Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Sahibə Qafarova Gürcüstan Prezidenti ilə görüşdü - Fotolar

Tarix 11.03.25, 19:02

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəri çərçivəsində Prezident Mixeil Kavelaşvili ilə görüşüb.

AzFakt.com xəbər verir ki, Gürcüstan Prezidenti bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə dost ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri haqqında fikir mübadiləsi aparılıb, möhkəm, tarixi əsaslara malik olan münasibətlərin dinamik inkişafından razılıq ifadə olunub.

Göstərilən yüksəksəviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə çatdırıb.

Gürcüstan Prezidenti səmimi salamlarına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirərək, onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Ölkələr arasında münasibətlərin inkişafında parlamentlərin xüsusi rolu qeyd olunaraq, iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin ruhuna uyğun olaraq genişlənməsindən məmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova dünən iki ölkənin parlamentləri arasında imzalanan əməkdaşlıq memorandumunun əhəmiyyətini qeyd edərək, bu sənədin əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Söhbət zamanı beynəlxalq və regional formatda uğurlu əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana öz minnətdarlığını bildirib.

Görüşdə, həmçinin ölkələrimizin üçtərəfli formatda da uğurlu əməkdaşlıq əlaqələrinin olduğu diqqətə çatdırılaraq, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının həm ölkələrimizə, həm də regiona qazandırdığı faydalar ifadə edilib.

Söhbət zamanı, həmçinin regionda vəziyyət barədə də fikir mübadiləsi aparılıb. Tərəflər regionda sülh və sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.








Xəbərin oxunma sayı : 283




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap