|
Azərbaycanın ən varlı şirkətləri: milyardlara sahib olanlar kimdir?
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
143 milyon taladılar, 38 milyon ödədilər - Mənimsədikləri pulları qaytarmırlar
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar
“Azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər“ - Prezident xalqa müraciət ünvanladı
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” - Şok təfərrüat
Tarix 28.11.24, 17:50 |
|
Yevlax rayonunda 1964-cü il təvəllüdlü Mətləb Şükürov ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı 1984-cü il təvəllüdlü həyat yoldaşı Ləmanı qətlə yetirib.
Hadisə 2024-cü il mayın 19-da saat 17 radələrində Yevlax şəhərində baş verib.
Mətləb həmin gün spirtli içki qəbul edib. Alkoqol sərxoşluğu vəziyyətində və narkotik vasitə olan marixuananın təsiri altında arvadı Ləmanın onunla eyni evdə yaşamaq istəməməsini bəhanə edib, əslində isə heç bir əsaslı səbəb olmadan qadını öldürmək qərarına gəlib.
Cinayətkar niyyətini həyata keçirmək məqsədilə o, evin həyətində olan stolun üzərindən məişət bıçağını götürüb və şalvarının arxa nahiyəsində kəmərinə keçirib. Daha sonra yaşadığı evdən küçəyə çıxıb piyada irəliləyib, arvadı Ləmanın işdən evə geri qayıtmasını gözləyib. Getdiyi küçənin digər küçə ilə kəsişməsində arvadı ilə qarşılaşıb.
Mətləb arvadı ilə salamlaşıb, birlikdə piyada küçə ilə yaşadıqları ev istiqamətində gəlib və yaşadığı evin yaxınlığına çatarkən qəfildən sol əli ilə Ləmanın saçından tutub, sağ əli ilə də əynində olan şalvarın kəmərində gizlətdiyi bıçağı çıxarıb. O, Ləmanın bədəninin sinə nahiyəsinə 2 bıçaq vurub.
Daha sonra Ləmanın saçından buraxmayaraq onu küçədə adamların gözü qarşısında təxminən 10 metr məsafədə yaşadığı evə doğru sürütləyərək özü ilə gətirib, küçədə yenidən üzü üstə yerə yıxıb. Burada da Ləmanın bədəninin sol arxa nahiyəsinə yenidən səkkiz bıçaq zərbəsi vurub.
Ümumilikdə 10 bıçaq zərbəsi alan Ləman ölüb.
İstintaq orqanı tərəfindən Mətləbin barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya xüsusi amansızlıqla adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mətləb ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 30 dekabr 2022-ci ildə həbsdən çıxıb və evinə gəlib:
“Həmin vaxt oğlum Ceyhun əsgərlikdə idi. Həyət qapısını döydüm ki, qapını açsınlar. Qayınanam həyətə düşərək qapını açdı, mənə “xoş gəldin” demədən evə girməyə qoymadı. Qayınanamdan nə baş verdiyini soruşdum. Arvadım və qayınanam mənim evə daxil olmağımı istəmədilər. Mən də dedim ki, atamın ilini yola verək, onlarla söhbət edəcəm.
Həyətimzidə iki ev vardı. Məni evə buraxmadıqları üçün gedərək aşağıdakı evdə qaldım. Atamın ilini yola verdikdən sonra evdəkilərə dedim ki, baldızım bir də bizim evə gəlməsin. Qayınanam və baldızım həyat yoldaşıma mənim haqqımda mənfi sözlər deyərək onu mənə düşmən etdilər.
Qayınanama izah etməyə çalışdım ki, bu ev mənim evimdir. Məni hansı səbəbə evə qoymurlar?”.
Təqsirləndirilən şəxs qeyd edib ki, evə gəldikdən sonra 500 manat qapıya xərc çəkib və 27 metr həyət barısı çəkib: “Heç biri mənə kömək etməyib. 150 manat yoldaşıma pul vermişəm ki, evə çılçıraq alsın.
Heç bir qonşu məndən şikayət etməyib. Çünki içmirdim, narkotikdən istifadə etmirdim. Gündəlik 21 manata işləyirdim. Yoldaşıma dedim ki, gündəlik 20 manat verim, evə hər gün bazarlıq etsin, mənimlə razılaşmadı. Oğlumdan iki dəfə xahiş etdim ki, məni anası ilə barışdırsın. O da bizi barışdıracağına söz verdi, iki dəfə anasından xahiş etdi. Lakin yoldaşım mənimlə barışmadı.
Gördüm, bunların fikri tamam başqadır. Məni kişi kimi evdə saymırlar. Evdən gedəndə qapını bağlayırdılar. İşdən gələndə məni evin yuxarı mərtəbəsinə qoymurdular. Axırda məni bezdirdilər. Yoldaşıma 50 dəfə dedim ki, bunun axırı yaxşı olmayacaq. Baxdım ki, paltarımı özüm yuyuram, yeməyimi özüm bişirirəm, qabları özüm yuyuram. Özüm-özümə düşündüm ki, belə yaşamaq olmaz.
Yoldaşımı öldürdükdən sonra bıçaqla özümə 3 zərbə vurdum. Çünki ölmək istəyirdim, həbsə düşmək yox. Lakin polis əməkdaşları imkan vermədilər və məni xəstəxanaya çatdırdılar”.
İş üzrə zərərçəkmiş Ləmanın hüquqi varisi qismində ifadə verən oğlu Ceyhunun sözlərinə görə, 2022-ci ilin yanvar ayında hərbi xidmətə gedib, 2023-cü ilin iyun ayında hərbi xidmətdən gəlib:
“İl yarım əsgərlikdə olmuşam. İl yarım ərzində atam bir dəfə zəng edərək mənimlə maraqlanmadı. 21 il ərzində atam əlimdən tutaraq nə məni məktəbə aparıb, nə də mənə bir dəst paltar alıb. Bu şəxs mənə atalıq etməyib. Həbsdə olub, narkotik qəbul edib. Məni anam böyüdüb, mənə atalığı da o edib.
Anam məktəbdə işləyirdi, yaşlı xəstə qadına baxaraq pul qazanırdı. Bizi əziyyətlə böyüdürdü. Nənəmin də bir əli üstümüzdə olurdu”.
Hüquqi varis qeyd edib ki, bir nəfər veteran olub, anası ölənə qədər o kişiyə baxıb: “Əsgərlikdən gəldikdən sonra atam bizimlə yaşayırdı. Bir otaqda olmasa da, atam evin zalında qalırdı.
Əsgərlikdən gəlməyimə bir ay qala anam kredit çəkərək mənə maşın aldı ki, taksi fəaliyyəti ilə məşğul olum.
Əsgərdən evə qayıtdıqdan sonra atamı kənara çəkdim və dedim ki, pis əməllərindən əl çəksə, onu anamla barışdıracam. Atama dedim ki, artıq böyümüşəm, evlənmə çağıma çatmışam. Ondan narkotiki tərgitməyi xahiş etdim. Çünki kiminsə evinə elçi gedəndə mənə deyəcəklər ki, bunun atası narkotikdən istifadə edir. Belə adamın oğluna kim qız verər?
Atam işləmirdi, bütün günü narkotik istifadəçiləri ilə gəzirdi. Pensiya alırdı, həmin pulu marixuanaya verirdi. Dəfələrlə pis əməllərindən əl çəkməsini xahiş eləsəm də, məni dinləmirdi. Mən də ona deyirdim ki, evdən çıx, bizimlə yaşama.
Hadisə günü anamı məktəbin qarşısında düşürdüm. Sonra avto-yuma məntəqəsinə gəldim. Maşını yuduzdurdüm, şəhərə çıxdım. Bu vaxt telefonuma zəng gəldi. Zəng edən anam idi. Telefonu açan vaxt anamın qışqırıq səsini eşitdim. Dərhal hadisə yerinə getdim. Bir də gördüm ki, atam anamı bıçaqlayıb.
Atam anamı 15-20 metr yerdə sürüdü. Qonşuların köməyi ilə anamı maşına mindirərək xəstəxanaya apardıq. Anam yolda öldü”.
Qeyd edək ki, Mətləb Şükürov bundan əvvəl Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinib və 2021-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə cəzasından 6 ay çıxılıb və qəti olaraq 2 il cəza təyin olunub. Nizami Rayon Məhkəməsinin 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilib.
Ümumilikdə 1 il 11 ay 21 gün həbsxana həyatı yaşayan Mətləb həbsdən çıxdıqdan sonra arvayıyla yola getməyib və sonda qətl hadisəsini törədib.
Ağır cinayət törədən Mətləbin barəsində olan cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Mətləb Şükürov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. (Teleqraf.com)
Xəbərin oxunma sayı : 1318
Kriminal
Xəbərlər
-
Pilot təyyarəni niyə Xəzər dənizinə endirmədi? - AZAL-ın kapitanı DANIŞDI + VİDEO
-
YDM-lərdəki qanunsuzluqlar dövlətin diqqətində - nəzarət gücləndiriləcək
-
Xaricdən avtomobil gətirənlərin xərcləri boşa gedə bilər - AÇIQLAMA
-
Öldüyü deyilən Zaqatala sakini ailəsinə zəng etdi - Video
-
Nazirliklə “Qardaşlar Mebel“ arasında şübhəli anlaşma: 1.8 milyonluq tender
-
İlham Əliyevə başsağlığı məktubları gəlir - SİYAHI
-
“Atası da pilot olub, bu peşəyə də ondan ruhlanıb” - Fotolar
-
Daha 2 tiktoker həbs edildi - Məhkəmədən qərar
-
Elm və Təhsil Nazirliyində daha bir şübhəli tender: 3.8 milyonluq təmir işləri harada aparılacaq?
-
Qəzada ölənlərin 25-nin kimliyi açıqlandı - SİYAHI
-
İqtisadiyyat Nazirliyi yeni informasiya sistemi yaradır - 20 mln. manatlıq tender
-
AZAL prezidentindən dron iddiasına reaksiya - “Texniki nasazlıq olmayıb“ + VİDEO
-
Əli Əsədov qazaxıstanlı həmkarı ilə danlşıb - Təyyarə qəzasını müzakirə ediblər
-
Qəzada ölənlərin cənazəsi 2 günə ölkəyə gətiriləcək - RƏSMİ
-
Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - Sabahın havası
-
“Həlak olanların 26-sı, sağ qalanların 16-sı Azərbaycan vətəndaşıdır” - Baş konsul
-
Xaricdəki səfirlik və konsulluqlarımızda bayraqlar endirildi - Fotolar
-
Ekipajın peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb - AZAL-ın prezidenti
-
Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - Tam siyahı
-
Turizm Agentliyi bu şirkətə 2 həftədə 5 milyonluq sifariş verib - TENDER
-
Qəza qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi
-
“Həmişə deyirdi ki, mənimlə fəxr edin” - Qəzada həlak olan Hökümə Əliyevanın anası
-
Sağ qalan bələdçi Aydanın xəstəxanadan görüntüləri - VİDEO
-
İşsizlər ünvanlı sosial yardım ala biləcək? - AÇIQLAMA
-
Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb
-
7 nəfərin şəxsiyyəti müəyyənləşdi - Aralarında Hökümə də var
-
Sağ qalanlardan 12 nəfər bu gün ölkəyə gətirilir
-
Bakıdakı şadlıq saraylarında toylar dayandırılıb
-
Qəzaya uğrayan təyyarənin sərnişinlərindən 6-sı reanimasiyadadır - RƏSMİ
-
“İranda əl kəsilməsi hökmünün icrası barbarlıqdır və ləğv edilməlidir“ - Şirin İbadi
-
Kəmaləddin Heydərovdan qəzaya uğrayan təyyarə ilə bağlı ilk açıqlama - VİDEO
-
Nazir Rəşad Nəbiyev tapılan qara qutudan danışdı - VİDEO
-
Təyyarə bələdçisi ailəsi ilə danışdı - Video
-
Azərbaycan FHN-in psixoloq, həkim və xilasediciləri Aktau şəhərindədir - VİDEO
-
Bu gün Azərbaycanda matəm günüdür
-
“Qarabağ”a 2 qol vurmuşdu - “Qalatasaray” rəsmi təklif göndərdi
-
Sosial yardım nə qədər artacaq? - Millət vəkilindən açıqlama
-
“Aqro-Vest DC“ barəsində inzibati protokol tərtib edilib - Gömrük qaydalarını pozduğuna görə
-
“Zəng edib dedilər ki, başınız sağ olsun!“ - Ekipaj üzvlərindən biri olan Hökümənin atası
-
“Suriyanın dağılması bütün dünya ictimaiyyəti üçün ciddi nəticələrə səbəb olacaq“ - Zaxarova
-
Distant təhsillə alınan diplomlar tanınmır - VİDEO
-
Matəm günü ilə bağlı mədəni-kütləvi tədbirlər təxirə salındı - RƏSMİ
-
Saxta reklamlar vasitəsilə şəxsi məlumatlar oğurlanır - Xəbərdarlıq
-
“ATƏT-in Minsk Qrupunun bütün strukturları ləğv edilməlidir“ - Rusiya XİN
-
Nazirlər yaralılarla görüşdü - VİDEO
-
Qəzasında zərərçəkmişlərin şəxsiyyəti müəyyənləşdirilir - Baş Prokurorluq
-
Sara Əlizadə lisenziyasız kosmetoloji fəaliyyətlə məşğuldur? - FOTOFAKT
-
AZAL-ın təyyarəsi dronla vurulub? - VİDEO
-
PA-nın yanvar ayına olan vətəndaş qəbulu açıqlandı - CƏDVƏL
-
Təyyarə qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyasının iclası keçirilib - Müvafiq tapşırıqlar verilib
-
“Qarabağda Azərbaycan bayrağı dalğalanır“ - Zaxarova
-
“TikTok” əməliyyatlarında saxlanılan 4 nəfər həbs edilib - ADLAR
-
“Pilotlar olmasaydı, hamımız ölmüşdük” - Hadisə şahidi
-
Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslər dayandırılır - AZAL
-
Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
-
Yeni il ərəfəsində quş əti bahalaşıb? - Açıqlama
-
Sudanda 600 mindən çox insan acdır - Humanitar fəlakət yaranıb
-
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
-
26 dekabr: Azərbaycanda matəm günü iş olacaq?
-
“Embraer” təyyarələri nə qədər təhlükəsizdir? - Qəza tarixi
-
“Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib“ - MƏHKƏMƏ
-
Sabah məktəblərdə dərs olmayacaq? - Rəsmi cavab
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var“ - Prezident
-
Sığorta kapitalının məbləği artacaq? - AÇIQLAMA
-
Ailələrinə yardım göstəriləcək - Prezidentdən tapşırıq
-
Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir - SİYAHI
-
Bu il 11 universitetdə institusional akkreditasiya qiymətləndirilməsi keçirilib - SİYAHI
-
Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
-
Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır - SİYAHI
-
Bu xəstəxanalar TƏBİB-in tabeliyinə verildi - QƏRAR
-
32 nəfər sağdır, vəziyyəti ağır olanlar var - XİN
-
Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirib - FOTOLAR
-
Nazir generalın yerinə sabiq icra başçısının oğlunu təyin etdi - FOTO
-
MEDİA jurnalistlərə çağırış etdi - Qəza ilə bağlı
-
“Təyyarə qəzası ilə bağlı bütün versiyalar üzrə ekspertiza aparılır“ - Baş Prokurorluq
-
Sosial yardım nə qədər artacaq? - Deputat aydınlıq gətirdi
-
Təyyarələrin sirri: ən təhlükəsiz yer haradır?
-
Bakıda 10, regionlarda 11 dərəcə isti olacaq - Sabahın havası
-
ƏƏSMN uşaq bağçasının direktorundan ofis icarəyə götürüb - 262 min manata
-
Prezident Rusiyadan Bakıya qayıtdı, komissiya yaratdı
-
İlham Əliyev təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verdi - FOTO
-
Bakıda orta aylıq əmək haqqı 7,1% artıb - Rəsmi
-
Mehriban Əliyeva təyyarə qəzası ilə bağlı başsağlığı verdi - FOTO
-
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub - Siyahı
-
Rəşad Cəbrayılov Rüstəm Xəlilovla “anlaşdı“ - “Qara kassa“ etibarlı əllərdə...
-
Sərnişinlər arasında uşaqlar olmayıb, sağ qalanlar var - AZAL
-
Qərbin Ukraynaya ayırdığı 300 milyard avro boşa getdi - Orban
-
AZAL-ın sərnişin təyyarəsi qəzaya düşdü - VİDEO
-
Bakıda narkotiklərin satışını təşkil edən ata və iki övladı saxlanıldı - VİDEO
-
Azay Möhnətovun adamları şəhid plakatının önünü dəmir löhvəylə bağlayıblar - FOTOLAR
-
Əməkhaqqı, pensiya və müavinətlərlə bağlı yeni xəbər - VİDEO
-
Fiziki məhdudiyyətli qadın: “Ərim əməliyyat pulumu sevgilisi ilə xərclədi“
-
“Azercell”in elan etdiyi yeni şərtlər müzakirə yaratdı - Şirkətdən açıqlama
-
Prezidentin idmançılarla görüşündən - VİDEO
-
Cinayətkarlığı təbliğ edən şəxsdən avtomat götürüldü - FOTO
-
Fransa kəşfiyyatından Bakı Təşəbbüs Qrupu ilə bağlı etraf: “Müstəqillik hərəkatlarını gücləndirir“
-
Paşinyan koronavirusa yoluxub - MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək
-
Bəzi ərazilərdə görünüş 200 metrədək məhdudlaşıb - FAKTİKİ HAVA
-
“Məşədi Dadaş”ın imamını öldürmək istəyənə - Ağır cəza
-
Şimali Koreya qoşunları münaqişədə əhəmiyyətli təsir göstərməyib - Ukrayna rəsmisi
-
Tələbə kartının üstünlükləri nələrdir? - AÇIQLAMA
-
Daha 49 ailə Cəbrayıl şəhərinə yola salındı - FOTOLAR
-
Nəsrin Cavadzadənin 2025-ci il arzusu - Fotolar
-
Klublarımızın qış planları: Kim gəlir, kim gedir?
-
Badamdar qəsəbəsində antisanitar vəziyyət hökm sürür - VİDEO
-
Prezident bu idmançılara ev verdi - Fotolar
-
“Azərbaycanla Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir“ - Türkiyəli nazir
-
Sabah bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
-
Zibil qutuları olan Savalanda sakinlər məişət tullantılarını niyə su kanalına atır? - VİDEO
-
Kosmetik vasitələrlə bağlı ciddi xəbərdarlıq - Xəstəlik riski yüksəkdir
-
“Rəislər pulları siyahı ilə gətirib mənə verirdilər” - Polkovnik Cəlilovun məhkəməsi
-
TƏBİB son bir ildə hansı işləri görüb? - VİDEO
-
“Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik təsdiq olundu
-
Pensiya düzəltmək adı ilə 400 min ziyan vuran qadına HÖKM OXUNDU
-
5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
-
“Mercedes“in istehsalçısı iflas etdi - İki əsrlik tarix bağlandı
-
Deputatlar bu tarixdə toplanır: daha daha 17 məsələ müzakirə olunacaq
-
“Rusiya Suriyadan bu tarixdə tam çıxacaq” - ISW açıqaldı
-
Ədliyyə Nazirliyi şəhadətnamə blankları alır - 389 min manata
TOP 10
ARXİV