![]() |
|














Xocalı soyqırımı erməni vəhşiliyinin bariz nümunəsidir
Tarix 30.03.25, 22:00 |
|

"Əbəs yerə deyilmir ki, tarix heç nəyi silmir. Tarix saxtakırlığı sevmir, faktlara əsaslanır. Tarixi həqiqətlər, faktlar təsdiqləyir ki, ermənilər müxtəlif dövrlərdə havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı, deportasiya siyasəti həyata keçirmişlər. Hər zaman bu reallığı unudublar ki, tarixi saxtalaşdırmaqla, yalanlarına həqiqət donu geyindirməyə cəhdlər etməklə heç nəyə nail ola bilməzlər. Çünki tarix var. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra çoxəsrlik tariximizin hər bir səhifəsinin öyrənilməsi və təbliği qarşıya prioritet məsələ kimi qoyuldu. Ulu Öndərin fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması, ermənilərin əsil simasının dünya ictimaiyyətinə çatdırılması oldu. Ermənilər yalanlarının ayaq tutub yeridiyi, yəni dünyanın Azərbaycan haqqında məlumatsız olduğu vaxtlarda erməni diasporunun gücü sayəsində özlərini "yazıq, məzlum, döyülən, əzilən" millət kimi təqdim etmişdilər. 1993-cü ildən sonrakı dövr Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlarla zəngin bir dövrdür. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman həqiqətlərə işıq salınmasında əhəmiyyətli rol oynadı. Bir daha sübut olundu ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar yetirlimişdir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar."
1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanıdılmamalıdır: "Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bunlar tarixdir. Ermənilər özlərinə saxta tarix yazsalar da hər zaman fakt qarşısında açiz olublar. Hadisələrə ən böyük dəyəri zaman özü verir. İllər keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, yeni araşdırmalar aparılır, faktlar üzə çıxarılır. Hər bir fakt erməni vəhşiliyinin təqdimatıdır. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir."
Ermənilərin əsassız torpaq iddiaları 1988-ci ildə yenidən baş qaldıraraq Qarabağ münaqişəsinin yaranmasına səbəb oldu: "Azərbaycan 30 il dünya güclərindən ədalət gözlədi. Bəzi dünya gücləri öz maraqlarını həyata keçirmək üçün işğalçı Ermənistandan bir vasitə kimi bəhrələndiklərindən erməni sevgisini nümayiş etdirib onlara dəstəkləri ilə münaqişənin həlli prosesinin 30 il uzanmasına səbəb oldular. Yenə də son sözü tarixi ədalət və beynəlxalq hüquq dedi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi tariximizin Zəfər səhifəsini yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü, qüdrətli Azərbaycan Ordusu dünya güclərinin 30 ildə edə bilmədiklərini etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu, tarixi ədalət və ərazi bütövlüyümüz bərpa edildi. Azərbaycan tarixi torpaqlarına qovuşmaqla sübut etdi ki, real həqiqətlərə, tarixi faktlara əsaslan siyasət uğurlara yol açır, ədalətin, beynəlxalq hüququn maraqların arxasında əriməsinə imkan vermir. Azərbaycan ən yüksək tribunalardan ermənilərin zamam-zaman həyata keçirdikləri soyqırımı və deportasiya siyasətini faktlar əsasında dünya ictimaiyyətinə çatdırıb və bu gün də çatdırır. Son 30 ilin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı erməni vəhşiliyinin bariz nümunəsidir. Ermənilərin Xocalı soyqırımını törətməkdə məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi. 2020-ci ildə baş verən Vətən müharibəsində 30 il işğal altında qalan torpaqlarımız azad edilməklə yeni reallıqlar yaradıldı. "Dəmir yumruq" qalib gəldi. Azərbaycan tarixi Qələbəsi ilə regionu, dünyanı erməni faşizmindən xilas etdi."
Şəhidlərimizin, soyqırımı qurbanlarının ruhu şaddır: "Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması hər birimizi qürurlandırır. Bu gün qalibiyyət rəmzi olan üçrəngli Bayrağımız işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanır. Ötən ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimizin həyata keçirdikləri bir günlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi. Ötən il Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad, bu ilin 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs vermələri, Xocalı soyqırımının 32-ci ildönümünün Xocalı şəhərində qeyd edilməsi, ölkə Prezidentinin dördüncü Novruz tonqalını Xankəndi şəhərində "Zəfər" meydanında alovlandırması və sair kimi biri-birindən qürurverici hadisələr tarixi ədalətin təntənəsidir. Tarixi ədalətə əsaslanaraq son iki ildə Qərbi Azərbaycana qayıdışımız günün müzakirə edilən məsələləri sırasındadır. Bu istəyimizə də zamanında nail olacağıq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, çünki tarix var, sənədlər var, xəritələr var."
Rəna Hacızadə
Xəbərin oxunma sayı : 559
Sosial
Xəbərlər
-
Ov mövsümü bitib, amma restoranlarda ov quşlarının ətindən yeməklər təklif edilir - VİDEO
-
Pərvinin leopart naxışlı geyimi - FOTOLAR
-
“Futbol əvvəllər başqa idman növü idi“ - Ançelotti yenə şikayətləndi
-
Ermənistan Azərbaycan dilində danışan gəncə cinayət işi açdı - VİDEO
-
Bu yolayrıcında sürücülər üçün təhlükə var - VİDEO
-
Meyvələrin qiyməti artacaq - Dəyişkən hava bazara necə təsir edəcək?
-
Dünyanın ən varlı ikinci adamının nağıl kimi toyu: Milyonlar xərclənəcək
-
İcra başçıları ilə Mehbalıyevin kürəkənini nə bağlayır? - Milyonluq maliyyə əməliyyatlarının görünməyən tərəfləri
-
“Nigar Fərhadla bağlı tədbir görüləcək“ - Kanal S-in Baş direktor müavini
-
Milli Məclis sabah toplaşacaq - Gündəlikdə 15 məsələ var
-
“Yeni idxal rüsumları bütün ölkələrə təsir edəcək“ - Donald Tramp
-
Almaniyanın ölkəmizdəki səfiri XİN-ə çağırıldı - Kəskin etiraz bildirildi
-
Mövqelərimiz yenə atəşə tutuldu - Erməni silahlı bölmələrinin təxribatları davam edir
-
Ucarın Qaracallı kəndində içməli su problemi yaşanır - VİDEO
-
Bəzi rayonlara leysan yağır - Faktiki hava
-
“Trampın hava zərbələriylə bağlı bəyanatı BMT nizamnaməsinə ziddir“ - İran XİN başçısı
-
Ukraynada prezident seçkiləri iyulda keçirilə bilər - The Economist
-
Xaçmazın 4, Qubanın 1 kəndində yanğın çıxdı - FHN məlumat yaydı
-
67 və 64 yaşlı sabiq vəzifəli şəxslər elektron qolbaqda gəzəcək: Özlərini mükafatlandırıblar
-
“Almaniya və bütün Avropa Cənubi Qafqazda sabitlik olmasında maraqlıdır“ - Ştaynmayer
-
Fransada prezidentliyə əsas namizəd həbs edildi - Məhkəmədən qərar
-
“Tramp Putinin davranışlarından narazıdır“ - Leşşenko
-
İran ordusu savaşa hazırlıq səviyyəsinə gətirildi: “Yeraltı hərbi bazaların yerləşdiyi bütün şəhərlərdə...“
-
Zakir Fərəcovun vəzifə verdiyi Seymur Məmmədov bu şirkəti qalib etdi - Vergi borcu var
-
Anaların biri 19, digəri 20 yaşında imiş - TƏBİB-dən açıqlama
-
“Türkiyə yeni bir dövrə qədəm qoyur” - Dövlət Baxçalı
-
Ombudsmandan 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT
-
İlham Əliyevlə İran prezidenti telefonda danışdı - Nələr müzakirə olunub?
-
Antiperspirantın içindən “patı” çıxdı - FOTO
-
Genetik Ehtiyatlar İnstitutunda nə baş verir? - 60-70 illik ağacları kəsirlər…
-
“Mən oturmuşam, pullar da gəlir“ - Şərurlu İsfəndiyar (VİDEO)
-
Zelenski nadir torpaq mineralları sazişindən geri çəkilmək istəyir - Tramp
-
Avtomobili qəza yerindən uzaqlaşdırmaq qayda pozuntusu hesab edilir? - VİDEO
-
“Ekrem İmamoğlu-İstanbulu fəth edən yunan” və ya “Ayasofyanın intiqamı” - TƏHLİL
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirirmək istədilər - Fotolar
-
Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq - VİDEO/FOTO
-
Sərxoş halda yola kreslo qoyub oturdu, qadına ilişdi - Həbs edildi
-
“Donald Tramp İranı bombalamaq hədəsinə əməl etsə, güclü zərbə ilə üzləşəcək“ - Xamenei
-
Xankəndinin mərkəzində “edam otağı“ - VİDEO
-
Sabirabadda 10 gündə 3 körpə ölüb - Baş Prokurorluq araşdırır
-
Erməni atəşi altındakı kənd: Heç bir təxribat Qaraağac sakinlərini çəkindirmir (VİDEO)
-
Ukrayna heç vaxt NATO üzvü olmayacaq, Zelenski bunu anlayır - ABŞ lideri
-
Mehriban Əliyeva Soyqırımı Günü ilə bağlı paylaşım etdi - FOTO
-
Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alınıb - RƏSMİ
-
Binəqədidə Gülüstan qəsəbəsində evləri su basıb - VİDEO
-
“Çukurun Yamacı varsa, Füzulinin də İlhamı var” paylaşımı ölümə səbəb oldu - Kriminal söhbətin TƏFƏRRÜATI
-
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi - FOTO
-
Şirkət rəhbəri özünü komitə işçisi kimi təqdim edib - İş adamları zərərçəkmişdir
-
Bu il ali məktəblərə daha çox tələbənin qəbulu gözlənilir - VİDEO
-
31 Mart soyqırımı insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdəndir
-
Pərvinin leopart naxışlı geyimi - FOTOLAR
-
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 107 il ötür
-
La Liqada ayın ən yaxşı oyunçusu açıqlandı - Bu, Mbappe deyil
-
64 yaşlı şirkət rəhbəri özünü komitə işçisi kimi təqdim edib - İş adamları zərərçəkmişdir
-
“Mahal“ MMC tikinti şirkəti sakinlər evdə olarkən mənzilləri sökür? - VİDEO
-
“Son 10 günündə baş verən küçə terroru soyğunçuluğu ört-basdır etmək cəhdidir” - Ərdoğan
-
Taksi sürücüləri AYNA-nın qaydalarına etiraz olaraq işə çıxmaqdan imtina edirlər - VİDEO
-
Xocalı soyqırımı erməni vəhşiliyinin bariz nümunəsidir
-
Masazırda heyvan qanı kanalizasiya suyuna qarışaraq küçəyə axır - VİDEO
-
“Netanyahu Orbanla qəzzalıların köçürülməsini müzakirə edəcək“ - The Times of Israel
-
İmamoğlunun telefonu araşdırıldı - Digər şübhəlilərlə əlaqəsi olub
-
“Putinə əsəbiləşmişəm” - Trampdan xəbərdarlıq
-
Aksesuar kimi aldığı patron başına iş açdı - Toğrul hava limanında saxlanıldı
-
Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Paytaxtın Səbail rayonunda yaşayış binasında yanğın olub - VİDEO
-
Ermənilər tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı həyata keçirmişlər
-
15 kq narkotikə görə 13 il həbs - “TikTok“dakı iranlı 3 min vəd etmişdi
-
Türkiyə Azərbaycanda sülh və təhlükəsizliyə mühüm töhfə verir - Ərdoğan
-
“Bakıya bilet tapa bilmədim” - Allahşükür Paşazadə
-
11 yaşlı Uğurun köməyə ehtiyacı var - Fotolar
-
“Ağdam şəhəri ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək“ - Vüqar Rəhimzadə
-
“Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır“ - Türkiyə XİN
-
İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı - Ramazan bayramı təbriki
-
Ermənistan ordusu təxribat törətdi, qarşısı alındı - Rəsmi açıqlama
-
Azərbaycan bu ölkəyə investisiyalarını 1 ildə 6900 dəfədən çox artırıb
-
Tayvan ABŞ-dan ilk F-16 qırıcısını aldı - Pekin hiddətləndi
-
“Kartdan kart“a köçürmə dayandırılır: Aprelin 1-dən yeni qayda tətbiq olunacaq
-
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümü başlayır - FOTO
-
Biləsuvarda polis əməliyyat keçirdi - Narkotik və silah-sursat aşkarlandı
-
Ceff Bezos evlənir - Milyon dollarlıq toyun təfərrüatları
-
Allahşükür Paşazadənin səhhətində problem yaranıb - Bayram namazına qatıla bilmədi
-
Pentaqon rəhbərinin imzaladığı gizli sənəd: Əsas təhdid Çindən gəlir...
-
“Başladığımız işləri davam etdiririk” - Ərdoğan
-
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi İlham Əliyevi TƏBRİK ETDİ
-
10 aylıq Muradın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var - FOTO
-
Putinin İnzibati İdarəsinə məxsus lüks maşın yandı - VİDEO
-
Suriyada yeni nazirlər and içdi - Aralarında tək qadın nazir odur
-
Bakıda bayram namazı qılınıb - FOTOLAR
-
Yarım milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - ANBAAN VİDEO
-
Qrenlandiya mütləq Amerika olacaq - Tramp
-
Mehriban Əliyevadan bayram təbriki - FOTO
-
Azərbaycanda Ramazan bayramı qeyd olunur
-
Ən bahalı futbolçuların rəmzi komandası - SİYAHI
-
Abşeronda mağaza satıcısına qarşı quldurluq edilib - VİDEO
-
Musiqi müəllimləri imtahan adıyla kütləvi ixtisara salınır - Cəsarət Valehovdan şikayət
-
Ramazan bayramından sonra qidalanma necə olmalıdır? - AQTA-dan açıqlama
-
Amerikadan Azərbaycana gətirilən avtomobillər bahalaşa bilər - VİDEO
-
“Qrenlandiya satılmır!” - ABŞ-a belə cavab verdilər
-
Bu binanın sakinləri qorxu içində yaşayırlar - Səbəb uçqun təhlükəsidir
-
Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
-
Kartof niyə sürətlə bahalaşır? - Sabiq deputat “monopoliya var“ deyir
-
Prezidentdən Ramazan bayramı ilə bağlı paylaşım - FOTO
-
Bakıda sərnişin avtobusu iki maşınla toqquşdu - VİDEO
-
Yasamalda daha bir şirkət evləri mühasirəyə alıb: “RR Construction”dan şikayət
-
Azərbaycanda kiberhücumlar artıb: Boşluqlarımız nədir?
-
Myanmada zəlzələdə ölənlərin sayı 1700-ə çatdı - 3400-dən çox yaralı var
-
Azərbaycan və Türkiyə Prezidentləri telefonla danışdı - Ramazan bayramı təbriki
-
Bakıda müstəmləkəçiliyə qarşı mübarizə aparanlara dəstək üçün fləşmob keçirilib - Fotolar
-
Şahbaz Şərif İlham Əliyevi təbrik etdi - Ramazan bayramı münasibətilə
-
Mask ən ucuz qiyməti Azərbaycanda tətbiq edib - ŞOK rəqəmlər
-
Yemək zamanı su içmək zərərlidir? - Həkim DANIŞDI
-
“Bakı Metropoliteni“ blogerlərin yuvasına çevrilir - Vüsal Aslanov bu dəfə Nəsrullaha vəzifə verdi
-
Tailand və Myanmadakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətədanşları var? - RƏSMİ
-
“Melissa Group”un rəhbərinə verilən ittiham məlum olub - 7 ilədək həbs edilə bilər
-
İlon Maskdan Azərbaycanla bağlı paylaşım - FOTO
-
Prezident Şəfiqə Məmmədovanı “İstiqlal” ordeni ilə təltif etdi - FOTOLAR
-
Tələbə dəm qazından zəhərlənərək ölüb - Naxçıvanda
-
Məhkəmə harın sahibkarı həbbsə göndərdi - Qalib Məmmədov barədə həbs qətimkan tədbiri seçildi
-
26° isti olacaq -Bayram gününün havası
-
Bakıda həbsdən çıxmış şəxs viski oğurladı - yenidən saxlanıldı
TOP 10
ARXİV