Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Bu ərazilərdə ev və mənzil qiymətləri arta bilər - VİDEO

Tarix 12.12.24, 10:47

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Baş planına əsasən, şəhərin müxtəlif ərazilərində sosial infrastruktur genişləndirilir, əsaslı tikinti və abadlaşdırma işləri aparılır. Davam edən proseslər və görüləcək işlərin fonunda əhalini maraqlandıran əsas məsələlərdən biri də daşınmaz əmlak qiymətləridir.

AzFakt.com Xəzər TV-yə istinadən bildirir ki, əmlak eksperti Ramil Osmanlı deyir ki, ev və mənzillərin dəyərinə təsir göstərən əsas amillər onun yerləşdiyi ərazi, ictimai funksionallığı, sosial infrastruktura yaxınlığıdır. Ekspert deyir ki, zamanla fərdi avtomobillərlə müqayisədə ictimai nəqliyyatdan, xüsusilə metrodan daha kütləvi formada istifadəni müşahidə etmək mümkün olacaq. "Bakı Metropoliteni"nin 4 stansiyası istismarda olan Bənövşəyi xəttinin perspektiv inkişaf planına uyğun olaraq 6-sı keçid olmaqla, 10 yeni stansiyanın inşası nəzərdə tutulur.

Gələcək layihələrin icrasında "Dərnəgül" stansiyasından sonra 3 stansiyanın "Koroğlu"ya birləşdirilməsi, "Xətai" stansiyasından sonra "Həzi Aslanov"a kimi 4 stansiyanın tikilməsi planlaşdırılır. "İçərişəhər" stansiyasından sonra isə iki stansiyanın inşası nəzərdə tutulub.

Bakının Baş Planında həmçinin nəzərdə tutulur ki, gələcəkdə metro ilə bağlı dairəvi xətlər yaradılsın. Yaşıl xətt üzrə qatarlar "Koroğlu"dan keçməklə Bakıxanov, Qaraçuxur, Yeni Günəşli qəsəbələrini əhatə etsin və "Həzi Aslanov-2" stansiyasına birləşdirilsin. Belə ki, sözügedən ərazilərdə də daşınmaz əmlak qiymətlərinin müəyyən qədər artacağı proqnozlaşdırılır.





Xəbərin oxunma sayı : 877




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap