Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Xırdalan şəhərinin mərkəzi yolu bərbad gündədir - FOTOLAR

Tarix 19.12.24, 16:04

Font ölçüsü : - / +
bitmap-img6


Xırdalanın əsas avtomobil yolları illərdir ki, müharibə meydanını xatırladır. Çala-çuxurdan ibarət olan yolların problemi həll edilmir.

AzFakt.com Tribunainfo.az-a istinadla xəbər verir ki, Xırdalanın mərkəzinə gedən yolun vəziyyəti illərdir bərbad haldadır.

Baxımsızlıqdan və təmirsizlikdən onsuz da bərbad halda olan yollarda hərəkət son günlər daha da müşgülə çevrilib. Dərin çuxurlar avtomobillər, avtobuslar üçün böyük problem və təhlükə yaradır. Çuxurlar kanalizasiya suyu ilə dolduğundan ətrafı da üfunət iyi bürüyür.

Sakinlər bildirib ki, sözügedən yolda avtomobillərin hərəkəti artıq o qədər çətinləşib ki, bəzən uzun tıxac yaranır. Çünki avtomobillər, avtobuslar hərəkət edə bilmir. Sözügedən yol Xırdalanın ən işlək yollarındandır. “AAAF Park” yaşayış kompleksi və digər yaşayış binalarına gedən yol sözügedən hissədən keçir.

Xırdalan sakinləri bildirib ki, hər gün bu yolla gedib gəlmək məcburiyyətində qalırlar. Problemin həlli üçün sakinlərin Abşeron rayon İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, heç bir tədbir görülməyib.

Sakinlər tezliklə yolda yaranmış təhlükəli vəziyyətin aradan qaldırılmasını tələb edir.
imgimgimgimgimg




Xəbərin oxunma sayı : 916




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap