Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Bakı və bölgələrdə elektrik enerjisinin talanması halları aşkarlanıb - VİDEO

Tarix 24.12.24, 13:21

Font ölçüsü : - / +
bitmap-img6


"Azərişıq” ASC Bakıda və bölgələrdə elektrik enerjisinin talanması hallarını aşkarlayıb

AzFakt.com quruma istinadən xəbər verir ki, abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə "Azərişıq” ASC yenidənqurma işləri ilə yanaşı nəzarət tədbirləri də həyata keçirir. Abonentlərlə mütəmadi maarifləndirici söhbətlərin aparılmasına baxmayaraq, paytaxt və bölgələrdə sayğaclara aylıq baxış keçirilən zaman həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisinin talanması hallarına rast gəlinib.

Monitorinqlər zamanı Şəmkir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən soyuducu anbara məxsus sayğaca müdaxilə olunaraq içərisinə uzaqdan idarə olunan qurğunun yerləşdirildiyi və nəticədə sayğacın dövrədən kənarlaşdırıldığı müəyyən edilib.

Daha bir soyuducu anbara və marketə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Obyektlərlə yanaşı fərdi yaşayış evlərində də sayğaclara qanunsuz müdaxilə halları aşkar edilib. Lənkəranda evə məxsus sayğacın dövrədən kənarlaşdırıldığı, Şəmkirdə fərdi yaşayış evinə sayğac sxemindən kənar xəttin daxil olduğu müəyyən olunub.

Bakının Xəzər rayonunda 2, Binəqədidə 1 evdə belə hala rast gəlinib. Nizami rayonunda keçirilən monitorinq zamanı məlum olub ki, sayğaca müdaxilə olunaraq içərisində hesablama mexanizmi şuntlanıb, elektrik sayğacı dövrədən kənarlaşdırılıb.

Uçotdan kənar qoşulmalar elektrik xətlərinin həddən artıq yüklənməsinə, nəticədə həmin xətlər boyunca elektrik enerjisinin keyfiyyətinin azalmasına və gərginliyin aşağı düşməsinə səbəb olur. Qanunsuz müdaxilə halları aşkar edildikdə abonentlərin elektrik enerjisi təchizatı dərhal dayandırılaraq barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.






Xəbərin oxunma sayı : 613




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap