Son günlər metroda nə baş verir? - VİDEO Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO
Axtar
 
  • / Sosial / — 12 Dekabr 2024

    Son günlər metroda nə baş verir? - VİDEO

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

Leysan yağacaq, temperatur 7-10° enəcək - Xəbərdarlıq

Tarix 01.11.24, 16:58

Font ölçüsü : - / +
bitmap-img6


“Noyabrın 3-ü günün ikinci yarısından ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, 4-ü axşamadək qeyri-sabit, arabir yağıntılı  keçəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcəyi gözlənilir”.

AzFakt.com xəbər verir ki, bunu Millli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 3-ü axşamdan 4-ü gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir:

“Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı var. Noyabrın 3-ü axşam  şimal və qərb rayonlarından başlayaraq 4-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ,  Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda  yağışın qara keçəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur”.



Xəbərin oxunma sayı : 658




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap