Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

“Aldatma xarakterli bir açıqlamadır” - Əmirbəyovdan mühüm açıqlamalar

Tarix 19.10.24, 15:32

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibə verib.

AzFakt.com xəbər ki, E. Əmirbəyov həmin müsahibədə Ermənistanın sülh prosesindəki mövqeyinə şübhə ilə yanaşdığını bildirib.

O, Ermənistanın Almaniyadakı səfirinin “Azərbaycanla sülh sazişi bazar ertəsi imzalana bilər” ifadəsini qeyri-real və aldatma xarakterli bir açıqlama kimi dəyərləndirib.

Əmirbəyovun sözlərinə görə, hazırkı sülh sazişi layihəsində hələ də ciddi və tam həllini tapmamış problemlər mövcuddur.

O, Ermənistanın bu prosesdə beynəlxalq ictimaiyyəti yanıldaraq, konstruktiv addımlar atdığı görüntüsünü yaratmağa çalışdığını qeyd edib:

“Əslində isə Ermənistan prosesin irəliləməsini gecikdirir və sülh danışıqlarını dalana dirəyir.

Ən böyük problem Ermənistanın hələ də öz konstitusiyasında Azərbaycan torpaqlarına qarşı ərazi iddialarını saxlamasıdır”.

Elçin Əmirbəyov bu məsələnin sülh prosesində əsas maneə olduğunu vurğulayıb. O bildirib ki, Ermənistanın müttəfiqləri tərəfindən aldığı hərbi və diplomatik dəstək nəticəsində İrəvanın sülhə meylliliyi daha da azalıb.

Əmirbəyov Ermənistan konstitusiyasındakı bu ərazi iddiasının aradan qaldırılmasının vacibliyini qeyd edib və bu məsələ həll edilmədən davamlı sülhün mümkün olmayacağını vurğulayıb. O bildirib ki, Azərbaycan yalnız indiki hökumətlə deyil, gələcəkdə də sülhün davamlı olmasını təmin edən bir saziş istəyir.

O, Zəngəzur dəhlizinə də toxunaraq, bu məsələnin sülh danışıqlarından kənarda saxlanıldığını, lakin gələcəkdə yenidən müzakirə oluna biləcəyini qeyd edib. Əmirbəyov bu mövzunun sülh sazişinin imzalanması üçün əsas şərt olmadığını, lakin Ermənistan konstitusiyasındakı ərazi iddialarının mütləq həll edilməli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddialar da bu ərazi iddialarının nəticəsidir. O, Azərbaycan torpaqlarında qondarma separatçı rejimin təşkil etdiyi etnik ermənilərin köçünün də Ermənistan tərəfindən planlaşdırılmış bir əməliyyat olduğunu vurğulayıb.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, Ermənistanın sülh prosesində irəliləyiş əldə etməsi üçün konstitusiyasına düzəlişlər etməsi və Azərbaycanla olan ərazi iddialarını birdəfəlik ləğv etməsi vacibdir.



Xəbərin oxunma sayı : 709




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap