Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Türkiyə və ABŞ razılığa gəldi - Suriya ilə bağlı

Tarix 13.12.24, 15:39

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə və ABŞ Suriyadakı böhranın həlli və ölkənin gələcəyi ilə bağlı razılığa gəlib.

TRT xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında Ankarada keçirilən görüşdən sonra məlumat verilib.

Türkiyə xarici işlər naziri Hakan Fidan görüş zamanı Suriyanın birliyi, bütövlüyü və suverenliyi kimi mövzularda Türkiyə, ABŞ və regional aktyorların nə edə biləcəklərini müzakirə etdiklərini bildirib.
Fidan Blinkenlə görüşdə Suriyada sabitliyin və terrorla mübarizənin əsas prioritetlər arasında olduğunu qeyd edib. Amerikalı həmkarı ilə Qəzza məsələsini də müzakirə etdiklərini bildirən Fidan, “Onunla (Blinkenlə) Qəzza ilə bağlı ən qısa zamanda atəşkəs əldə etmək üçün razılaşdıq”, - deyib.

ABŞ Dövlət katibi Antoni Blinkem isə ümid etdiyini bildirib ki, Suriyanın yeni hakimiyyət orqanları hər hansı ekstremist qruplarla əməkdaşlıqdan imtina edəcək və qonşuları üçün təhlükə yaratmayacaq.

Dövlət katibinin sözlərinə görə, Suriyanın gələcək hökumətinin işi xüsusilə qadınların, eləcə də etnik və dini azlıqların hüquqlarının qorunmasına yönəlməlidir.O, suriyalıların çox daha yaxşı gələcəyə sahib olmaları və öz gələcəklərini təyin etmələri üçün çalışmağa davam etdiklərini vurğulayıb.
Türkiyə, ABŞ və digər region ölkələrinin Suriyaya necə kömək edəcəklərini müzakirə etdiklərini bildirən Blinken bu məsələdə ümumi fikir birliyində olduqlarını ifadə edib.

Fidanla Qəzza məsələsini, girovların evlərinə qaytarılmasını və atəşkəsin əldə edilməsini müzakirə etdiklərini ifadə edən Blinken, “Son bir neçə həftədə gördüklərimiz bunun mümkün olduğuna dair daha ümidverici işarələrdir”, - deyib.




Xəbərin oxunma sayı : 1045




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap