Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

“Qara qutu”nun Braziliyaya göndərilməsi düzgün qərardır” - Tokayev

Tarix 03.01.25, 9:35

Font ölçüsü : - / +
bitmap-img6


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin uçuş registratorlarının şifrəsinin açılması üçün Braziliyaya verilməsi istintaqın qərəzsizliyi üçün yeganə düzgün həll yoludur.

O, bu barədə "Ana dili" qəzetinə müsahibəsində bildirib.

"Hökumət komissiyası gəminin istehsal olunduğu Braziliyaya uçuş registratorlarını deşifrə etmək qərarına gəlib. Mən əminəm ki, bu, təhqiqatın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün yeganə düzgün qərardır", - Qazaxıstan lideri bildirib.

Tokayev qeyd edib ki, bugünkü təlatümlü dünyada texnogen və təbii fəlakətlərin sayı artır və bütün dövlətlər, o cümlədən inkişaf etmiş dövlətlər buna hazır deyil, lakin digər ölkələrlə müqayisədə Qazaxıstan fövqəladə hallara cavab vermək baxımından layiqli görünür.

"Belə vəziyyətlərdə saniyələr gedir. Xilasedicilərimiz, həkimlərimiz və polislərimiz operativ, koordinasiyalı hərəkət ediblər, peşəkarlıq və vətəndaş məsuliyyəti nümayiş etdiriblər. Faciə yerinə yaxın olan Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Yerli sakinlər də kənarda qalmadılar. Vətəndaşlarımızın bu fədakarlığı sayəsində mümkün qədər çox insanın həyatı xilas edilib. Xilasetmə işlərində iştirak edən hər kəsə səmimi təşəkkürümü bildirirəm", - Qazaxıstan Prezidenti vurğulayıb.

O əlavə edib ki, qazax xalqının təyyarə qəzasında həlak olanlarla həmrəyliyi və rəğbəti vətəndaşların kütləvi şəkildə qan verməyə tələsməsinin sübutudur.

Təyyarə qəzasının səbəblərini araşdırmaq üçün hökumət komissiyası yaradılıb. Bundan əlavə, Mülki Aviasiya Beynəlxalq Təşkilatı da daxil olmaqla 17 beynəlxalq ekspert dəvət olunub.//Report.az



Xəbərin oxunma sayı : 769




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap