə keçirsiniz. Həmin səhifədə bu və ya digər vasitələrlə fırıldaqçı kart sahibini aldadır. Bunu elə məharətlə həyata keçirir ki, adamlar özü də bilmədən məlumatlarını onlara ötürürlər. Hətta telefonla da danışıb vətəndaşlardan məlumatları ala bilirlər. Buna sosial hakinq deyirlər.  Bəzən özlərini bank əməkdaşları kimi təqdim edirlər, deyirlər ki, təhlükəsizlik məqsədi ilə nəyisə yeniləyirlər və buna görə də onlara 3 D Secure kodu lazımdır. Vətəndaş bilmədən həmin kodu onlara deyir və nəticədə dələduz həmin koddan istifadə edir. Bununla da vətəndaşın kartının nömrəsini öz "application"unda almış olur və pulları istədiyi hesaba yönəldir. Bank əməkdaşlarının dələduzlarla əməkdaşlıq etməsi real deyil. Bank işçilərinin özləri də müştəri məlumatlarını asanlıqla əldə edə bilmirlər. Kart məlumatları, ümumiyyətlə, heç yerdə yoxdur.  Heç bankın işçiləri də onları bilmirlər".        



Xəbərin oxunma sayı : 217




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap